Gədəbəydə Heydər Parkına qəsd olunur... - ŞİKAYƏT VAR
Tarix: 4-02-2016, 11:32 | Çap et
Gədəbəydən aldığımız son məlumatlarda da bir daha təsdiq olunur ki, Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli sahibkarlara, iş adamlarına qarşı vəzifəyə gəldiyi ilk gündən bəri sərgilədiyi yolverilməz münasibətində heç bir dəyişiklik etmək niyyətində deyil. Hətta yanvarın 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda, ölkə prezidenti cənab İlham Əliyevin birbaşa RİH başçılarına ünvaladığı birmənalı ismarıc da, Ramiz Yediyarovun mövqeyinə qətiyyən heç bir təsir göstərməmişdir. Məlum olduğu kimi həmin konfransda dövlət başçısı öz çıxışında bir çox digər məsələlərlə yanaşı, ölkəmizdə sahibkarlığın daha da inkişaf etdirilməsində, xüsusilə rayon və bölgələrimizə investisiya axınının təmin olunmasında icra orqanlarının üzərinə düşən vəzifələrə də toxunmuş, bu barədə konkret göstəriş və tövsiyyələrini vermişdir. Konfransda söylədiyi yekun nitqində ölkə prezidenti bu məsələnin vacibliyini bir daha məmurların, xüsusilə icra başçılarının diqqətinə çatdırmışdır: “Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar. Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər yeni iş yeri açılıb?!” Bu konkret tapşırıqların müqabilində isə, indiyədək rəhbərlik etdiyi rayonda nəinki sahibkarlığın inkişafına dəstək olmayan, hətta bu inkişafı qəsdən ləngidən, iş adamlarının yaradıcı layihələrini beşiyindəcə boğan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov hələ də iş adamlarını təhdid etməkdə, onları həbslə hədələməkdə davam edir. Rəhbərlik etdiyi rayonda sahibkarlara divan tutmaqla ad çıxarmış bu icra başçısının əməllərindən, yerli iş adamlarının şikayət ünvanlamadıqları instansiya qalmayıb. Bu mövzuda şikayətlərilə redaksiyamıza müraciət edən çoxsaylı sahibkarların arasıda aclıq aksiyası keçirənlər, Ramiz Yediyarovun zülmündən xarici ölkələrdə sığınacaq axtaranlar da kifayət qədərdir. Gədəbəy rayonunda sahibkarların incidilməsi artıq çoxdan adi bir hala çevrilib. Ramiz Yediyarov öz biznesini hər cür rəqabətdən sığortalamaq, eləcə də rayonun ayrı-ayrı vətəndaşların mülkiyyətində və ya istifadəsində olan müxtəlif ərazilərini zəbt etmək məqsədilə yol vermədiyi qanun pozuntuları, törətmədiyi özbaşınalıqlar qalmayıb. Ən müxtəlif mənbələrdən daxil olan məlumatlarda da birmənalı olaraq vurğulanır ki, bu gün Gədəbəydə ölkə qanunlarının işlək olmaması, Ramiz Yediyarovun və onun əlaltılarının hətta prezidentin göstərişlərinə belə məhəl qoymayaraq, sahibkarlara qarşı qanunsuzluqlar etməsi, obyekt və müəssisələrin talan olunmaları, özəl və dövlət qurumlarından aylıq xərac toplanılması hər kəsə məlum olan bir həqiqətdir.
Ötən saylarımızda dərc etdiyimiz materiallarda Ramiz Yediyarovun təqiblərinə məruz qalan belə sahibkarlardan biri, Əliyev Oqtay Qara oğlunun başına gələnlər barədə təfsilatı ilə açıqlama vermişdik. Artıq qeyd olunduğu kimi, bu sahibkar Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin ötən ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdu. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti 10 fevral 2015-ci il tarixində rayon Məhkəməsinə həmin obyektin məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdi. İki gün sonra isə, Oqtay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdi. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oqtay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Tez-tez redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdi. 2015-ci il iyun ayının 22-də növbəti dəfə Gədəbəy RİH başçısının qəbuluna düşmək və bir daha öz haqqını tələb etmək niyyətilə rayona gəlmiş Oqtay Qara oğlu, gözləmədiyi halda RİH-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq, söyüş və təhqirlərlə qarşılıqlı hərəkətlərə təhrik olunur. Lakin bu provakasiyaya getməməsinə rəğmən, Oqtay Qara oğlu yenə də “hadisə yerinə” yetişmiş polis əməkdaşları tərəfindən saxlanılmış və dərhal da Gədəbəy rayon Məhkəməsinə aparılmışdı. Məhkəmədə isə, Oqtay Qara oğlunun 15 gün müddətinə həbsi ilə bağlı qərar artıq onu gözləyirdi. Bundan bir qədər sonra isə, Ramiz Yediyarovun ondan Prezident Administrasiyasına şikayət edən sahibkarlara cəza “kəsilməsi” üçün başçı tərəfindən seçilmiş növbəti sahibkar Rasim Həziyev olmuşdu. Gədəbəy Rayon Polis Şöbəsinə çağırılan iş adamı ilk əvvəl paytaxta səfərinin təfərrüatları barədə sorğu-sual olunmuş, bundan sonra isə polis əməkdaşlarını təhqir etməsi bəhanəsilə ittiham olunaraq, məhkəmənin qərarı ilə 15 sutka müddətinə həbs edilmişdi.
