Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Əməkdar artist Elza Seyidcahan şeirlərdən birinin dərsliyə salındığını vurğulayıb. Bəs görəsən şeirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayan əməkdar artistin şeirləri şagirdlərə nə verə bilər? Təhsil eksperti Kamran Əsədov bu barədə Moderator.az-a danışdı. Bildirdi ki, dərsliklərə hansı əsərlərin daxil ediləcəyinə qərar verən proses adətən Təhsil Nazirliyinin və müvafiq elmi-metodik şuraların iştirakı ilə həyata keçirilir. Təhsil eksperti qeyd edib ki, bu prosesdə əsərlərin dil, üslub, məzmun və pedaqoji uyğunluq kimi meyarlarla seçildiyi bildirilir: “Elza Seyidcahanın şeirlərinin seçimi məsələsi bu kriteriyalara cavab verib-vermədiyi ilə bağlı suallar doğurur. Əgər belə bir qərar qəbul olunubsa, bu əsərin tədris məqsədlərinə uyğunluğu ilə izah edilməlidir. Lakin cəmiyyətin və bəzi ədəbi ekspertlərin bu qərara qarşı münasibəti mübahisəli olub, qərarın obyektivliyini sorğulayan reaksiyalara səbəb olub. Elza Seyidcahanın yaradıcılığı bəzən cəsarətli ifadələr və fərqli düşüncə tərzi ilə seçilir, lakin onun şeirlərinin dil baxımından zəngin olmaması, bəzi hallarda məzmunun səthi görünməsi şeirlərin tədris məqsədli dərsliklərə uyğunluğunu şübhə altına alır. Dərsliklərin məqsədi yalnız bilik ötürmək deyil, həm də şagirdlərin estetik zövqünü və mədəni dünyagörüşünü formalaşdırmaqdır. Bu baxımdan, dərsliklərdə yer alan əsərlərin milli dəyərləri, ədəbi keyfiyyətləri və pedaqoji tələbləri qarşılaması vacibdir”. Ekspert deyib ki, Beynəlxalq təcrübədə dərsliklərə əsərlərin seçimi çox vaxt müstəqil ekspertlərdən ibarət komissiyalar tərəfindən həyata keçirilir: “Bu komissiyalar əsərləri elmi əsaslarla təhlil edir, onların tədris məqsədlərinə uyğun olub-olmamasını araşdırır. Azərbaycanda isə bu proses mərkəzləşdirilmiş formada aparıldığından, bəzi qərarlar cəmiyyətin geniş hissəsində etirazla qarşılanır. Elza Seyidcahanın şeirlərinin dərsliklərə daxil edilməsi ilə bağlı qərarın ədəbi və pedaqoji əsaslarla verildiyini təsdiq etmək üçün bu prosesin şəffaf olması vacibdir. Dərsliklər təkcə təhsil vasitəsi deyil, həm də mədəniyyətin ötürücüsüdür. Bu baxımdan, hər bir əsərin dərsliyə daxil edilməzdən əvvəl onun pedaqoji məqsədlərə uyğunluğu, ədəbi dəyəri və cəmiyyətin gözləntiləri nəzərə alınmalıdır”. Kamran Əsədov qeyd edib ki, dərsliklərdə təmsil olunan əsərlər şagirdlərin tənqidi düşüncəsini formalaşdırmalı, onların estetik zövqünü inkişaf etdirməlidir: “Elza Seyidcahanın şeirləri bu məqsədlərə cavab vermirsə, qərarın yenidən nəzərdən keçirilməsi və ictimaiyyətin fikirlərinin də nəzərə alınması vacibdir. Təhsildə ədəbiyyatın rolu milli irsin və dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əvəzsizdir. Bu səbəbdən dərsliklərdə istifadə olunan əsərlərin seçimi zamanı ictimai razılığın əldə edilməsi üçün geniş müzakirələrin keçirilməsi tövsiyə olunur. Bu cür müzakirələr cəmiyyətdə təhsil sahəsindəki qərarların qəbuluna daha böyük inam yarada bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|