Ermənistanın maliyyə nazirinin müavini Eduard Akopyan Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin olunacaq. Bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, Akopyan 2022-ci ilin dekabrından maliyyə nazirinin müavini vəzifəsini tutur. Bundan əvvəl o, nazirliyin makroiqtisadi siyasət şöbəsinin müdiri olub.
Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayılmışdı. Bundan sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum oldu. Daha sonra isə digər məmurlar da istefa verdiklərini təsdiqləyiblər. AzVision.az