Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

Onu bitirirlər, yoxsa o, bitirir? - TQDK sədri barədə iddialar
Tarix: 1-02-2016, 11:13 | Çap et
Onu bitirirlər, yoxsa o, bitirir?
Bu günlərdə ölkə mətbuatında yaımlanan məlumatlarda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) eyni qurumda birləşdiriləcəyi bildirilmişdi. Məlumata görə, bu iki qurumun bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. Təbii ki, bu islahatın həyata keçiriləcəyi təqdirdə ictimaiyyəti ən çox maraqlandıran suallardan biri də, yeni yaradılacaq quruma kimin rəhbərlik edəcəyi ilə bağlıdır. Yaymlanan məlumatda qeyd olunur ki, yeni qurumun rəhbərinin kim olacağı barədə hələlik qərar qəbul olunmayıb. Digər tərəfdən isə, KİV-lərdə yuxarılarda bu layihənin əleyhdarlarının da olduğu xəbər verilir. Bildirilir ki, Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar öz mövqeylərini belə əsaslandırırlar ki, guya bu layihənin rallaşması təhsil sahəsində korrupsiyanın miqyasını artmasına səbəb ola bilər. Layihənin əleyhdarlarının rəyinə görə, bu qurumlar arasındakı rəqabət onların bir-birlərinin fəaliyyətini diqqətlə izləməklərini şərtləndirirdi. Qurumlar birləşdiriləndən sonra isə, ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası da təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Etiraf edək ki, məsələnin bu cür təqdim olunması heç də məntiqi əsaslardan məhrum deyil. Lakin bu şərtlə ki, bu qurumlardan hər biri ilk növbədə öz vəzifələrinin icrasında qanun pozuntularına yol verməkdən çəkinə. Digər tərəfdən isə, məxsusi olaraq TQDK-nın fəaliyyətindən danışarkən ümumilikdə ölkənin təhsil sistemini deyil, daha çox sırf ali məktəblərə qəbul məsələlərini müzakirəyə çəkmək daha məqsədəuyğun olardı. Məhz bu sahədə korrupsiyanın miqyasından danışanda isə, heç şübhəsiz TQDK, bir müddət əvvəl baş vermiş və qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin işdən qovulması ilə nəticələnmiş qalmaqallı olayların fonunda öz mövqeylərini sürətlə iirmiş olur. Xatırladaq ki, Elnur Nağızadə artıq bir neçə ildir ki, TQDK-da ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə məşğul olan əsas fiqur kimi çıxış edirdi. Belə ki, qəbul imtahanlarından sonra, ali məktəblərin bir çoxunda qalan “boş yerlərə” Elnur Nağızadə müəyyən vətəndaşlardan aldığı pulların müqabilində onların övladlarını yerləşdirirdi. Həm də 2015-ci ilə qədər, bu prosedur hər dəfə problemsiz ötüşürdü. Lakin ötən il vəziyyət qəflətən dəyişdi. Məlum olduğu kimi, Təhsil naziri Mikayıl Cabbarov 2015-ci ildə universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid balını aşağı salmamaq barədə qəbul etdi. Nəticədə isə, Elnur Nağızadə 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilmədi. Təbii ki, hər bir öhdəlik müəyyən məbləğdə, həm də kifayət qədər böyük məbləğdə pul müqabilində götürülmüşdü. Düzdür, yığılan pulların böyük bir hissəsi artıq sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığıdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapıb. Bundan sonra öz pullarını geri tələb edən vətəndaşlar isə, TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə mətbuat xidmətinin rəhbəri ilə vidalaşmaq məcburiyyətində qalıb. Dünən aldığımız yeni məlumatda Elnur Nağızadənin borclu qaldığı şəxslərdən hələlik yalnız birinə, ondan aldığı 40000 (qırx min) manatı bu ayın sonunadək qaytaracağı barədə söz verdiyi bldirilir. Vurğulanır ki, Elnur Nağızadə həmin məbləği Məleykə Abbaszadədən almalı olduğunu söyləyib. Ola bilsin ki, TQDK-nın keçmiş mətbuat rəhbəri Bakı Biznes və Kooperasiya Kollecinə imtahanlardan kəsilmiş abituriyentin yerləşdirilməsi (2015-ci ilin qəbulu) əməliyyatından əldə olunan gəlirdən öz payını almayıb. Bu xüsusda ötən sayımızda dərc etdiyimiz materialda biz göstərmişdik ki, Məleykə Abbaszadə məhz Elnur Nağızadənin vasitəçiliyi ilə ötən ilin iyun-iyul aylarında Kooperasiya Universitetinin rektoru Eldar Quliyevlə danışıqlar apararaq, müəyyən razılaşmaya nail ola bilmişdi. Bu razılaşmaya görə, Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın direktoru olduğu Bakı Biznes və Kooperasiya Kollecinə 100 nəfərdən artıq “uğursuz” abituriyent yerləşdirilib. Bu qəbula görə isə onların hər birindən 3000 manat məbləğində pul alınıb.
Təbii ki, bütün bu maxinasiyaların həyata keçirildiyi TQDK-nı hələ bir Təhsil Nazirliyinin fəaliyyətinə də nəzarət edən qurum kimi təsəvvür etmək çox çətindir. Elm və Təhsil Nazirliyinin yaradılacağı halda, bu quruma kimin rəhbərlik edə biləcəyi məsələsinə gəlincə isə, düşünürük ki, bu sualın cavabı açıq-aşkar göz önündədir. Ən azından, əgər yeni yaradılan quruma rəhbərlik edəcək şəxsin məhz hazırkı Komissiya sədri ilə Təhsil naziri arasında aparılan seçimdə müəyyənləşəcəyi şərtdirsə, bu zaman Mikayıl Cabbarovun bütün göstəricilərə görə aşkar üstünlüyə malik olması heç bir şübhə yaratmır. Hətta bunu da qeyd etmək olar ki, yeni nazir vəzifəsinə hansısa digər namizədliklərin nəzərdən keçiriləcəyi təqdirdə belə, məhz Mikayıl Cabbarovun bu posta təyinatı daha inandırıcı görünür. Məsələ bundadır ki, son iki ildə ölkənin təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş uğurlu nəticələr və hazırda müşahidə olunan mütərəqqi proseslər bu təyinatın son dərəcə məqsədəuyğunluğunu təsdiqləyən ən əhəmiyyətli dəlillər kimi çıxış edir.
P.S. Bütün bunlara rəğmən, redaksiyamıza bəzi mənbələr tərəfindən təqdim olunan açıqlamalarda, Məleykə Abbaszadənin də yeni təyinata iddialı olduğu bildirilir. Vurğulanır ki, hətta TQDK rəhbəri yaxın çevrəsinin əhatəsində, bu məsələnin artıq “həll olunduğunu” da bəyan etmişdir. Bu kimi absurd iddiaların hansı motivlərə əsaslandığı isə, bizim özümüz üçün də son dərəcə maraqlıdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru