Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? - Müştərilərin əmanətlərini dövlətə ödətmək planı var...
Tarix: 26-06-2019, 09:04 | Çap et
Sabiq vergilər naziri Fazil Məmmədovun bankı batır. Bu haqda mətbuatda növbəti dəfə xəbərlər yayılıb. Belə aydın olur ki, Fazil Məmmədov çökməkdə olan bankı xilas etmək niyyətindən uzaqdır.
“Azərbaycan reallığında vaxtilə oliqarx məmurlara məxsus bankların mövcud olduğu, lakin onların vəzifədən çıxarılması ilə eyni vaxtda nəzarətlərində olan bankların da təhvil alındığı və ya ləğv edildiyi müşahidə edilmişdir. Bunlara Ziya Məmmədova məxsus olmuş ”Bank of Azerbaijan"ı, Heydər Babayevə məxsus olmuş “StandartBank”ı misal göstərmək olar. Hazırda belə banklar statusunda olan və ciddi problemlər yaşayan “AtaBank” hələ də öz “olum-qalım” qərarını gözləməkdədir". Bu fikirlər sabiq vergilər naziri Fazil Məmmədovun ətrafında baş verənlərdən xəbərdar olan məlumatlı mənbə tərəfindən “azpolitika.info”ya göndərilən yeni məktubda əksini tapıb.
“AtaBank” çətin durumda olduğundan filiallarını bağlamaq qərarına gəlib: “Əslində bu gözlənilən idi. Ciddi idarəetmə və likvidlik problemi ilə üz-üzə qalmış banka kimin rəhbərlik etməsi bəlli deyil. Bu bankın sahibi (və ya sahibləri) ortaya çıxıb bankın problemləri ilə məşğul olmur. Formal olaraq adlarına səhm yazılmış şəxslərin əslində banka aidyyətləri yoxdur. Bankın əsl sahibi Fazil Məmmədovdur, bu şəxs isə ağır xəstəlikləri ilə bağlı bankı idarə edə bilmir. Bankı həvalə etdiyi bacısı oğlu - İdarə Heyətinin sədri Dəyanət Quliyev isə həm kollektiv tərəfindən, həm də inzibati orqanlar tərəfindən qeyri-peşəkar hesab edilir. Bu, onunla əsaslandırılır ki, bank sədri olaraq Dəyanət Quliyev bir dəfə də olsun kollektiv qarşısında görünməmiş, inzibati orqanlarda bankı heç vaxt təmsil etməmişdir. Bankda vəziyyətdən çıxış üçün heç bir strategiya yoxdur. Verilən məlumata əsasən isə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ”AtaBank"a riskli fəaliyyətinə görə sonuncu xəbərdarlıq da edilmişdir". Bankda verilən qərara əsasən, ayın sonuna kimi bankın Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəzər” filialı bağlanacaqdır. Bununla bağlı artıq bağlanma prosesinə başlanılmışdır. Bunun ardından Bakı şəhərində daha bir neçə filialın bağlanması da planlaşdırılır. Eyni zamanda ağır maliyyə durumu səbəbindən əmək haqlarının da 10%-dək aşağı salınması planlaşdırılır".
Mənbənin iddiasına görə, bank tərəfindən ictimaiyyətə açıqlanan maliyyə məlumatları saxtadır: “Bankın borc içində batdığı, fəaliyyət göstərə bilməməsi halında, onun mənfəətlə işləməsi barədə hesabatlar yayılır. Bu məlumata imza atan şəxslərin və auditorların fəaliyyəti yoxlanmalıdır. Bankın fəaliyyətinin ən riskli tərəfi isə ayda yüksək faiz təklif etməklə əhalini aldadaraq əmanətlər cəlb etməsidir: 14, 25 faiz... Heç bir bank bu faizi təklif etmir. Bu, ”AtaBank" tərəfindən məqsədli şəkildə edilir. Məqsəd isə yüksək faiz təklif edib, əhalidən sığortalı əmanət cəlb edib, sonda öhdəliyi dövlətin üzərinə qoymaqdır. Yoxlama həyata keçirilsə şahidi olunar ki, 2-3 milyon kredit portfeli olan və hazırda heç bir kredit verməyən bankın hər bir filialında 20-30 (bəzilərində 60-70) milyona yaxın əmanət yığılmışdır. Bu proses bu gün də davam edir. Bunun hansı partlayışa səbəb olacağını mütəxəssislər yaxşı bilir. Kredit portfelinin 90 faizinin problemli olduğu və faiz gəliri əldə edə bilməyən, likvidlik problemi üzündən hesablaşmaları vaxtında edə bilməyən və qeyri-faiz gəliri qazanmayan bankın milyonlarla əmanət cəlb etməsi qətiyyən yolverilməzdir. Hazırda bank öz inzibati xərclərini və öhdəliklərini yığılan əmanətlər hesabına təmin edir. Bu isə faciədir. Bu məsuliyyət dövlətin üzərində qalmamalıdır. Ona görə də bankın pozulmuş korporativ idarəetməsi, dövlət qarşısındakı öhdəlikləri, xüsusilə də məsuliyyətsiz əmanət cəlb etməsi nəzarətə götürülməlidir, əks halda bu ciddi fəsadlara yol açacaq, əhalini ölkə rəhbərliyindən narazı salacaqdır. Ən ağrılı məqam isə bankın likvidliyinin bərpası üçün heç bir dəstəyin olmamasıdır. Əksinə, verilən məlumata əsasən, bankın sahibi olan Fazil Məmmədov banka hər hansı dəstək göstərməyəcəyini bəyan etmişdir. Belə olan halda bankın digər filiallarının da bağlanacağı şübhəsizdir". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|