“Beverage Services” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edir. Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Qeyd olunur ki, kreditorlar tələbləri ilə bağlı bir ay müddətində şirkətin hüquqi ünvanına müraciət edə bilərlər.
Xatrıladaq ki, “Beverage Services” 2020-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb. 13 157 293 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi (direktoru) Vahabzadə Azər Adil oğludur. O həm də 69 milyon 667 min 550 manat nizamnamə kapitalı olan "Milla Dairy" MMC-nin (keçmiş AZ FP CO LTD) də direktorudur.