Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                 

Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"... - Evimizi tikməli olanlarınn ev qıxmaqlığı...
Tarix: 19-07-2014, 10:09 | Çap et
Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"...
Bu gün Bakıda tikinti işləri ilə məşğul olan yüzlərlə şirkət fəaliyyət göstərir. Son vaxtlarda isə həmin tikinti şirkətlərindən bir neçəsi vətəndaşları aldatmaqla, dələduzluqla məşğul olmaqla gəlirlərini artırır, vətəndaşlara külli miqdarda ziyan vurur. Statistikaya nəzər salsaq, bu gün 10-dan artıq tikinti şirkəti bu cür dələduzluq etdiyi üçün barələrində cinayət işləri başlanıb. Həmin tikinti şirkətləri hətta vətəndaşlara şirnikləndirici vədlər verməklə arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək insanları daha asan aldadıb onların pullarını əllərindən alıblar. Bakıda ilk olaraq bu cür fırıldaqçı tikinti şirkəti kimi “MURAY” MMC şirkəti ad çıxardı. Bu şirkət vətəndaşları aldadaraq onlardan qabaqcadan pul yığsa da, həmin şəxslər üçün ev tikməmişdi. Vətəndaşların etiraz aksiyasından sonra aidiyyəti qurumlar məsələyə reaksiya verdi və şirkətin bir neçə əməkdaşı həbs edildi. Müəyyən edildi ki, həqiqətən də bu şirkət vətəndaşları aldatmaqla məşğul olub. Faktla bağlı cinayət işi başlandı və şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Baş Prokurorluğun araşdırmaları zamanı şirkətin vətəndaşlara vurduğu ziyan da ödənildi, həmin şəxslər digər tikinti şirkətləri tərəfindən mənzillə təmin edildi .

10 milyona görə 101 il həbs cəzası

“MURAY” işi yaddan çıxmamış Bakıda vətəndaşları aldadan daha bir tikinti şirkəti peyda oldu. Bu şirkət isə "G. E. N" MMC tikinti şirkəti oldu. Araşdırmalar zamanı məlum oldu ki, şirkətin rəhbəri Elbrus Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Bu faktla bağlı da cinayət işi başlandı və təqsirləndirilən şəxslər-şirkətin rəhbəri Elbrus Əliyev 15, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmovun hər biri 12, Ramin Əliyev, Kamran Məmmədovun hər biri 10, İlkin Səfərov və Mehbarə Cəfərzadə 9 il azadlıqdan məhrum ediliblər. Necə deyərlər 10 milyon manata görə 101 il həbs cəzası.

Xırdalan sakinlərinin ümidlərini puç edən “FUAD LTD”

Azərbaycanda fəaliyyət göstərən daha bir fırıldaqçı tikinti şirkətinin də rəhbəri barədə bu yaxınlarda cinayət işi başlandı. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhər sakini Rəhimov Saleh Bədir oğlu və qeyrilərinin «FUAD LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, cəmiyyətin direktoru Məmmədov Qasım Əsəd oğlu qulluq mövqeyindən sui-istifadə edərək külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-2007-ci illərdə Rəhimov Saleh Bədir oğlundan 22.800 ABŞ dolları, İsgəndərov Vəli Zaman oğlundan 10.000 ABŞ dolları, Abdurrahmanov Eldəniz Əbixan oğlundan 10.500 ABŞ dolları, Mustafayeva Xoşqədəm Sarı qızından 27.500 ABŞ dolları, Rzayev Rafiq İsaxan oğlundan 12.500 ABŞ dolları, Nəsibova Xavər Göycə qızından 24.500 ABŞ dolları olmaqla, cəmi 107.800 ABŞ dolları məbləğində pulu alıb sonunculara cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı ünvanda tikiləcək yaşayış binasında mənzillər satılacağı barədə yalan vədlər verib saxta müqavilələr hazırlayaraq təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində iş üzrə istintaq davam etdirilməklə «FUAD LTD» MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, bir neçə ay öncə “Fuad LTD” ”MMC” şirkəti tərəfindən aldadılan ona yaxın ailə bununla bağlı mətbuat konfransı keçirib aldadıldıqlarını iddia edərək şirkət rəhbərliyi barədə hüquq mühafizə orqanları tərəfindən tədbir görülmədiyini bildirmişdilər.

Bir evin 3 nəfərə satılma prinsipi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı daha bir tikinti fırıldaqçısı müəyyən edilib. Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq, kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir Məlumatı Baş Prokurorluğun rəsmi saytı yayıb.

“Xəzərə mənzərə”, yoxsa sakinlər üçün tələ?


Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı daha bir məlumata görə, “Xəzərə mənzərə” adlı Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı ediblər. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

100 milyon manatdan artıq vurulan ziyan

Bu gün hələ Bakıda onlarla bu cür tikinti şirkəti var ki, həmin şirkətlər ev tikmək yox, vətəndaşların “evini yıxmaq”la məşğuldur. Bu cür şirkətlər insanları aldadaraq onları şirnikləndirir, sonradan isə pulu alandan sonra ya vədlərinə əməl etmir, ya da ümumiyyətlə bina tikmirlər. Sonda da vətəndaşlara 10 milyonlarla ziyan vurur. Sevindirici haldır ki, bu prosesdə aidiyyəti qurumlar dərhal müdaxilə edib problemin qismən də olsa həllinə səbəb olur. Məsələn, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yuxarıda sadaladığım kimi, ondan artıq şirkətin bu cür özbaşınalığının qarşısını alıb. Gec də olsa şirkət barədə araşdırma aparılandan sonra günahkar şəxslər dələduzluqda təqsirləndirilərək həbs edilib, vətəndaşlara dəymiş ziyan ödənilib. Əgər belə olmasaydı, aldadılan vətəndaşlar hansısa bir dələduza görə Azərbaycan dövlətinə inamını itirəcəkdi. İdarə əməkdaşlarının operativ əməliyyatı bu cür fırıldaqçıların niyyətini ürəyində qoyub və onların əməllərini ifşa edib. Bu gün bu idarənin sayəsində onlarla tikinti fırıldaqçısının açdığı şirkət ifşa olunub, insanlar oyanıb. Minlərlə insanın on milyonlarla manat vəsaiti geri qaytarılıb.

Halalı özlərinə haram bilən tikinti maqnatları

Çox maraqlıdır, bu gün bu tikinti şirkətlərindən bəziləri niyə halal pul qazanıb normal sahibkar olmağa deyil, həbsxanalarda çürüməyə üstünlük verirlər? Həmin şirkət rəhbərləri dərk etmirmi ki, dələduzluq, rüşvətxorluğun sonu yoxdur? Məgər bu ardarda baş verən proseslər, dələduzluğa görə fəaliyyəti dayandırılan şirkətlər, vətəndaşları aldatdıqları üçün həbs edilən onlarla insanlar həmin şirkətlərə dərs olmayıb? Məgər onlar bu cür hadisələrdən dərs götürmədilərmi? Bu qədər haqq-hesabdan sonra bu şirkətlər yenə də fırıldaqçı olmağa, insanları aldatmağa cəhd edir. Sonda isə ara qarışır, vətəndaşlar isə dərhal aidiyyəti qurumlara müraciət edir.
Maraqlıdır, ola bilməz ki, bu şirkətlər qanuni fəaliyyət göstərə və tikintiv sektorunda sağlam rəqabət apara? Niyə həmin şirkətlər bu cür rəqabət deyil, fırıldaqçılığa görə rəqabət aparır. “Kim çox adam aldadacaq” şüarı ilə hərəkət edən dələduz tikinti maqnatları sonda həbsxana həyatını görəndən sonra əməllərinə qiymət verirlər və bu da gec olur. Artıq onda iş işdən keçir, məhkəmə isə hökmü verir. Artıq burda hansısa sakini yola gətirmək gec olur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru