"Azərsun" Holdinq işçilərini tən yarı azaltdı... - 7500 nəfərə yaxın işçi ixtisar olundu...
Tarix: 20-01-2016, 14:33 |
Çap et
DİA.AZ: - "Azərsun" Holdinq də neft böhranından nəsibini alıb. Bu barədə DİA.AZ-a şirkətdəki mənbə informasiya verib. Qaynağın iddialarına görə, "Azərsun" Holdinqin 7500 nəfərə yaxın əməkdaşı ixtisara düşüb.
Mənbə dia-az.site-a bildirir ki, ümumiyyətlə "Azərsun" Holdinqin 16 min nəfərə yaxın işçisi olub. Mənbənin söylədikləri: "Şirkət tam olaraq iflas həddindədir. 7500 nəfərə yaxın işçi ixtisar olundu. İxtisar prosesi davam da edəcək".