"İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar" - ETİRAZ
Tarix: 13-04-2022, 08:23 | Çap et
Aprelin 10-da Rusiyanın Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycanın 6 məntəqəsində qanunsuz “seçki” keçirib.
Məlumata görə, Xocavəndin “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, ”Norşen" - Günəşli və Sos kəndlərində, həmçinin Tərtərin “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə “səs” verilib.
Separatçı-kriminal xuntanın qanunsuz “seçki” komissiyasının məlumatına görə, “seçici”lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib. Aydındır ki, ermənilərin bu saxta seçkisinin öz daxillərində belə heç bir hüququ statusu yoxdur. Ermənilərin bu seçki oyununda məqsədləri guya öz talelərini özlərinin “həll etdiyi” , burada məskunlaşmanın getdiyi rəyini yaratmaq istəkləridir. Daha bir məqsəd isə Qarabağda yeni, daha miqyaslı seçkilər keçirə biləcəklərinin anonsunu vermək idi.
Nəhayət, ermənilər sülhməramlıların onların yanında olduğunu, qanunsuz və oyuncaq seçki oyunlarına göz yumduqlarını göstərmək istədilər. Məntəqələrə bir-iki qutu qoyub seçki oyunu qurmaq olsa da, bu cür addımlar Azərbaycana qarşı olmaqla yanaşı, vəziyyətin gərginləşməsinə rəvac verir. Rusiya sülhməramlılarının birbaşa vəzifəsi isə bu kimi halların qarşısını almaqdır, amma onlar vəzifələrini yerinə yetirmirlər.
Ümumən 10 noyabr razılaşmasından bəri sülhməramlı-separatçı tandemi hər gün bir hoqqa çıxarır, hər dəfə şou nümayiş etdirir, Azərbaycanın əsəbləri ilə oynamağa çalışırlar. Əslində belə “seçki”lər özü deyib, özü eşitməkdən o yana keçmir, amma istənilən halda Azərbaycanın suveren ərazilərində qondarma respublika elan edib “icma seçkiləri” təşkil etməklə bizi qıcıqlandırmağa çalışırlar. Rusiya hərbçiləri nə üçün bu hallara göz yumur? Moskva bölgədə separatizmin yaşamasında maraqlıdırmı? 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsindən sonra Rusiya müttəfiq kimi gördüyü Azərbaycanda niyə terrorçu rejimin qalmasına dəstək verir və bu nə vaxta qədər davam edəcək? dia-az.life-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan unitar dövlətdir və bölgədə separatçıların qanunsuz seçki keçirmək hüquqları yoxdur: “Sülhməramlı adlanan rus hərbçiləri öz məsuliyyət dairəsinə görə cavabdehlik daşıyırlar. Onlar bu addımların qarşısını almalıdırlar, imkan yaratmamalıdırlar. Ancaq biz bunu deyirik, dilə gətiririk, sonra əksinə şahid oluruq. İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar, Rusiyanın siyasi dəstəyi ilə separatçılara dəstək verirlər, səngər qazılmasına, ermənilərin silahlanmasına tamaşa edirlər. Buna görə Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır və rəsmi Bakı açıq şəkildə öz narazılığını bildirməlidir”.
A.Əlizadə hesab edir ki, daim bu problemi beynəlxalq səviyyədə qaldırmalıyıq, Rusiya qarşısında tələblər qoyulmalıdır, 10 noyabr sənədinin bütün müddəalarının icrası sərt şəkildə istənməlidir, əsasən də qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz bölgədən qovulmalıdır: “Bu bənd razılaşmada aydın göstərilib və Azərbaycan icrasını gözləyir. Əgər 4-cü bənd də BMT qətnamələri kimi icra olunmayacaqsa, ordumuzun əli ilə işi özümüz görəcəyik. Azərbaycan torpaqlarında separatizmə, terrorçu rejimin qondarma seçkilərinə imkan vermək olmaz və sülhməramlı deyilən rus hərbçiləri də üzərinə düşən işi yerinə yetirməyə borcludurlar”.
ALDP sədri Fuad Əliyev qeyd etdi ki, separatçıların ömrünə az qalıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə uzunmüddətli səbir nümayiş etdirməyəcək və Araikin Qarabağda etdiklərinin cavabı olacaq: “Onun istintaqa cəlb olunması üçün dövlət iş aparır və biz Rusiya ilə danışıqlarla Qarabağda separatizm məsələsini həll etməliyik. Çünki onların varlığı həm köçkünlərin azad olunan ərazilərə qayıdışı üçün təhlükə mənbəyidir, həm təxribatlarından qalmayacaqlar, həm də bizim ərazilərdə əbədi separatizm sürə bilməz. Onlar orada həmişəlik qalacaqlarsa, biz tez-tez belə addımların şahidi olacağıq. Yəni gah oyuncaq seçki keçirəcəklər, gah erməni əhalisi üçün yeni qərarlar çıxaracaqlar, gah səngərlər qazıb oradan atəş açıb gərginlik yaratmağa çalışacaqlar. O baxımdan bu problem mövcuddur, kimsə inkar etmir və Azərbaycan tərəfi iş aparmalıdır”.
Xatırladaq ki, qanunsuz seçki keçirilən yerlərdən biri - Qarakənd kəndi hər birimizə tanış yerdir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|