Daha bir oliqarx-məmur işsiz qala bilər... - "Qaçqınkom"un səlahiyyətləri ƏƏSMN-yə verilir...
Tarix: 18-01-2016, 10:47 |
Çap et
DİA.AZ: - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ləğv edilə bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, artıq belə bir tələb "yuxarıların" müzakirə predmetidir.
Qeyd edək ki, Azərbaycanda neftin qiymətinin ksəkin şəkildə aşağı düşməsi səbəbindən neçə müddətdir kəımərsıxma siyasəti həyata keçirilir. Hətta bu qərar rəsmən "yuxarılar" tərəfindən də elan olunub, dövlət qurumlarına qənaət rejimi belə məsləhət görülüb.
dia-az.site-a daxil olan son informasiyada bildirilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, yəni səlahiyyətin ƏƏSMN-yə verilməsi planlaşdırılır.