Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

"Bank Standard"ın Gəncə filialının əməkdaşlarından qeyri-adi cinayət - İTTİHAM VAR
Tarix: 2-02-2016, 11:54 | Çap et
"Bank Standard"ın Gəncə filialının əməkdaşlarından qeyri-adi cinayət
«Təzadlar»ın bu ilin yanvar ayında nəşr olunmuş saylarında xəbər verdiyimiz kimi, redaksiyamıza Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küç.,4-də pasport qeydiyyatında olan Əhmədxanov Rafiq Misirxan oğlu və onun qanuni nümayəndəsi Məmməd Həmidovun imzası ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Baş Prokuror cənab Z.Qaralova, daxili işlər naziri cənab R.Usubova, ədliyyə naziri cənab F.Məmmədova, «Bank Standard”ın İdarə Heyətinin sədri cənab A.Nəsibova və surəti «Təzadlar» qəzetinə ünvanlı şikayəti daxil olmuşdu. Biz KİV olaraq şikayətçini və onun nümayəndəsini redaksiyamıza dəvət etdik. Bizə təqdim olunmuş bir qovluq sənədlərlə tanışlıqdan sonra məlum olurdu ki, gerçəkdən vətəndaşa qarşı ciddi problemlər yaşadılıb. «Çox hörmətli cənab Prezident! Hörmətli cənab Baş Prokuror!
Mən, Məmməd Həmidov, hüquqlarını müdafiə etdiyim Xətai rayonu, Elçin Əliyev küç.,4-də pasport qeydiyyatında olan Əhmədxanov Rafiq Misirxan oğlunun nümayəndəsi olaraq bildirirəm ki, o, 2013-cü ilin may ayında Xətai Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək ailəyə məxsus külli-miqdarda pulun (təxminən 50.000 manat) Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə küçəsi ev 57, mən.-19-da yaşayan Sevda və Hicran Səlman qızı Gözəlovalar tərəfindən aldatma yolu ilə mənimsənildiyini bildirmişdir. Uzun get-gəllərdən sonra nəhayət, təqdim edilən sənədlər üzrə Xətai Rayon Prokurorluğunda faktlar əsasında AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə başlanmış 130116143 saylı cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq Şöbəsinə araşdırılmağa verilmişdir. Amma…».

İstintaq başqa istiqamətdə davam etdirilib…


…Sonradan məlum olurdu ki, Xətai RPİ-nin müstəntiqi Raul Məmmədov 130116143 saylı cinayət işinin istintaqını 3-cü dəfə icraatına qəbul edərək 25 iyun 2015-ci ildə ağlagəlməz qərar qəbul edib. Müstəntiqin qərarından məlum olur ki, zərərçəkmiş kimi dindirilmiş Əhmədxanov Rafiq Misirxan oğlu istinitaqa ifadəsində yazır ki, 2009-cu ildə həyat yoldaşı Yeganə ona tanımadığı bir nömrədən zəng gəldiyini deyir, o, telefonu açır, bir qadın ona səhvən zəng etdiyini bildirir… Sonra Rafiq Əhmədxanov onu işi ilə bağlı axtara biləcəklərini düşünüb həmin növrəyə zəng vurur… Gənc, şirindil xanım Rafiqi çoxdan tanıyırmış kimi, çox səmimi danışır… Bundan sonra tanımadığı həmin gənc xanımın şirin dilinə aldanan Rafiq onunla tez-tez əlaqə saxlayır. Həmin xanım Xanlar (Göygöl) rayonunda yaşadığını, adının isə Aynur olduğunu söyləyir…
"Bank Standard"ın Gəncə filialının əməkdaşlarından qeyri-adi cinayət
Şirin dilin toruna bilmədən düşdü və…

