Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.