Əbülfəs Qarayevin nazirliyinə qarşı şok korrupsiya ittihamları - Nədən bu faktlar ciddiya alınmır?
Tarix: 30-07-2014, 10:22 | Çap et
DİA.AZ: - Redaksiyamıza Mədəniyyət və Turizm Nazirliyinə qarşı ittiham dolu bir müraciət ünvanlanıb. DİA.AZ-a daxil olan həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:
"Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm. Göygöl rayon Mədəniyyət və Turizm sobəsinin müdiri xanım Hümbətova sınaq və staj müddətlərimdə kuratorum olub. Sınaq və staj müddətimi başa vurduqdan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin Əmri ilə kicik dovlət qulluqçusu ixtisas dərəcəsi almışam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata kəçirilməsində fəal iştirak ətdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində işlədiyim müddət ərzində şöbə müdirim xanım Hümbətova 2013-cü ilin fevral ayına qədər ZAUR MMC ilə -cü ilin fevral ayından etibarən isə ƏDİRƏF MMC ilə alınan inventar və avadanlıqlar, görülən işlər müqabilində bu MMC lərin hesabına pullar köçürülür. Bu MMC lərdən ƏDİRƏF MMC Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəiyinin mühasibi Fəridə Məmmədovanındır. Hər ay keçirilən maliyyə əməliyyatlarından sonra Fəridə Məmmədova ilə Şərqiyyə Hümbətova bu əməliyyatlardan əldə etdikləri "qazancı" bölüşdürürlər. Bir çox hallarda Fəridə Məmmədova "qazancı" gec gətirdiyinə görə, bir hissəsini gecikdirdiyinə görə aralarında mübahisələr yaranırdı. ƏDİRƏF MMC nin adı Fəridənin adının tərs oxunuşudur. Yəni bunların heç bir maliyyə yoxlamasından qorxuları yoxdur. ƏDİRƏF MMC-nin hesabına köçürülən pullar mədəniyyət obyektlərinin pərdələrinin, xalçalarının yuyulması, elektrik naqillərinin dəyişdirilməsi adı ilə köçürülürdü və heç vaxt bu işlər görülmürdü. Keçirilən(əslində keçirilməyən) tədbirlərin xərclərinin ƏDİRƏF MMC tərəfindən həyata keçirildiyi qeyd olunur. 2013-cüiin iyun ayının 2 də mən məzuniyyətdə olduğum zaman şöbə müdirim xanım Hümbətova məni talesimiyalı uşaqlara qan vermək üçün işə çağırdı. Qanvermə aksiyasından sonra mənə imzalamalı olduğum və ƏDİRƏF MMC ilə görülən işlərə görə olan aktlara imza atmağımı istədi. Mən həmin aktlarda olan məbləğin 35-40 min manat olduğunu və həmin aktlarda olan qiymətlərin 3-4 dəfə artıq yazıldığını görüb imza etməkdən imtina etdim. Xanım Hümbətova mənə bu aktlara özümdə imza atıram, möhür vururam cavabdeh mən özüməm deməyinə baxmayaraq yenə də imza atmadım. Xanım Hümbətova bu aktlardakı qiymətləri artıq yazmaq səbəbi kimi gələn“qazanc” dan “HƏRƏNİN ÖZ FAİZİ” olduğunu bildirdi. 2013-cü ilin iyun ayında məzuniyyətdən qayıtdıqdan etibarən xanım Hümbətova mənə heç bir tapşırıq vermədi. Bu hal 5 avqust 2013-cü ilə kimi mən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət edənə qədər davam etdi. Nazirlikdən isə heç kəs gəlib göstərdiyim məsələləri yoxlamadı, yalnızca telefon vastəsilə birdə belə hallar olmasın deyildi. Bu müraciətimdən sonra xanım Hümbətova mənə qarşı münasibətini tamamilə dəyişdi. Məni şöbənin bütün işlərindən uzaqlaşdırdı. Sanki öz şəxsi şirkətini idarə edirmiş kimi mənə tapşırıqlar verməməyə başladı. 2 iyun 2013-cü il tarixdə imzalamadığım sənədləri isə aktdan adımı çıxardıb başqa bir adla, eyni qiymətlərə sənədləşdirdi.
