Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Tarix: Bu gün, 11:18 | Çap et
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb?
Artıq bir neçə müddətdir ki, ölkə gündəmini zəbt edən mövzulardan biri də plastik cərrahiyyə sahəsində baş verənlərdir. Amerikada yaşayan jurnalist Qənirə Ataşova instaqram sosial şəbəkəsində 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları qeyri-qanuni əməliyyatlar etməkdə günahlandırmışdı.

Məsələ ictimailəşəndən sonra ötən il 17 estetik cərrahın fəaliyyət göstərdikləri sahədə 50-yə yaxın həmkarlarından müxtəlif dövlət qurumlarına şikayət məktubları göndərmələri barədə məlumatlar dərc olundu. Bildirilirdi ki, aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb edib.

Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb?

Teleqraf.com mövzunu bir neçə istiqamətdə araşdırmağa çalışıb.

“Bu məsələ hələ çox başağrısı olacaq”

Millət vəkili Fazil Mustafanın fikrincə, kütləvi plastik əməliyyat etdirmək dəbə çevrilib:“Bu modaya bir qrup insanlar qoşulur ki, təbii, onların arasında zərurətdən müraciət edənlər də var. Hansısa qəzadan sonra plastik əməliyata ehtiyacı olmaq anlaşılandı. Amma orta, yaxud yaşlı vaxtda özünü bıcaq altına atıb belə riskə getmək başa düşülən deyil.

Üstəlik, gəlirli sahə olduğuna görə, xeyli sayda mütəxəssis olmayan adamlar qısa müddətdə ixtisaslarını dəyişib, yəni kursa gedərək, Türkiyədə üç-dörd ay gəzib gələrək belə əməliyyatları edəcəklərini söyləyirlər. Bu, çox narahatedici amillərdən biridir. Çünki mütəxəssisin yetişməsi belə asan məsələ deyil. Belə hal özüylə mütləq fəsadlar da gətirməlidir.

Fikrimcə, bu məsələ insanların məsuliyyətsizcəsinə öz həyatlarını riskə atmaqları kimi anlaşılmalıdır və burda hansısa qayda tətbiq etməyin adı yoxdur. Sadəcə təbligat olmalıdır ki, Allahın verdiyi vücudla insan kimi yaşayın, ekstremal hallar istisna olmaqla. Moda üçün bunu etmək, açığı, gülünc haldır və yolverilməzdir. Amma neyləyək, insanları biz hansısa düşüncə sistemimizin süzgəcindən keçirə bilmərik. O baxımdan bizdə bu məsələ hələ çox başağrısı olacaq”.

“Bəzi dəllallar çox vəsait qazanırlar”

Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, məsələnin əsas kökü vətəndaşların kütləvi şəkildə bu cür əməliyyatlara meyl göstərməsidir: “Bəlkə də Azərbaycan çox azsaylı ölkələrdəndir ki, orada bu qədər insan estetik cərrahiyyə əməliyyatı həyata keçirir. Biz bunun səbəblərini tapmalıyıq.

Və bundan da istifadə edən bəzi dəllarlar qazanc əldə edirlər. Bəzən də bu əməliyyatlar qeyri-qanuni formada həyata keçirilir. Bu, bir daha onu söyləməyə əsas verir ki, məsələ ciddi araşdırılmalıdır. Günahı olan, məsuliyyət daşıyan şəxslər də cəzalandırılmalıdır. Görün vəziyyət o hala çatıb ki, həkimlər bir-birindən bu formada şikayət edir və narazılıqlarını bildirirlər. Məncə, problemin həlli istiqamətində real addımlar atmalıyıq”.

Hansı həkimlər estetik əməliyyat edə bilər?

Azərbaycanda qanuni şəkildə estetik əməliyyat etmək üçün həkimlərdən hansı kriteriyalar tələb olunur? Sadə dillə desək, hansı həkimlər estetik əməliyyat edə bilər, kimlər edə bilməz? Bu və digər suallarla bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Sorğumuza nazirliyin Analitik Ekspertiza Mərkəzindən cavab verildi.

Bildirildi ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb:

“Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib (https://e-qanun.az/framework/19507). Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim - plastik cərrahlar əldə edirlər. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan qanunvericiliyinə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə yiyələnmiş mütəxəssislər praktik tibb fəaliyyətlə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Plastik cərrahiyyə üzrə tibb xidməti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar”.

10 ay: 15 qayda pozulub, 22 cərimə tətbiq olunub

“Səhiyyə Nazirliyi bu sahədə qeyri-qanuni əməlliyyat edənləri aşkar edə bilirmi? Onlar barədə hansı ölçü götürülür?” sualımıza cavabdabildirilib: “Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir.

Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.

