“Camalovlar imperiyası” süqut etmək ərəfəsində - Yavər Camalovun adamları vəzifədən götürüləcək
Tarix: 26-07-2014, 11:12 | Çap et
Məlum olduğu kimi artıq uzun illərdir ki, Şirvan Şəhər İcra Hakimiyyətinə ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov rəhbərlik edir. Amma onun bu rəhbərliyi necə həyata keçirməsi barədə müxtəlif mənbələrin təqdim etdikləri məlumatlarda heç də ürək açan sözlərə rast gəlmək olmur: “Əslində Mərdan Camalov Şirvan şəhərinin sanki bir padşahıdır. Şəhəri istədiyi kimi, heç bir yazılı qanuna məhəl qoymadan idarə edir. Hansı sahədəki biznesi deyirsən nəzarətindədir. Səsini çıxaran da elə günə salınır ki, bir də söz deməyi ağlına belə gətirmir. Əslində, şəhərdə vəziyyət heç də ürəkaçan deyil. Mərdan Camalovun başı biznes fəaliyyətinə elə qarışıb ki, insanların necə dolandığı, gənclərin hansı işlərlə məşğul olması onu qətiyyən maraqlandırmır...” Bu da məlumdur ki, son illər Şirvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb. Bu məbləğlə rayonda bəzi işlər görülsə də, yeyinti hallarına daha çox yol verildiyindən bir sıra obyektləri təmir etmək mümkün olmayıb.Təmir edilənlərdə isə ucuz tikinti materiallarından istifadə edilib. Yəni vəsaitin çoxu mənimsənilib. Qeyd edək ki, Şirvan ŞİH-nə rəhbərlik etməsinin artıq 9 ili tamam olan M.Camalov ölkə başçısının etimadından sui-istifadə edərək büdcə pullarını göyə sovurmaqla məşğuldur. Rayon sakinlərindən aldığımız bilgilərə görə, prezidentin rayona keçən ilki səfərindən sonra başçı özbaşınalıqlarını lap artırıb: “Şirvanda yalnız kosmetik işlər görülüb. İcra başçısı ölkə prezidentinə də məhz rayonun mərkəzi yerlərini göstərdi. Kəndlərdə və rayon mərkəzindən aralıda yerləşən yaşayış sahələrində vəziyyət dözülməzdir. Yollar yaman gündədir, kommunal problemlər əhalini boğaza yığıb. İcra başçısı heç bir vətəndaşın problemi ilə maraqlanmır. Özünün və qardaşının biznesini fikirləşir. Rayon camaatı onun haqqında dəfələrlə şikayət edib. Buna baxmayaraq, hələ də vəzifəsində qalır. Məmur o qədər özbaşınalıq edir ki, artıq buna tap gətirmək mümkün deyil. Dövlət büdcəsindən vəsait ayrılır ki, rayonda iş getsin, ancaq başçı sıravi insanları tikinti və təmizlik işlərinə cəlb edir...” Başçının fəaliyyətini tənqid edən sakinlərin sözlərinə görə, Mərdan Camalovun 9 illik rəhbərliyi dövründə Şirvanda nə qədər boş torpaq varsa, hamısı satılıb: “Rayonda elə adam yoxdur ki, başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin. Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verməsi heç kimin yadından çıxmayıb. Həmin obyekt bu gün telefon mağazası kimi fəaliyyət göstərir. İcra hakimi rayonda hegemonluq edir. Heydər Əliyev Parkında böyük çayxanası, uşaq əyləncə qurğuları, müxtəlif ticarət köşkləri var. Burdan əldə olunan gəlir birbaşa başçıya çatır. Obyekt əvvəllər rayon rəhbərinin yaxın adamlarından sayılan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına idi. Heydər Əliyev Mərkəzi tikiləndən sonra başçı əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. “Leyla” şadlıq sarayı və onun yaxınlığındakı torpaq sahəsi də icra başçısına məxsusdur”. Xatırlayırsınızsa ötən saylarımızda dərc etdiyimiz materiallarda Camalovların sahib olduqları biznes imperiyasına dair maraqlı açıqlamalar təqdim olunmuşdu. Qeyd olunmuşdu ki, Yavər Camalov məhz Müdafiə Sənayesi naziri postuna təyin olunduqdan sonra sürətlə ölkənin əsas oliqarxları sırasına inteqrasiyaya başladı. Bu gün isə nazir “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Daxil olan məlumatlarda bildirilir ki, Yavər Camalovun malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir. Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakıda və ətraf qəsəbələrdə 50-yə yaxın villaya sahib olduğu bildirirlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|