Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda taksidən 69 milyon 588,7 min sərnişin istifadə edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalıb. Məlumat üçün qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycanda taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 6 manat 60 qəpik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 1 manat 5 qəpik və ya 19% artıb.