Dünən növbəti dəfə redaksiyamıza gəlmiş Oqtay Qara oğlu isə, Ramiz Yediyarovun əlaltıları tərəfindən yenidən rayona çağırıldığını bildirdi. Onun sözlərinə görə, icra başçısının əlaltıları, keçən dəfə olduğu kimi, indi də onu yalan vədlərlə aldadıb şərləmək üçün Gədəbəyə “dəvət edirlər”. Lakin necə deyərlər, başına gələn, başmaqçı olar!
Yerli sahibkarlara qarşı apardığı “mübarizəsində” Gədəbəyin icra başçısı heç bir vasitədən çəkinmir. İş o yerə çatıb ki, Ramiz Yediyarov ondan şikayətçi düşən iş adamlarını “ölkə rəhbərliyinə qarşı mövqeylərdə duran qatı müxalifətçi” kimi qələmə verməyə də səy göstərir. Halbuki, bu günədək redaksiyamıza müraciət etmiş həmin sahibkarların istisnasız olaraq, hər biri Yeni Azərbaycan Partiyasının fəal üzvləridirlər. Onların hər biri və eləcə də ailə üzvləri prezident seçkilərində öz səslərini hər dəfə ölkə prezidenti cənab İlham Əliyevə vermiş və bu yönümündə daima rayonda müvafiq təbliğat aparmışlar.
Lakin Ramiz Yediyarovun Gədəbəydə törətdiyi özbaşınalıqlar sadəcə sahibkarların təqib olunması ilə bitmir. İcra başçısının öz mənfəəti naminə Gədəbəy şəhərində olan Heydər Əliyev adına istirahət parkında yol verdiyi qanunsuzluqları vandalizmdən başqa heç cür adlandırmaq mümkün deyil! Bu hərəkətlər artıq bizi də, bir mətbu orqanı olaraq, bilavasitə öz adımızdan sövlət başçısına müraciət etməyə vadar edir.
Möhtərəm cənab Prezident!
Məlumunuz edirik ki, Gədəbəydən aldığımız açıqlamalarda Ramiz Yediyarovun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Ulu Öndərin qoyulmuş heykəlinin bilavasitə ətrafında 75 ədəd ağacı kəsdirərək, yaranmış boş torpaq sahəsini satdığı bildirilir. Hiddətlənmiş sakinlər bildirirlər ki, xalqın müqəddəs ziyarətgah bildiyi, mənəvi istirahət üçün üz tutduğu, milli-vətənpərvərlik və dövlətçilik mücəssəməsi kimi qəbul etdiyi bu məkan hazırda Ramiz Yediyarovun “təşəbbüsü” ilə təhqir olunmaqdadır. Belə ki, icra başçısının satdığı torpaq sahəsində, Ulu Öndərin heykəlinin bilavasitə yaxınlığında (10-15 metrliyində) tikilmiş kafedə gecə-gündüz spirtli içkilərin satışı həyata keçirilir. Bu səbəbdən də, həmin ərazi daim sərxoş ünsürlərlə, əyyaşlığa meyilli insanlarla dolu olur. Ramiz Yediyarov Ulu Öndərimizin ruhuna ehtiramını beləmi izhar edir? Yoxsa icra başçısı gədəbəyli gənclərin milli-vətənpərvər ruhda formalaşması işinə öz tövhəsini belə verir?
Möhtərəm cənab Prezident!
Sizdən bütün gədəbəylilər adından xahiş edirik ki, bu rüsvayçılığa, Gədəbəydə hökm sürən özbaşınalıqlara son qoyulması üçün müvafiq göstərişlərinizi verəsiniz. Sizi əmin edirik ki, mərdlikləri, Vətənə sevgiləri, dövlətimizə və şəxsən Sizə olan sədaqətləri ilə hər zaman seçilən Gədəbəy sakinləri belə bir başçıya layiq deyillər!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|