Bakı DYP-sinin alay xidmətinin komandiri haqda ilginc iddialar - İTTİHAM VAR
Tarix: 22-12-2015, 14:31 | Çap et
Etiraf etmək lazımdır ki, hazırda polis orqanlarında, eləcə də yol hərəkətinin təhlükəsizliyini təmin edən Dövlət Yol Polisi İdarəsində günün tələblərinə cavab verən islahatlar həyata keçirilir. Daxili işlər naziri Ramil Usubovun birbaşa nəzarəti altında həyata keçirilən həmin islahatlar özünün müsbət nəticələrini verir, əvvəllər müşahidə olunan neqativ hallar isə minimuma enib. Sözsüz ki, bu həm də DYP rəhbərliyinin gərgin əməyinin nəticəsidir və bunu danmaq mümkün deyil. Ancaq təəssüf hissiylə onu da qeyd etməliyik ki, bəzi DYP rəsmilərinin qanunsuz davranışları sözügedən müsbət işlərə kölgə salmaqla yanaşı, vətəndaşlarda da narazılıq yaradır. Fəaliyyəti narazılıq doğuran, mütəmadi olaraq ölkə mediasında qanunsuz əməllərinə görə adı hallanan belə vəzifəlilərdən biri də DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik-leytenant Rəşadət Babayevdir.
Rəşadət Babayev haqda zəruri bilgi...
Rəşadət Babayev indiki vəzifəsinə qədər DYP rəisinin ikinci müavini vəzifəsində çalışırdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə isə o DYP-nin yol-patrul xidməti alayının komandiri vəzifəsinə təyin olunub. Göründüyü kimi, Rəşadət Babayev nazirin əmrilə daha yüksək vəzifədən nisbətən aşağı vəzifəyə təyinat alıb ki, bu da bir qayda olaraq səbəbsiz olmur. Hər halda, çıxan nəticə budur ki, Rəşadət Babayev DYP rəisinin müavini postunda qüsursuz işləsəydi daha aşağı vəzifəyə təyin edilməzdi. Amma görünən həm də odur ki, Rəşadət Babayev heç indiki vəzifəsinin də öhdəsindən layiqincə gələ bilmir və bu da narazılıqların artmasına gətirib çıxardır.
Şəxsi “CİP”i ilə reydə çıxan alay komandiri
“Unikal” qəzetinin əldə etdiyi məlumata görə, Rəşadət Babayev müntəzəm olaraq “90-700” dövlət seriya nömrəli, ağ rəngli şəxsi “CİP” avtomobili ilə reydə çıxır. Əslində buna heç reyd də demək olmaz, əgər şəhərdə kimsə Rəşadət Babayevin idarə etdiyi avtomobili ötüb keçirsə, yaxud hansısa digər səbəbdən onun gözünə xoş görünmürsə həmin avtomobil dərhal saxlanılır və heç bir səbəb göstərilmədən cərimə meydançasına aprılır. Bununla bağlı “Unikal”a danışan sürücü başına gələnləri belə təsvir edir: “Avtomobilimi saxladılar, soruşdum ki, nə baş verir? Qayda pozmamışam, radarım və ya hər hansı cəriməm yoxdur. Mənə heç bir izahat vermədən avtomobilimi “ştrafnoy”a apardılar, yalnız cəriməni ödədikdən sonra avtomobilimi oradan çıxarda bildim. Sonradan öyrəndim ki, “günahım” Rəşadət Babayevin avtomobilini ötməyim imiş. Belə qanunsuzluq olar? Rəşadət Babayev reydə çıxıbsa bunu niyə şəxsi avtomobilində və mülkü geyimdə edir?”. Amma bu Rəşadət Babayevin adının hallandığı yeganə qanunsuzluq deyil. Onunla bağlı daha bir fakta nəzər salaq.
DYP-də ali təhsilli serjantlar
Mövcud qanunvericilik yol verməsə də hazırda Dövlət Yol Polisində ali təhsilli serjantlar çalışır. Belə serjantlardan biri isə Rəşadət Babayevin “sağ əli” sayılan Novruzov Təbriz Mehman oğludur. Araşdırmalarımız zamanı bəlli olub ki, Təbriz Novruzov xalq arasında “Politexnik” kimi tanınan ali təhsil ocağını bitirib. O, 2009-cu ildə universitetə daxil olub və 2013-cü ildə bitirb. O, ali təhsilli olması serjant kimi çalışmasına yol verməsə də, Rəşadət Babayevin sayəsində o qanunları rahatlıqla tapdalaya bilib. Ali təhsilli şəxslərin DYP-də serjant işləməsinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün əməkdaşımız hüquqşünas Mehman Muradlı ilə əlaqə saxlayıb və o bu kimi halların qanun pozuntusu olduğunu bildirib: “Ali təhsilli şəxsin serjant işləməsi qanunla qadağandır və bu yolverilməzdir. Bu fakt təsdiqini taparsa müvafiq araşdırmaya ehtiyac duyulacaq”.
Alay komandirinin “yol əhvalatları”...
Kefi istəyəndə xoşuna gəlməyən sürücünü döyməkdən, şil-küt etməkdən belə çəkinməyən Rəşadət Babayevin karyerası “yol əhvəlatları” ilə xüsusilə zəngindir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq. “Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev sürücüyə qarşı haqsızlıq edib. Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı aftomobildən sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədov isə məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib”. Oxuduğunuz sətirlər hansısa dedektiv filmin ssenarisindən deyil. Bu Rəşadət Babayevin öz ssenarisidir. Görünür, Rəşadət Babayevlə bağlı hər hansı tədbir görülməməsi onun qanunsuz əməllərini davam etdirməyə həvəsləndirib. Məsələylə bağlı Rəşadət Babayevin mövqeyini öyrənmək istəsək də, o bildirdi ki, bu barədə qəzet çap olunandan sonra münasibət bildirəcək.
Son əvəzi...
Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş ölkə qanunları qarşısında bərabər hüquqa malikdir. Lakin, deyəsən Rəşadət Babayev kimiləri tutduqları vəzifə kürsüsündən, onun verdiyi səlahiyyətlərdən istifadə edərək nəinki bu bərabərlik hüququnu danır, hətta vətəndaşları incidərək narazı salmaqdan belə çəkinmirlər. Əgər belə olmasaydı, Rəşadət Babayev özünün cəzasız qalacağına inanmaz, öz diqtəsini qanunlardan yüksək tutmazdı. Dediyimiz kimi, qanunlar hamı üçün yazılır və dövlət bu qanunların aliliyini qorumaq üçün xüsusi qurumlar formalaşdırır. Qanunların keşiyində durmalı olan belə qurumlar və orada çalışan hər bir əməkdaş vəzifəsindən asılı olmayaraq, ilk növbədə özü əlahəzrət qanunlara hörmətlə yanaşmalıdır. “Unikal” qəzeti olaraq ümid edirik ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, Bakı Baş Polis idarəsinin rəisi genral-mayor Mirqafar Seyidov yuxarıda göstərilən faktlarla bağlı qanun çərçivəsində müvafiq ölçünün götürülməsini təmin edəcəklər. İnanırıq ki, polis sıralarında bu adı doğrultmayan, öz hərəkətləri ilə bu şərəfli peşəni nüfuzdan salan əməkdaşlara qarşı daha sərt cəza tədbirlərinə şahidlik edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|