Təxminən bir ay davam edən telefon tanışlığı sonda özünü Aynur kimi təqdim edən xanımın bir xahişi ilə ona problem yaradır. Belə ki, Aynur atasının guya xəstə yatdığını, ona təcili 300 manat pul lazım olduğunu bildirir. Ürəyi yumşaq Rafiq isə Aynurun səmimiyyətinə inanır və bu məbləği ona necə göndərmək barədə düşünür… Aynur ona Gəncədəki Yeni Gəncə, ev-57, m-19-da yaşayan Gözəlova Sevda Salman qızının şəxsiyyət vəsiqəsinin məlumatlarını deyir və pulu onun ünvanına «Bank Standart»ın Gəncə filialına göndərməyi xahiş edir… Beləliklə, Rafiq Aynur kimi tanıdığı xanıma (sonradan məlum olacaq ki, əslində, Gözəlova Sevda Salman qızı onun doğma bacısıdır) 300 manat göndərir. Aradan bir həftə keçəndən sonra isə o, yenidən Aynurun xahişi ilə 500 manatı adıçəkilən bank filialına göndərir. Nəticə etibarı ilə Rafiq 2009-cu ilin 30 oktyabrında 500, 2 noyabrda 500, 4 noyabrda 700, 10 noyabrda 600, 25 noyabrda 700, 1 dekabrda 300, 8 dekabrda 800, 14 dekabrda 500, 25 dekabrda 400, 30 dekabrda 400, 13 yanvar 2010-da 1200 manat və ümumilikdə, 34 min 800 manat pulu onun ünvanına göndərir. Çoxsaylı bank köçürmələrinin rəsmi çıxarışları redaksiyamıza təqdim olunub və hətta 2000 manat köçürmələr də var. Təxminən 50 min manat… Bəzən elə hallar olub ki, Aynur həmin pulların «Bank Standart»ın Gəncə filialındakı işçilərin də adına göndərilməsini xahiş edib, bu köçürmələr həyata keçirilib.

Pullar geri istəniləndə isə…

2011-ci ildə Rafiq həmin pulları Aynurdan geri istəməli olur. Aynur bildirir ki, onun Xanlarda evi var, satıb tezliklə qaytaracaq… Bu dəfə Aynur başqa hiyləyə əl atır. O, guya evin satılması üçün sənədlərin təzələnməsini bəhanə edərək ondan əlavə pul göndərməsini xahiş edir. Bu xahiş də yerinə yetirilir. Rafiq bu qədər pul göndərdiyi xanımla görüşmək üçün, hətta 2 dəfə Gəncəyə gedir, lakin Aynur telefonunu söndürür və görüşün baş tutmasına imkan vermir…
Nəhayət, Rafiq 2011-ci ildə tanımadığı Aynur adlı xanıma 400 manat pul göndərdiyini və aldadıldığını həyat yoldaşı Yeganəyə danışır… Bundan sonra onlar pulların göndərildiyi qadının Gəncədəki ünvanına gedirlər və Gözəlova Sevda Salman qızını axtarırlar. Həmin ünvanda onlara bildirirlər ki, Sevda buradan köçüb… Sonra bir qadın onlara yaxınlaşıb özünü Sevda kimi təqdim edir və bildirir ki, 400 manat pulu tezliklə qaytaracaq. Həmin gün axşam saat 17:00 radələrində Sevda Yeganənin telefonuna zəng edərək pulu qaytarmağa hazır olduğunu bildirir. Rafiq və Yeganə Gəncəyə yola düşürlər və həmin pulu alırlar… Bir ay sonra isə Rafiq həyat yoldaşına açıb danışır ki, telefonda danışdığı Aynur adlı qadın onun 35 min manat pulunu aldadaraq ələ keçirib… Ər-arvad təcili Gəncəyə gedirlər və Sevda ilə görüşürlər. Sevda etiraf edir ki, Rafiqlə telefonda danışan və özünü Aynur kimi təqdim edən gənc qadın onun bacısıdır, adı isə Hicrandır. Sevda söz verir ki, bacısı Hicranla birlikdə onların 35 min manat pulunu qaytaracaqlar. Lakin vəd yerinə yetirilmir…

Müstəntiqin ziddiyyətli qərarı…

Maraqlıdır ki, müstəntiq R.Məmmədovun qərarını oxuyanda prosessual qaydaların necə gözdən qaçırıldığının dərhal şahidi olursan. Məsələn, müstəntiq hər iki bacının da ifadələrini alır… Düzdür, onlar Rafiqin və həyat yoldaşının ifadələrinin ziddinə ifadə verərək bildirirlər ki, guya Rafiq Hicranla mobil telefonla tanış olub, bir neçə dəfə Gəncədə görüşüblər, Rafiq subay olduğunu deyib, ona evlilik təklifi edib və… Və Hicran da qohumlarından götürməklə, özünün 50 min manat pulunu Rafiqə borc verir, çünki Rafiq Bakıda ev almalı imiş ki, evlənəndə birgə yaşasınlar… Təxminən bu məzmunlu məntiqə uyğun gəlməyən ifadəni Hicranın bacısı Sevda Gözəlova da verir. Bu həmin Gözəlova Sevda Salman qızıdır ki, Rafiq pulları onun adına göndərirmiş…

Müstəntiqin qəsdən vermədiyi suallar…

Bu qərarı yazan müstəntiq, onu təsdiq edən prokuror Yusif İldırımzadə doğrudanmı deməyiblər ki, ay Hicran xanım, ilin-günün bu vaxtı, özü də telefonla tanış olduğun bir adama birdən-birə 50 min manatı necə verə bilərdin?
İkincisi, əgər doğrudan da səmimi idincə, niyə Rafiqin göndərdiyi pulları öz adınıza yox, bacınızın adına göndərtdirirdiniz?
Üçüncüsü, cənab müstəntiq, hörmətli prokuror, məgər siz Xətai rayonu, Elçin Əliyev küç.,4-də pasport qeydiyyatında olan Əhmədxanov Rafiq Misirxan oğlu və onun qanuni nümayəndəsi Məmməd Həmidovun imzası ilə daxil olan şikayəti öyrənib tərəfləri dindirən kimi bilmirdinizmi ki, toplanmış materialda mütəşəkkil dəstənin dələduzluq əməli var, yoxsa tərəflərin borc pul üstündə yaranmış mülki mübahisəsi? Və sonradan cinayət işi başlanılması barədə prokuror Yusif İldırımzadə qərar verir, cinayət işi başlanır, Əhmədxanov Rafiq Misirxan oğlu zərərçəkmiş kimi tanınır… Nəhayət, uzunmüddətli istintaq hərəkətləri aparılandan sonra sizlərə «məlum olur» ki, sən demə, bu əməldə cinayət tərkibi yoxdur, sırf borc mübahisəsidir, məhkəməlik işdir…
Nə qədər gülməli və absurd bir nəticə!

Baş Prokurorluq cinayət işinin yenidən istintaqını tələb edir, Yusif İldırımzadə isə…

Təsəvvür edirsinizmi, müstəntiqlər cinayət işinin başlanılmasının rədd olunması barədə 2 dəfə qərar qəbul edir… Şikayətçinin 2015-ci ilin mayında Baş Prokurorluğa ərizəsindən sonra cinayət işinin materialları Baş Prokurorluqda araşdırılır və şöbə müdiri Müşfiq Səfərovun təqdimatı əsaında 08 iyun 2015-ci il tarixində 130116143 saylı cinayət işi öyrənilir, bu dəfə Xətai RPİ-nin 11.12.2013-cü il tarixli Qərarı haqlı olaraq ləğv edilərək istintaq davam etdirilməsi üçün baş müstəntiq Rauf Kərimovun icraatına göndərilir. Amma nə fayda, Xətai rayon Prokurorluğunda fərqli addım atılır, prokurun inadkarlığı sona kimi öz sözünü deyir və sonuncu dəfə 25 iyun 2015-ci ildə müstəntiq, polis mayoru Rauf Məmmədov 130116143 saylı cinayət işinin icraatına xitam verir.
Ən maraqlısı, şikayətçinin israrlarına baxmayaraq nə prokuror Yusif İldırımzadə, nə də müstəntiqlər R.Əhmədxanovla Hicran Salman qızı Gözəlovanın mobil telefon danışıqlarının mobil operatordan götürülərək öyrənilməsindən boyun qaçırır, cinayət işi materiallarına əsas maddi sübut kimi əlavə etmək istəmirlər. Niyə??? Axı həmin telefon danışıqlarının öyrənilməsindən sonra məlum olacaqdı ki, aldadıldığını bildirən R.Əhmədxanov 37900 manat pulu Hicran Gözəlovaya Bakıda gələcəkdə ər-arvad kimi birgə yaşayacaqları mənzildən ötrü götürdüyü 50 min manat borcun əvəzi kimi qaytarıb, yoxsa aldadılaraq başqa məqsəd üçün göndərib?
Üstəlik, burada «Bank Standart»ın işçilərinin də adına pullar göndərilib. Həmin bank işçiləri niyə istintaqda dindirilməyib? Onların bu çirkin əməliyyatda iştirakı qanuni idimi? Ən vacibi, onların Sevda və Hicran bacıları ilə nə əlaqələri olmuşdur? Ümumiyyətlə, «Bank Standart»ın Gəncə filialında bu cüt bacıların adı keçən nə qədər belə əməliyyatlar olmuşdur??? Və sair…

Ortaya çıxan qaranlq suallar…

«Təzadlar»ın məsələyə KİV müstəvisində aydınlıq gətirməsindən sonra, «buz əriməyə» başlayıb və əldə etdiyimiz məlumata görə Baş Prokurorluq Xətai rayon Prokurorluğuna tapşırıqlar verib… Sonra prokuror Y.İldırımzadə zərərçəkəni, yəni şikayətçini şəxsən qəbul edib, söz verib ki, bu dəfə dələduzlar qanun qarşısında cavab verməli olacaqlar…
Dünən isə şikayətçinin qanuni nümayəndəsi M.Həmidov redaksiyamızla əlaqə saxladı və olduqca maraqlı məlumatlar verdi:
-Biz Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə qaldırılmış 130116143 saylı cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış Rafiq Misirxan oğlu Əhmədxanovun hüquqlarını müdafiə etdiyimiz zaman ortalığa çıxmış faktlardan belə məlum olur ki, QSC "Bank standard" KB-nin Gəncə filialında çalışmış 5 nəfərin (Aygün Süleymanova, Xəyal Musayev, Vidadi Musayev qardaşları, Günay Paşayeva və Solmaz Ələkbərova) təhrikilə Gəncə şəhər sakinləri- Sevda və Hicran Salman qızı Gözəlovalar 2008-ci ildən 2015-ci ilədək mobil telefon vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarına zəng edərək əvvəlcə onlarla tanış olublar… Sonra onları şirnikləndirməklə, etimadlarından süi-istifadə etməklə, qazanc əldə etmək məqsədilə onlardan borc adı ilə külli miqdarda pullarını "Bank Standard"ın Gəncə filialına köçürmələrini təşkil etmiş, bundan sonra isə qeyb olmuşlar. Məsələn, "Bank Standard"ın təqdim etdikləri 41 səhifəlik bank sənədlərindən də görünür ki, bacılar ayrı-ayrı vətəndaşlardan 1.858.677 AZN və 623.930 ABŞ dolları pullarını alaraq cüzi faiz müqabilində əldə etdikləri pulları "Bank Standar"ın Gəncə filalının 5 nəfər işçisinə vermişlər. Bank işçiləri Sevda Gözəlovanın ərinin törətdiyi ağır avtomobil qəzasından sonra düşdüyü ağır sosial şəraitdən istifadə edərək ona əvvəlcə bu işsiz-evdar qadına qaytarılması mümkün olmayan kredit təşkil edərək onu özlərindən asılı vəziyyətə salmış və onların planına uyğun dələduzluq yolu ilə pul qazanmağa təhrik edilərək hərdən özünün də şirnikləndirmək məqsədilə cüzi pul mükafatları da vermişlər. Aldadılmış şəxslər bankın Gəncə filialına müraciət etdikləri zaman bu 5 nəfər dəstə üzvləri başda bankın hüquq şöbəsinin rəisi Samir Mustafayev olmaqla, Sevda və Hicran Gözəlova bacıları barədə heç bir informasiya verməmiş, onları müdafiə etmişdir.

Xətai RPİ-nin müstəntiqindən əcaib mövqe…

Beləliklə, dələduz dəstə alət kimi bu xanımların peşəkarlıqlarından uzun müddət istifadə etmiş və etməkdədirlər. Məsələn, zərəçəkmiş R.M.Əhmədxanovla bağlı aparılan araşdırma zamanı ciddi faktlar ortalığa çıxsa da hazırda Xətai RPİ-nin müstəntiqi Azad Əliyevin verdiyi məlumata görə, o yalnız bu dələduz dəstənin işində digər zərərçəkmişləri istintaqa dəvət etmək fikrində deyil. Ona görə ki, onlar hələlik şikayət etməyiblər (?). Müstəntiqin sözündən başa düşülür ki, baş vermiş cinayətə görə istintaqa cəlb edilən bacıların digərlərinə qarşı törətdikləri dələduzluq faktları araşdırılmayacaq. Halbuki müstəntiqin dedikləri qanunvericiliyin tələblərinin ziddinədr. Yəni, müstəntiq sadəcə olaraq Gəncə şəhərində fəaliyyət göstərən mütəşəkkil dələduz dəstənin işini tam olaraq açmaq və araşdırmaq marağında deyildir. Niyə? O, istəmir ki, dəstəyə rəhbərlik edən bank işçiləri də məsuliyyətə cəlb oluna bilərlər və digər zərəçəkmişlər də öz pullarını tələb edə bilərlər. Odur ki, «Təzadlar» vasitəsilə Cənab Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova müraciət edirəm: Cənab Prezident! Hörmətli Baş Prokuror! Sizdən xahiş edirəm, Gəncə şəhərində "Bank Standard"ın adından istifadə edən mütəşəkkil dələduz dəstənın qanunazidd fəaliyyətinin araşdırılması üçün istintaq işinin daha peşəkar müstəntiqlərə həvalə edilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
QEYD: Xatırladım ki, üzə çıxmış faktlar KİV orqanlarında araşdırılaraq ictimaiyyətə təqdim edilmişdir. Ona görə də hesab edirik ki, AR Cinayət Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə faktlara hüquqi qiymət verilməsi üçün aidiyyatı hüquq-mühafizə orqanları bunları araşdırmalıdır.
Mövzuya qayıdacağıq.
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru