Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                 

Türkanda yerli məmurlar sakinləri canlarından bezdirib - Narazı vətəndaşlar etiraza hazırlaşır
Tarix: 18-07-2014, 11:18 | Çap et
Türkanda yerli məmurlar sakinləri canlarından bezdirib
DİA.AZ: - Artıq bir neçə müddətdir ki, redaksiyamıza paytaxtın Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi Rahil Babayevin fəaliyyətindən doğan şikayətlər ünvanlanmaqdadır. Bu şikayətlər əsasən Türkan qəsəbə sakinləri tərəfindən təqdim olunan ərizələrdə öz əksini tapır.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Türkan qəsəbə sakinləri yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından olmazın əziyyət çəkirlər. Yerli sakinləri ən çox haqsızlıqlara məruz qoyan məmurlardan biri kimi isə, aldığımız məktublarda məhz Hacı Rahil Babayevin adı göstərilir. Qeyd olunduğu kimi son 4-5 il ərzində bu məmur bir neçə dəfə növbəli olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Məlumatlarda bildirilir ki, R.Babayev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kadrı hesab olunur. Buna görə də onun qəsəbədə iki vəzifə arasında yerdəyişmələri heç kəsi təəccübləndirmir. Digər tərəfdən isə Rahil Babayevi tutduğu vəzifələrdən uzaqlaşdırsalar da, yerinə təyinat zamanı mütləq şəkildə onun rəyi nəzərə alınır.

Mənbələrin dia.-az açıqlamasına görə bələdiyyə sədri vəzifəsindən çıxarılandan sonra da Hacı Rahil öz adamını həmin posta təyin etdirə bildi. Qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Eyni zamanda da Zakir Fərəcov özünün bütün daş karxanalarına məhz R.Babayevin vasitəsilə nəzarət edir.Hər halda icra nümayəndəsinin fəaliyyətinə dair son illər kütləvi informasiya vasitələrində dərc olunan tənqidi materiallar da bu qənaəti təsdiq edir ki, Rahil Babayev manipulyasiya etdiyi vəzifələrin heç birində özünü doğrulda bilməyib. Qəsəbə sakinləri bildirirlər ki, bu gün Türkanda, qəsəbənin sahil hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqlarının verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar.Bu arada belə bir məqamı da qeyd etmək istərdik ki, son vaxtlar Türkan qəsəbəsində olan bəzi dostlarımız bizi Hacı Rahil Babayev mövzusunda bir qədər ehtiyatlı davranmağa çağırırlar.

Onların fikrincə, bu məmur barədə dərc olunan tənqidi materialların xarakteri kəskinləşdikcə, qarşı tərəfdən tamamilə qeyri-adekvat reaksiyalar gözləmək olar. Bu ehtimalları təsdiqləyən əsaslardan biri kimi də, ötən ilin mart ayında Türkanda R.Babayevin oğlu Zahid Babayevin iştirakı ilə baş vermiş silahlı insidentə istinad edilir. Həmin vaxt yayımlanan məlumatlarda göstərilmişdi ki, Zahid Babayevlə qəsəbənin digər bir imkanlı ailəsini təmsil edən Samir Feyzi oğlu arasında atışma olub: “Atışma Hacı Rahilin darvazası qarşısından başlayaraq Hacı İldırımın evinin qarşısına qədər davam edib. Atışmadan sonra Mütəşəkkil Cinayətkarlığı Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qəsəbədə əməliyyat keçirilib və hər iki şəxs həbs olunub. Qəsəbənin torpaqlarındakı daş karxanalarında tez-tez Hacı Rahilin adamları ilə başqa karxana sahiblərinin davası düşür, bu zəmində ciddi mübahisələr yaranır. Samirin əmisi Hacı Rəşidin də daş karxanaları var. Hacı Rəşid də qəsəbənin imkanlı şəxslərindəndir. O, qəsəbə məscidinin minarələrinin tikintisini həyata keçirib.

Ola bilər ki, Samirin Hacı Rahilin oğlu ilə mübahisəsi daş karxanasına görədir. Hər ikisi özlərinin daş karxanalarında gəzib-dolaşır, birinin əmisi, o birinin atası ciblərinə pul qoyurlar. Mümkündür ki, Zakir Fərəcov Hacı Rəşidin daş karxanasının işığını kəsdirib və ya nəsə başqa əngəl törədib. Buna görə də onun adamı hesab olunan Hacı Rahilin oğlu ilə haqq-hesab çəkmək istəyiblər”. Materialdan çıxarışdan da görünür ki, Hacı Rahil Babayevin ətrafı qeyri-qanuni fəaliyyət əsasında yaranan bir çox problemlərin həllini də cinayətkar üsullarla həyata keçirməyə üstünlük verirlər. Görünür dostlarımızın narahatlığına səbəb olan məqam da məhz bununla bağlıdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru