"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                 

Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar
Tarix: 28-01-2014, 10:22 | Çap et
Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar
DİA.AZ: - Son zamanlar Xaçmaz Gömrük İdarəsində bir sıra xoşagəlməz hallar, ciddi problemlər yaşanır. Bu isə öz növbəsində, həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarını əməlli-başlı narahat edir. DİA.AZ bildirir ki, bu braədə “Gündəlik Bakı qəzetində məlumat yayılıb. Xəbərdə qeyd olunur ki, hazırda Xaçmaz Gömrük İdarəsində özbaşınalıqlar ən yüksək zirvəyə çatıb. Xırda ticarətlə məşğul olan Xaçmaz və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının sözün həqiqi mənasında Elçin Quliyevin rəisi olduğu Xaçmaz Gömrük İdarəsinin məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrildiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, idarənin tabeçiliyində olan Yalama (SDK), Xanoba, Şirvanovka, Samur və Zuxul gömrük postlarının əməkdaşlarının əməlləri heç bir qanuna və məntiqə sığmır:

«Bu gün Xaçmaz Gömrük İdarəsinin «SDK» gömrük postunda elə ab-hava hökm sürür ki, sanki bura bir neçə şəxsin «özəl obyekti»dir. Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim, həmçinin «SDK» gömrük postunun rəhbərliyi birlikdə buranı müvafiq qanunlarla yox, məhz özlərinin müəyyənləşdirdikləri «qayda»larla idarə edirlər. Elə buna görə də onlar bir sıra yollarla öz maraqlarını təmin etməyi bacarırlar». Xaçmaz Gömrük İdarəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanların saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirdiklərini deyən mənbə qeyd edir ki, idarə rəisi Elçin Quliyev və onun tabeçiliyində çalışan şəxslərin əməllərindən narazı olan insanlar kimə, hara şikayət edəcəklərini bilmirlər: «Çünki heç kim Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyevə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllimə, həmçinin «SDK» gömrük postunun rəhbərliyinə irad tutmur, onların əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də onlar öz bildiklərini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışırlar».

Ötən il dekabr ayının 29-da Rusiyanın paytaxtı Moskva şəhərindən Ramil Əliyev tərəfindən Gəncə-Moskva avtobus reysilə 4 qutu, 144 ədəd gümüş qaşıq, çəngəl və bıçağın göndərildiyini deyən məlumatlı şəxsin iddiasına görə, Xaçmaz Gömrük İdarəsi, eləcə «SDK» gömrük postu qeyd olunan malları it-bata salıb: «Dekabrın 29-da Ramil Əliyev Moskvadan Gəncə-Moskva avtobusu ilə dəyəri 21 min dollar olan gümüş qaşıq, çəngəl və bıçaq göndərib. O, avtobus sürücüsünə deyib ki, cehizlik üçün nəzərdə tutulan həmin malları «SDK» gömrük postunda Vüqar Ələkbərov ondan təhvil alacaq. Malın dəyərinin 21 min dollar olduğunu təsdiq edən müvafiq qəbz də var. Mal gəlib gömrük postunda çatanda sürücüyə deyirlər ki, mallar «rastamoşka» olunmalıdır. Sürücü mal sahib olmadığını, sadəcə malı gətirdiyini bildirdik də, gömrük əməkdaşları gümüş əşyaları depoya qoyurlar və bildirirlər ki, sahibləri gəlib «rastamoşka» eləməlidir. Daha sonra Moskvadan «SDK» gömrük postu ilə əlaqə saxlanılıb və bildirilib ki, malın keçirilməsinə icazə verilmir, bu sahədə monopoliya var. Gömrük işçiləri deyiblər ki, bizim sizə yaxşılığımız o olar ki, gəlib malınızı geri götürəsiniz. Bundan sonra Ramil Əliyev Vüqar Ələkbərov və avtobus sürücüsü ilə birlikdə «SDK» gömrük postuna malı geri götürmək üçün gəlirlər. Lakin onlar həmin vaxt gümüş əşyaların depoda olmadığını görürlər. Onlara bildirirlər ki, gümüş əşyaları Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim aparıb. Ramil Əliyev və digərləri məcbur olub Xaçmaza getməli olurlar. Lakin Xaçmaz Gömrük İdarəsindən deyirlər ki, mallar məhkəmə yolu ilə müsadirə olunub. Maraqlı məqam ondadır ki, Xaçmaz Rayon Məhkəməsi yükün sahibi olmadığı halda necə və hansı əsasla onu müsadirə etmək barədə qərar verib?

Bunu aydınlaşdırmaqdan ötrü məhkəmə ilə əlaqə saxladıqda məlum olub ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ağ yalan deyirlərmiş. Məhkəmə həmin gümüş əşyalarla bağlı heç bir qərar qəbul etməyib və ümumiyyətlə, bu barədə məlumatı belə, yoxdur. Bundan sonra Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi malın dəyərinin hesablanıb geri qaytarılması barədə təkliflə çıxış etdi. Qarşı tərəf, yəni mal sahibləri gümüş əşyalarının dəyərinin 21 min dollar olduğunu deyib. Gömrük əməkdaşları isə malın qiymətinin 21 min rubl olduğunu düşünüblər. Bununla bağlı gömrük əməkdaşlarına müvafiq qəbz təqdim olunduqda mallın qiymətinin həqiqətən də 21 min dollar olduğu aydınlaşıb». Məlumatlı şəxsin sözlərinə görə, gömrük işçiləri vəziyyətdən çıxmaq üçün gümüş əşyaların 4 qutu yox, yalnız bir qutu olduğunu iddia ediblər: «Bir sözlə, Xaçmaz Gömrük İdarəsi mənimsədikləri malı müxtəlif yollarla ört-basdır etməyə çalışır. İndi cehizlik alınan həmin gümüş malların sahibləri yanvarın 7-dən Xaçmaz Gömrük İdarəsində qalıblar. İdarənin rəisi Elçin Quliyev isə özünü sanki heç nə olmamış kimi aparır».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru