Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM
Tarix: 26-05-2020, 16:08 | Çap et
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dövlət büdcəsindən ən çox maliyyə ayrılan qurumlardandır. Qurumun maddi-texniki bazasının yenilənməsi, müsairləşdirilməsi üçün ayrılan vəsaitlərin həcmi hər il artmasına baxmayaraq, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti azalmağa doğru gedir. Xüsusən də cümhuriyyət.az bildirir ki, qatarların intervallarının çox olması və yay aylarında havalandırma sisteminin çalışmaması vətəndaşların narahatlığını və narazılığını yaratmaqla yanaşı, eyni zamanda ölkəyə gələn turistlərdə də xoş ovqat yaratmır.
İşdən çıxarılan kadrlar – Tikintisi gecikən yeni stansiyalar
Müşahidələrinə onu göstərir ki, “Bakı Metropoliteni” QSC-nin fəaliyyətində yaranan problemlərin əsas səbəbi son illər burada çalışan kadrların işdən kütləvi çıxarılmasıdır. Cümhuriyyət.az öldürür ki, bir müddət öncə Metropolitenin Tikinti Departamentinin İstehsalat Texniki Şöbəsində aparıcı texnoloqu, “Bakı Metropoliteni” QSC-də uzunmüddətli və səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Kamal Cəfərov Prezidet İlham Əliyevə qurumda baş verən dəhşətli korrupsiya faktından yazırdı:”Sizin Sərəncamınızla təsdiq olunmuş Konseptual İnkişaf Sxeminə uyğun olaraq Bakı Metropolitenin stansiyaların sayı 76-ya çatdırılmalı, yeraltı xətlərin (tunellərin) uzunluğu 119 kilometrə çatdırılmalıdır. Bu isə o deməkdir ki, 51 yeni metro stansiyası, 6 elektrik deposu inşa edilməli və 84 km yeraltı xətlər çəkilməlidir. Bu sahədə Dövlət proqramının icrası sual altındadır. Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama müəyyən edib ki, metropolitenin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19-u üzrə işlə r başa çatdırılmayıb. Statistik dildə desək, həmin tədbirlərin 79.2%-nin icrası təmin edilməyib, yalnız -20,8% yerinə yetirilib.
Başqa bir faktı da cümhuriyyət.az olaraq diqqətinizə çatdırırıq: Metropolitendə demək olar ki, bir-birini əvəz edən iki qurum fəaliyyət göstərir: biri, “Yol xidməti” , digəri isə “Dəmir yollarının Tikintisi və Əsaslı təmiri üzrə dəstə”. Bir təşkilatda eyni işlə məşğul olan iki quruma nə ehtiyac var? Yəni büdcə vəsaitimiz o qədər çoxdur? Hesablama Palatası da bu məsələdən yan keçib. Gərək onlara müraciət edək ki, bu məsələyə aydınlıq gətirsinlər.
Əlavə olaraq bildirirəm ki, Sizin metropolitenin inkişafı barədə tapşırığınız var: “Hər il bir stansiya və ya hər iki ildən bir iki stansiya istismara buraxmaq”. İndi real vəziyyətə nəzər salaq: 2017-ci ildə istismara stansiya verilməyib. İndi 2018-ci ilin axırıdır və bu il də istismara stansiya verilməyəcək. Metropoliten rəsmisi mətbuata açıqlamasında bildirdi ki, şərti adı “B03” olan stansiya, ya 2019-cu ilin sonunda, ya da ki, 2020-ci ilin əvvəllərində istismara veriləcək.
Yuxarıda göstərilənləri əsas götürsək məlum olar ki, Zaur Hüseynovun rəhbərlik etdiyi qurum hər 3-4 ildə bir stansiya tikib istismara buraxa bilir. Əgər, qurum bu templə işə davam edərsə, yaxşı halda bu 51 stansiyanı 153 ilə (51×3 il), başqa halda isə 204 ilə (51 x 4il) tikib istismara verə bilər. Təsdiq olunmuş Proqram isə bu işlərin 20 ilə icrasını tələb edir. Göstərilənlərdən əlavə olaraq umhuriyyet.az bildirir ki, mənimlə “İşəgötürən” arasında bağlanmış 18 iyul 2014-cü il tarixli Əmək müqaviləsində (surəti əlavə olunur) -4.2, 4.30 və 4.6 bəndləri mütəmadi olaraq “İşəgötürən” tərərfindən pozulur və yerinə yetirilmir.