Kompyuter dəsti " Casper" -- 400-500 manat -- 1380 manat kimi
Kompyuter dəsti "LC"---- 400-500 manat --- 1320 manat kimi
Notebook "Casper" ----- 500-600 manat--- 1246 manat kimi
Dinakort --------- 1800-2000 manat----- 4066 manat kimi
Stul --------- 25-30 manat ---- 56 manat kimi.
Şkaf ---------- 150-180 manat ----- 400-450 manat kimi
Tozsoran ---------- 130-150 manat -------- 256 manat kimi
Telefon aparatı ---------- 8-10 manat ----- 25-30 manat kimi sənədləşdirildi.
Mənim öz şəxsi işimə baxmağıma icazə vermirdi. Bunun səbəbi isə şəxsi işimin içinə yeni-yeni "akt" lar yerləşdirməsi idi. bu aktlar məndən xəbərsiz yazılırdı və məndən heç bir izahat alınmırdı.
Mən korrupsiyaya təkbaşına mübarizə aparmağa başlayanda bilirdim ki, xanım Hümbətova məni işdən azad etmək üçün hər cür şər böhtandan istifadə edəcək, öz vəzifə səlahiyyətlərindən istifadə edəcək. Amma axır-əvvəl bu məsələni ölkə Prezidenti cənab İlham Əliyevin eşidəcəyinə də əminəm. 11 aprel 2014-cü il tarixdə Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya faktları barədə müraciət etdim. Bu müraciətimdən sonra xanım Hümbətova məni işdən çıxarmaq fikrini qətiləşdirdi. Mənim barəmdə əvvəlki tarixlərə “akt” lar yazıb, işçilər üzərində olan təsirindən istifadə edərək onlara imzalatdırdı. Mənim işdən olunmağım üçün təqdimatımı Azərbaycan Respubliksaının Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Sağolsun nazirliyimiz də xanım Hümbətovanın xətrinə dəymədi və 17 iyul tarixdə mənim dövlət qulluğuma xitam verdi. İşdən azad olma səbəbim kimi də nazirliyin nüfuzuna xələl gətirməyimi göstərdilər.
NAZİRLİYİN NÜFUZUNA XƏLƏL GƏTİRMƏK.
Mən cənab Nazirdən soruşmaq istəyirəm. http://www.moderator.az/fotobaza/orta/650.jpg
Niyə? Xanım Hümbətova hər ay iş otağına gələn və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan bağlı klubların, kitabxanaların bağlı olduğunu öz qazətlərində işiqlandırmamaq müqabilində rüsvət alıb gedən “jurnalistlərin” yanında Naziriyi nüfuzdan salmağını görmür? Həmin "jurnalistlərin" yanında boynu bükük durmaqdansa niyə bağlı kitabxana və klubların açıq olması üçün tədbirlər görmür? Niyə? Azərbaycan Respublikasnın Mədəniyyət və Turizm nazirliyindən 2013-cü ildə gələn yoxlamanı yola saldıqdan sonra xanım Hümbətovanin bütün mədəniyyət isçilərindən YOXLAMAM GƏLMİŞDİ ONLARI YOLA SALANDA XƏRCİM ÇIXDI deyib pul yığanda Nazirliyin nüfuzuna xələl gəlmir?. Nazirlikdən gələn yoxlamanı tabeçilikdə olan işçilərin gözündə nə qədər nüfuzdan saldığını görməmək mümkün deyil. Niyə?
Hər Yeni ildə və Novruz Bayramında xanım Humbətovanın bütün işçilərdən NAZİRLİYƏ SƏBƏT YOLLAYACAM deyib pul yığarkən Azərbaycan Respuplikasının Mədəniyyət və Turizm Nazirinin və nazirliyin nufuzuna nə qədər xələl gətirməyi nüfuza xələl gətirmək deyil?
Niyə? Yeni işçiləri işə götürərkən xanım Hümbətovanın həmin işçilərin təhsilinə, iş stajına, qabiliyyətinə baxmadan hər birindən haqq alaraq işə götürdüyünü və hər birinə SiZLƏRİ ATESTASİYA ETMƏSİNLƏR DEYƏ NAZİRLİYƏ VERƏCƏM dəməsi və bununlada Nazirliyimizin nə qədər nufuzdan salınığını nüfuzdan salmaq sayılmır?
Mən Sizin vastənizlə ölkə Prezidenti cənab İlham Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə müraciət edirəm. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətova korrupsiya əməlləri ilə məşğuldur. Bu dediklərimi yoxlamaq üçün müvafiq qurumlara göstərişlər verməyinizi xahiş edirəm".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
|