Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər... - Özbaşınalıq...
Tarix: 1-04-2016, 11:29 | Çap et
Qəzetimizin 30.12.2015-ci il tarixli sayında dərc olunmuş “İki otağa sığan “Anay” uşaq tibb mərkəzi” sərlövhəli tənqidi materialda biz növbəti dəfə ölkəmizdə fəaliyyət göstərən bəzi özəl tibb müəssisələrinin işində müşahidə olunan nöqsanlardan söz açmışdıq. Əvvəllər də dərc etdiyimiz yazılarda biz qeyd etmişik ki, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşahidə olunmaqdadır. İlk növbədə diqqətə çarpan məqam bundan ibarətdir ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə, göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Lakin ötən ilin sonlarında bizimdovr.az-a daxil olmuş məlumatda məhz uşaq səhiyyəsi üzrə ixtisaslaşmış konkret bir müəssisənin, “Anay” uşaq tibb mərkəzinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdü. Aldığımız açıqlamalar əsasında hazırladığımız materialda biz göstərmişdik ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən bu tibb müəssisəsinə həkim-pediatr Asif Seyfullayev rəhbərlik edir. “Anay” MMC kimi dövlət qeydiyyatından keçmiş bu müəssisə “uşaq tibb mərkəzi” kimi pafoslu ada sahib olmaqla, böyük iddialarını ortaya qoysa da, əslində bu mərkəzin indiyədək iki nəfərdən artıq əməkdaşını görən olmayıb. Bu əməkdaşlardan da biri Asif həkimin özü, digəri isə tibb bacısıdır. Həmçinin biz göstərmişdik ki, “Anay” MMC-nin yerləşdiyi tikili də xüsusi maraq doğurur. Belə ki, şəxsi həyətyanı sahədə inşa olunmuş bu birmərtəbəli bina cəmi 1 dəhliz və 2 otaqdan ibarətdir. Bunun müqabilində isə, müəssisəyə gələn pasientlərdən elə əsil tibbi mərkəzlərdə təyin olunmuş məbləğlərdə ödəniş alınır. Həm də həkimin qəbul haqqından başqa, uşaqlara vurulan hər iynəyə görə də tibb bacısı valideynlərdən 5 manat pul alır. Yeri gəlmişkən, bizə müraciət edən vətəndaş burada uşaqlara vurulan preparatların da tərkibi, istifadə müddəti və saxlanma şəraitinə dair müəyyən şübhələri ilə bölüşmüşdü. Onun deməyinə görə, Asif həkim bu və ya digər uşağa təcili inyeksiya olunması zərurəti barədə qərara gəldikdə, telefon vasitəsilə Anar adlı gənc bir şəxslə əlaqə saxlayır. Bundan sonra, Anar bir neçə dəqiqə ərzində həkimin tələb etdiyi preparatı onun otağına gətirir. Anarın həkim otağına ikinci, arxa qapıdan girdiyi və bu qapının da həyətə açıldığı nəzərə alınarsa, çox güman ki, bu dərmanlar da xüsusi yaradılmış şəraitdə deyil, məhz evdə, ən yaxşı halda soyuducuda saxlanılır. Təbii ki, bütün bu deyilənlər ilk növbədə “Anay” MMC-yə uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı müraciət edən valideynlərin seçimlərini ciddi şübhə altına almış olur. Bizə müraciət etmiş vətəndaş isə, təqdim etdiyi faktları ictimailəşdirmək yolu ilə, yaranmış vəziyyətə Səhiyyə Nazirliyinin diqqətini cəlb etmək istəmişdi. Bununla bağlı demək lazımdır ki, məlumatları bizimdovr.az-a təqdim edən mənbə öz istəyinə nail ola bilib. Belə ki, bu günlərdə redaksiyamıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi MMC-nin direktoru Murad Süleymanov tərəfindən imzalanmış, 08/640 saylı məktub daxil olub. Qeyd edək ki, bu məktubu yeni almağımıza rəğmən, blankın üzərində 04.02.2016-cı il tarixi göstərilib. Məktubda deyilir: “Bakı şəhəri, Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi, 3a ünvanında özəl tibb fəaliyyəti ilə məşğul olan “Anay-M” MMC-nin lisenziyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq sərəncamı əsasında dayandırılmışdır”. Belə çıxır ki, Asif Seyfullayevin rəhbərlik etdiyi bu müəssisə ilə artıq Səhiyyə Nazirliyi deyil, müvafiq hüquq-mühafizə orqanları maraqlanmalıdırlar. Hələlik isə, uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı “Anay” uşaq tibb mərkəzinə müraciət edən valideynlərin bu məqamı diqqətə almalarını istərdik.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|