“Bu hallarda araşdırma aparılmayıb”

Son günlər sosial şəbəkədə heç bir tibbi təhsili olmayanların estetik əməliyyatlar etməsi barədə müzakirələr gedir. Bu fonda uğursuz estetik cərrahiyyə əməliyyatları ilə bağlı nazirliyə nə qədər şikayət daxil olub?

Mərkəzdən bildirilib ki, sosial şəbəkələrdə yazılan hallarla, yəni ölkədə plastik cərrahiyyə üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslərlə bağlı Mərkəz tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək hərtərəfli araşdırma tədbirləri həyata keçirilib və bu tədbirlər mütəmadi olaraq davam etdirilir. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma aparılıb:

“Nəticədə müxtəlif müəssisələrdə plastik cərrahların fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayıb, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilib, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda belə şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam (və ya qeyri-müəyyən) olan hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Bundan sonra da yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək”.

Həkimdən sertifikat tələb edin

Qeyd olunub ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikat tələb etmək hüququ var: “Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsi ilə bizə müraciət ünvanlaya bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.

Kosmetoloji xidmət göstərənlər diplom və lisenziya almalıdır

Plastik cərrahiyyədə ölüm hallarının olması və son dövrlər onların sayının artması cəmiyyətdə böyük narahatlıq doğurub. Bu il aprelin 16-da Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı etdiyi və öz eltisi olan 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra öldüyü məlum olmuşdu.

Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Bu yaxınlarda İlyasovanın əməliyyat etdiyi daha bir xəstənin vəziyyətinin yaxşı olmadığı iddia olunmuşdu, amma o ötən gün “Günə bax” verilişində bildirib ki, hazırda işini dayandırıb və heç bir əməliyyat etmir.

Qanunvericilikdə həkim səhlənkarlığı məsuliyyət yaradırmı? Və bu hansı hallarda qüvvəyə minir? Cəzası nədir?

Hüquqşünas Sima Yaqubova məsələyə belə aydınlıq gətirib:

“İndi müxtəlif kosmetoloji kabinet və ya həkim-kosmetoloq adı altında bir çox qeyri-tibb təhsili olan şəxslər fəaliyyət göstərir. Hətta onların arasında ümumiyyətlə tibb təhsili və ya ali tibb təhsili olmayan şəxslər mövcuddur. Vətəndaşlar bilməlidir ki, kosmetoloji xidmət qanunvericiliyin tələbinə əsasən dermatoloji tibbi xidmətin xüsusi növüdür.

Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 2.13.2-ci bəndinə əsasən, dermatologiya xidmətinin bir növü kimi “kosmetoloji xidmət”in göstərilməsi xüsusi lisenziya tələb edilən tibbi xidmət növünə malikdir. Yəni kosmetoloji xidmət göstərmək istəyən şəxs əvvəl baza ali təhsilli həkim diplomuna malik olmalı və bununla yanaşı bu xidmət üçün lisenziya almalıdır.

Söhbət plastik cərrahiyə zamanı pasiyentə, xəstəyə vurulan ziyan və onun ödənilməsi, bu sahədə bu tibbi xidməti göstərən şəxslərin və tibb müəssisələrini məsuliyyətindən gedir. Əlbəttə ki, qeyd etdiyim xüsusi ixtisas dərəcəsinə malik olmayan həkimlər tərəfindən plastik cərrahiyyə ilə məşğul olmaq ən azından qanunsuzluqdur. Yaranan nəticənin ağırlığından asılı olaraq belə şəxslərin maddi, mülki və cinayət məsuliyyətini qanun müəyyən edib”.

“Ölüm varsa cinayət məsuliyyəti yaranır”

Sima Yaqubova deyir ki, belə ziyanvurmalara görə həm tibb müəssisəsi, həm də həmin həkim pasiyent qarşısında maddi məsuliyyət daşıyır və Mülki Məcəllənin tələbinə əsasən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və digər məsələlərlə bağlı çəkdiyi xərclərinin əvəzi ödənilməlidir.

Pasiyentin ölümünə səbəb olarsa və ya sağlamlığına vurulan ziyanın dərəcəsindən asılı olaraq cinayət məsuliyyəti yaranır. Burada səhlənkarlıq; xəstəyə kömək göstərməmək (bilərəkdən və ya ehtiyyatsızlıqdan), ehtiyyatsızlıqdan adam öldürmə; ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma; təhlükədə qoyma; həmçinin lisenziyalaşdırılmış fəaliyyət tələb edilən tibbi xidmətlərdə lisenziya olmadıqda bu qanunsuz sahibkarlıq (CM-nin 192-ci maddəsiS) kimi cinayət əməlləri ilə tövsif edilə bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru