"Danışıqları Rusiya ilə aparmalıyıq" - Deputatdan ÇAĞIRIŞ
Tarix: 2-04-2022, 10:25 | Çap et
DİA.AZ BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir: - Qüdrət bəy, Rusiyadan növbəti bir deputat Azərbaycanı raketlə vura biləcəkləri ilə hədələyib. Onlar bununla nəyə nail olmaq istəyirlər? - Təəssüflə deməliyəm ki, onlar Rusiyanın buna qadir olduğunu Azərbaycanda çoxlarının düşündüyünü başa düşmürlər. Həmin adamlar öz qeyri-ciddi, nifrət dolu və təcavüzkar açıqlamaları ilə bu cür düşünənlərin sayını artırdıqlarının da fərqində deyillər. Sağlamlıq problemləri olan bu deputatlar Ukraynada başlatdıqları qardaş qırğınına necə son qoymaq haqqında düşünməli olduqları halda prezidentlərinin Azərbaycanla müttəfiqlik barədə imzaladığı sazişin mürəkkəbi qurumamış bizi raketlərlə bombalayacaqları ilə hədələyirlər. Ona görə ki, Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməyə çalışır və bunun üçün Rusiyanın da imzaladağı 10 noyabr sazişinin icra olunmasını tələb edir. Onlar anlamırlar ki, Türkiyə NATO üzvü olsa da Rusiyaya qarşı sanksiyalara qoşulmadı və Rusiyanı Ukraynada düşdüyü vəziyyətdən çıxarmağa, Rusiya Federasiyasını dağılmaq təhlükəsindən xilas etməyə çalışır. Onu da başa düşmürlər ki, nə Azərbaycan nə də onun təbii müttəfiqi Türkiyə 90-cı illərin Azərbaycanı və Türkiyəsi deyil. Dumanın hər yerindən duran deputatı bizi hədələməklə qorxuda bilməz. Biz zamanla Azərbaycan haqqında artıq-əskik danışan daha statuslu Duma üzvülərinin ağzının üstündən vurmuşuq. Əslində Rusiyanın daxilindəki gerizəkalı, zamanla ayaqlaşa və yeni geosiyasi reallıqlarla barışa bilməyən imperialist güclər hamını nüvə bombası ilə hədələməklə, Federasiyanı qonşuları ilə münaqişəyə cəlb etməklə onu təcrid olunmaq və dağılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Rəsmi Moskvanın belələrini məsuliyyətli olmağa çağırması yetərli deyil. Putinin Ukrayna ilə müharibəyə son qoyub ciddi islahatlara başlaması lazımdır. Rusiya onunla dost olmaq və səmimi əməkdaşlıq etmək istəyən ölkələrin suverenliyinə və imzaladığı sazişlərə hörmət etməlidir. - Putin müharibəni dayandırıb islahatlara gedərmi? Putin qətiyyətli və güclü siyasət adamıdır.O islahatların qaçılmaz olmasına əmin olsa Rusiyanın inkişafı naminə buna gedəcəkdir. Müharibənin uzanması və köklü islahatlara gedilməməsi Rusiyanı inkişafdan saxlayacaq. Bu da sonda ölkədə ciddi sosial-iqtisadi və siyasi böhrana səbəb olacaq.İslahatlar başqa liderlərin zamanına qalsa Rusiya bunu çox ağrılı keçirəcəkdir. Rusiya Ukraynanın neytrallığı və Krımda hərbi bazalarının saxlanılması qarşılığında 2014-cü ilin vəziyyətinə qayıtmalı, Ukraynanın ərazi bütövlüyünü tanımalı, qonşularla normal münasibətlər qurmalıdır. - Qərb niyə Ukraynaya ciddi dəstək vermir? Qərbin ifrat liberallaşması ancaq yumşaq, güzəştəmeyilli və qarşıdurmadan qorxan siyasətçilərin partiyadaxili və ümummilli seçkilərdə qələbəsini təmin edir. Həmin liderlər Rusiyaya güzəştə getməklə onu sakitləşdirməyə meyillidirlər. Həm də müharibədən qorxurlar, ona görə Ukraynaya Rusiyanı dayandıracaq və ölkədən çıxarda biləcək gücdə və miqdarda silah vermirlər. Yəqin ki, belə davam edərsə, zamanla Ukraynanı ciddi itkiləri qəbul etməklə sülh sazişi imzalamağa da məcbur edəcəklər. Vaxtilə ABŞ Ukraynanı "Budapeşt memerandumunu" imzalamağa məcbur etdiyi kimi. - Qüdrət bəy, 6 apreldə Brüsseldə Ermənistanla Azərbaycan arasında keçiriləcək danışıqlardan nəticə gözləməyə dəyərmi? - Sözsüz ki, yox. Rusiyanın istəyi olmadıqca Ermənistan nə bizimlə,nə Türkiyə ilə münasibətləri normallaşdıra bilməz. Ona görə danışıqları Rusiya ilə aparmalıyıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|