Tikinti Departamentinin işçiləri büdcədən maliyyələşmir, qurum adından da göründüyü kimi tikinti-quraşdırma işləri yerinə yetirir və yerinə yetirilmiş işlərə görə 2№-li formalar tərtib edir (2№-li formanın nümunəsi əlavə olunur) və həmin formada əmək haqqı fondu formalaşır və biz həmin vəsaitdən əmək haqqı alarıq. Qanunla təsərrüfat hesablı qurumlarda çalışmanın yaş həddi müəyyən olunmamışdır və mənim bu maddə ilə işdən azad edilməyim mövcud qanunvericiliyə ziddir. Metropolitenin istismar sahələrinin işçiləri isə birbaşa dövlət büdcəsindən maliyyələşirlər”-deyə, Kamal Cəfərov dövlət başçısına yazdığı şikayət məktubunda qeyd edirdi.
Hesablama Palatası korrupsiyanı aşkara çıxardı
“Bakı Metropoliteni” QSC-də baş verənlər Kamal Cəfərovun dövlət başçısına ünvanladığı şikayət məktubunda qeyd olunanlarla yekunlaşmır. Hesablama Palatasının 2016-ci ildə “Bakı Metropoliteni” QSC-də apardığı auidit yoxlamaları burada baş verənlərin daha bıabırçı vəziyyətdə olduğunu aşkara çıxarırdı.
Belə ki, Hesablama Palatasının bu açıqlamasında vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və dövlət sosial müdafiə fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərildi deyilirdi.
Hesablama Palatası daha sonra açıqladığı hesabatda metropolitendə baş verən korrupsiya faktını aşkara çıxarmışdı. Belə ki. qurumun hesabatında metro tikintisi üzrə bəzi işlərin təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirildiyi, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verildiyi qeyd olunur, avadanlıqların bir qayda olaraq alındığı ildə deyil növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmaması vurğulanırdı.
Hesablama Palatası metropolitenlə bağlı hesabatında maliyyə fırıldağının da üstünü açmışdı. Belə ki, Palata sözügedən hesabatında qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülmüş, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirildiyini qeyd edirdi.
Sədrin oğlunun şirkətləri metropolitenlə əməkdaşlıq edir?
Ötən il Meydan.tv saytı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun oğlu barədə ilginc məlumat yaymışdı:
““Baku Oxford School”da orta məktəbi 2008-ci ildə başa vuran Həbib Britaniyaya gedib. Linkedin sosial platformasında o, Şotlandiyada əlavə orta təhsil (Gordonstoun School) aldıqdan sonda Edinburq Universitetinə daxil olduğunu xronikasına yazır. 22 yaşında Heriot-Vatt Universitetini neft mühəndisi ixtisası üzrə bitirib magistr diplomu ilə Bakıya qayıdıb. Hesablamalara görə, onun bu illər ərzində təkcə təhsil müəssisələrinə ödənilməli olan xərcləri 148.200 ABŞ dolları (indiki məzənnə ilə 252.000 manat) və 112.500 funt (indiki məzənnə ilə 239.000 manat) təşkil edib. Təhsil xərclərini qarşılayan atası Zaur Hüseynov həmin illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini işləyirdi. 2014-cü ilin fevralında Bakı Metropoliteninə yeni rəhbər gətiriləndən az keçmiş oğlu Həbib Britaniyada ali təhsilini tamamlayır, amma bu ölkə ilə əlaqələrini birdəfəlik kəsmir.
2014-cü ildə Həbib BP-nin Xəzər dənizində istismar etdiyi neft yatağında bir il təcrübə keçir. Dövlət Təhlükəsizlik Xidmətində bir il işləyəndən sonra yenidən BP-yə qayıdır. Elə burada işləyə-işləyə Plimut şəhərində (İngiltərə) “Pinnacle West Limited” şirkətini alır. Qısa müddətdə onu inkişaf etməkdə olan daşınmaz əmlak şirkətinə çevirir.
“Pinnacle West Limited” şirkəti iyun ayında növbəti maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funt təşkil edir. Bundan əlavə, şirkətin 1,5 milyon funtdan çox digər aktivləri (davam edən inşaat işləri və s.) də var. Hesabatlarda bu pulların mənbəyinin bank krediti deyil, “digər borc” olduğu göstərilir. Amma borcu bu gəncə kimin və hansı şərtlərlə verdiyi hesabatda əks olunmayıb. Təkcə son bir il ərzində Həbib Hüseynzadənin şirkəti 3,5 milyon funt məbləğində ortamüddətli borc götürüb.
“Pinnacle West Limited” şirkəti tikinti ilə məşğuldur və Callington əyalətinin (İngiltərənin cənub-qərbi) kəndlərindən birində ikimərtəbəli yaşayış evi inşa edib.
Şirkəti 2016-cı ilin fevralında Azərbaycanla sıx biznes təmasları olan Morqan Filips 50 funt məbləğində kapitalla təsis edib. Həmin ilin oktyabrında şirkətə nəzarət Həbib Hüseynzadəyə keçib. “Pinnacle West Limited” şirkətinin qeydiyyat ünvanı Plimut şəhərində Houndiscombe küçəsi, 6 nömrəli evdir. Bura hüquqi yardım xidmətləri göstərən şirkətlərdən birinin baş ofisidir. Həbib Hüseynzadənin şirkətinin faktiki ünvanı isə Morqan Filipsin çoxsaylı şirkətlərindən birinə məxsus Plimutdakı Embankment küçəsindəki mülkdür. M.Filipsin “Guardian Industrial (UK) Limited” şirkəti 2016-cı ildə “Azərişıq” QSC-yə 4 647 176 manat 52 qəpik dəyərində 1 fazlı və 3 fazı elektron sayğaclar satıb. Sayğacların alınması tender yolu ilə olsa da, onların sayı ictimaiyyətə açıqlanmayıb. Bu tenderin qalibi “Guardian Industrial (UK) Limited” və onun Azərbaycandakı törəməsi olan “Abşeron Engineering” MMC ortaqlığı olub. Amma onların heç biri istehsalçı deyil. “Guardian Industrial (UK) Limited” şirkəti Azərbaycana satdığı elektrik sayğaclarını bu ölkənin “Landis+Gyr” şirkətindən tədarük etdiyini bildirir. Bu şirkət elektrik enerjisi sayğacları ilə yanaşı, təbii qaz və su sərfiyyatını ölçmə cihazlarının istehsalçısıdır.
2008-ci ilin iyul ayında Bakıda yaradılan “Abşeron Engineering” MMC-nin direktoru Morqan Filips, təsisçisi isə onun həyat yoldaşı, Rusiya vətəndaşı Mayina (Emirxanova) Filipsdir. Bu ailə Azərbaycanda biznesə 2004-cü ildə başlayıb və burada daha bir neçə şirkəti (“Guardian İndustrial Azərbaycan” MMC, “Kaspi LM” MMC, “LMP İnternational” MMC, “QBS Qafqaz Bizness Servisləri” MMC və “BBX Beynəlxalq Bizness Xidmətləri” MMC) var. “Abşeron Engineering” MMC-nin korporativ internet saytında şirkətin Azərbaycandakı digər biznes qurumları ilə bərabər, “Azərişıq” ASC və “Bakı Metropoliten” QSC ilə də əməkdaşlıq etdiyi göstərilir. Metropoliten bu şirkətdən kommersiya və layihə idarəetmə xidmətləri əldə edib. Amma dövlət satınalmaları portalında bunu təsdiq edən məlumat yoxdur.
Beləliklə, Britaniyada biznesini qurarkən Həbib Hüseynzadənin digərinə deyil, məhz Morqan Filipsə müraciət etməsinin səbəbləri aydın olur. Qeyd edək ki, Morqan Filips hələ də “Pinnacle West Limited” şirkətinin direktorlarından biridir və onu Həbib Hüseynzadə ilə birlikdə idarə edir.
Amma Həbib M.Filipsin biznesə dəstək verdikləri Azərbaycan vətəndaşlarının yalnız biridir. Rüfət Qasımov “Sun Property Development Limited” şirkətini, Ər Toğrul Musayev isə “RS Twenty 2 Limited” şirkətini Morqan Filipsin iştirakı ilə qurublar.
Həbib Hüseynzadənin özəl biznesdə iştirakının çevrəsi Britaniya suları ilə məhdudlaşmır, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sahillərinədək gedib çıxır. O, burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.
Həbib həm də avtomobil həvəskarıdır. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.
Bir çox ekspertlər dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin ailə üzvlərinin rəsmi gəlirlərindən qat-qat artıq məbləğlərlə ifadə oluna bilən həyat tərzi keçirməsini yaşamasını 2005-ci ildə qüvvəyə minən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qanunun işləməməsi ilə izah edirlər. Bu qanun dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərlərinə, yəni həm də “Bakı Metropoliteni” QSC-nin İH sədrinə də şamil olunur. Qanunun işləməsini əngəlləyən Nazirlər Kabinetinin məmurların təqdim etməli olduqları bəyannamənin formasını hələ də təsdiq etməməsidir”.
O zaman yazılanlara nə Zaur Hüseynov, nə də “Bakı Metropoliteni” QSC açıqlama verməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|