" Müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq" - deputat
Tarix: 2-04-2022, 09:12 | Çap et
Aprelin 2-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 38-ci günü yaşanmaqdadır. “Z” ordusu şəhərləri bombalayır, raket zərbələri ilə darmadağın edir, insanlar fəlakət içindədir və xüsusən ölkənin şərq hissəsində müharibə cinayətləri baş verməkdədir.
Artıq Xerson, Xarkov, Mariupol şəhərləri Hələb, Dəməşq kimi viran qoyulmaqdadır. Lakin bəzən konspiroloji proqnozlar səslənir ki, bu müharibə də Azərbaycanın apardığı Vətən savaşı kimi 44 gündə başa çatacaq. Bu fikri səsləndirənlərə inansaq, o halda təxminən 6 günə toqquşmalar dayanmalıdır.
Amma gedişat göstərir ki, müharibə daha çox uzana bilər. Çünki Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərarı versə də, tamamilə geri çəkilməyib, döyüşlər gedir, Donbasda müharibə davam edir, NATO və Qərb rəsmiləri də müharibənin uzanacağını, hətta ABŞ və Böyük Britaniya müdafiə nazirlikləri Rusiyanın manevr etdiyini, daha güclü hücum olacağına xəbərdarlıq edirlər.
Bu arada Ukrayna prezidenti ofisinin rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib ki, döyüş əməliyyatları daha bir həftə çəkə bilər. Belə çıxır ki, həmin proqnozları irəli sürənlər haqlıdırmı? Ukrayna müharibəsi də 44 günə bitə bilərmi?
Rusiyalı hərbi ekspert Maksim Şevçenko isə Caliber.az-a deyib ki, Azərbaycanda Ukrayna müharibəsi ilə bağlı yanlış rəy mövcuddur və bu, Azərbaycanın ziyanına işləyə bilər. Bildirib ki, Rusiya heç də Ukraynada uduzmur, əksinə, öz hədəflərinə yavaş-yavaş yaxınlaşır. Yeri gəlmişkən, Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonunu tam tərk ediblər. Bu barədə Brovar meri İqor Sapojko məlumat verib. O bildirib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda ərazini düşmənin qalıqları və texnikasından, o cümlədən minalardan təmizləyəcəklər: “Brovar əhalisi geri qayıdır. Kiçik və orta biznes tədricən canlanır. Müəssisələr, mağazalar, kafelər açılır. Şəhər öz həyatını yaşamağa başlayır. Bizim Ukrayna ordusundan ümidimiz var idi, həmişə deyirdik ki, hər şey sakitdir, hər şey yaxşıdır”.
Sapojko Brovardakı blok-postların götürülməyəcəyini deyib və bildirib ki, təhlükə anında şəhər müdafiəyə hazır olmalıdır. Üstəlik, Rusiyanın Belqoroddakı neft bazasına hücum edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter geri qayıdarkən Mayski və Repnoe qəsəbələri üzərində görünüb. dia-az.life-ın məlumatına görə, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna arasında fevralın 24-dən başlanan müharibənin 38 günü tamam olur: “Gedişata baxanda müharibənin dayanması haqda zamanı göstərmək çox çətindir. Faktiki olaraq, müharibənin dayandırılması haqda real addımı atan yeganə dövlət Türkiyədir. Cənab Ərdoğanın bu istiqamətdə müstəsna xidmətləri, səyləri olduğunu söyləmək lazımdır. Əvvəlcə, Antalyada xarici işlər nazirlərini görüşdürdü, İstanbulda nümayəndə heyətlərini bir araya gətirdi, tərəflər arasında müəyyən paramentrlər üzrə yaxınlaşma əldə olundu, Ukraynanın NATO üzvü olmayacağı şifahi razılaşma var. Yəni cənab Ərdoğan çalışır ki, müharibə dayansın və onun əsas hədəfi Putin-Zelenski görüşünü təşkil etməkdir”.
E.Nəsirov qeyd etdi ki, eyni zamanda, xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçiriləcək və rəsmi Ankara bu yöndə çox ciddi cəhdlər göstərir: “O baxımdan Türkiyənin addımlarını diplomatik uğur adlandırmaq olar. Ancaq nə qədər ki Putin-Zelenski görüşü baş tutmayıb, müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq”.
“Rusiyanın Belqorod şəhərindəki neft bazasını həqiqətən də Ukrayna vurubsa, bu, o deməkdir ki, Rusiyanın hava hücumundan müdafiə qoşunları artıq hansısa bir təhlükənin qarşısını ala bilməyəcək vəziyyətdədir”.
Bu fikri isə hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bölüşüb. Ü.Cəfərov Belqoroddan sonra Ukraynanın Rusiyanın içərilərinə doğru girə bilmə ehtimalını isə belə dəyərləndirib: “Müharibəni Rusiya Ukrayna ərazisində başladıb. Bu səbəbdən Ukraynanın özünümüdafiə üçün bütün variantları keçərlidir. Əlbəttə, bunu arzulamazdım. Əgər elə bir hadisə baş versə, yenə də bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Rusiya özü çıxış yolu tapmalıdır. Lakin son olanlar göstərir ki, Rusiya bunu istəmir. 37 gün ərzində yaranan mənzərə hər kəsi üzdü. Fakt isə ondan ibarətdir ki, Rusiya ordusu prioriteti, strategiyasını, taktikasını düzgün qurmadı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|