Yasamal icra başçısının adı 500 minlik qalmaqalda - FOTOLAR
Tarix: 18-02-2016, 11:29 | Çap et
Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında "ağac soyqırımı" aparılır. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilir.
Bu ərazi 2 il əvvəl Ramiz Cabbarlı adlı sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Bundan sonra parkın qarşısındakı binanın sakinləri Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət edib. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz.
Lakin bu günlərdə ərazini satın almış Ramiz Cabbarlı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Lakin sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildiriblər.
Bir gün sonra isə Ramiz Cabbarlı polislə gələrək ərazini hasara aldırıb. Hasarlanmış ərazidə isə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır.
Polis sakinlərin işə mane olmasına imkan verməyib. Hətta sakinlərdən biri onların qarşısını almağa çalışıb. Lakin onu sonradan polis şöbəsinə çağıraraq "sən sahibkarın əmlakına ziyan vurmusan" deyərək hədələyiblər.
Əldə etdiyimiz məlumata görə, 2 il öncə Yasamal rayon İcra Hakimiyyəti 13X36 metrlik ərazinin satışı üçün sahibkardan 500 min manat alınıb. Həmin vaxt Ramiz Cabbarlıya Yasamal rayonu ərazisində başqa yer də təklif olunub. Lakin iş adamı həmin təklifdən imtina edib. Yeri gəlmişkən, Ramiz Cabbarlıya təklif olunan ərazidə də bu günlərdə ağaclar kəsilib və tikinti işlərinə başlanılıb.
İddiaya görə, Ramiz Cabbarlı sakinlərlə qeyri-rəsmi söhbətində bildirib ki, burdakı ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə pul verib.
Yerin satışı və ağacların kəsilməsi ilə bağlı məsələləri dəqiqləşdirmək üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi xəbəri təkzib etdi: "Bu məsələlərin bizə aidiyyatı yoxdur. Torpağın satışı ilə Yasamal rayon İcra Hakimiyyəti məşğul olmayıb".
İcra Hakimiyyəti məsuliyyəti üzərindən atdığından Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, həmçinin torpağın Yasamal rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini bildirdi: "Həmin ərazidə tikintiyə icazə verməmişik. Çünki ərazi özəlləşdirilmiş ərazi deyil. Tikinti-quraşdırma işləri başladıqda araşdırma apardıq və işlərin dayandırılmasına göstəriş verildi. Həmin ərazi İcra Hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. Mülkiyyət olmadığından bizə aidiyyatı yoxdur. Bu məsələ birbaşa Yasamal rayon İcra Hakimiyyətinin nəzarətindədir".
Dövlət Komitəsinin açıqlamasından da görünür ki, ərazinin satışı birbaşa Yasamal rayon İcra Hakimiyyəti məşğul olub. Yuxarıda qeyd etdiyimiz kimi İcra Hakimiyyətinin iş adamından 500 min manat aldığı iddia edilir. Bəs qurumun rəsmi şəxsləri hər kəsə aydın olan bir faktı niyə gizlətməyə, təkzib etməyə çalışır?
Təbii ki, bu məsələdə maraqlı tərəflərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmadıdır. Ətraf mühitin qorunmasına görə birabaşa məsuliyyət daşıyan nazirlik ağacların kəsilməsi ilə bağlı hər hansı bir tədbir görübmü?
Nazirliyin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, 2014-cü ildə bu məsələ qurum tərəfindən araşdırılıb. Belə ki, nazirliyə Zərdabi küçəsində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş Kamal Əli və Sənan Həsənov tərəfindən şikayətlər daxil olub. Şikayətlərlə əlaqədar nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, bu ünvandakı 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib. Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldlığı aşkar edilib. Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub. Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.
Qeyd etdyimiz kimi ərazi yenidən hasarlanıb və ağaclar hədəfə alınıb. Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansısa tədbir görübmü? Müraciət etdiyimiz nazirliyin mətbuat xidmətindən bildirdilər ki, məsələ ilə bağlı araşdırma gedir: "Ərazinin hasarlanmsı ilə bağlı məlumatlar nazirlik tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumt veriləcək".
Ramiz Cabbarlının "Nazirliyə pul vermişəm" iddiasına da mətbuat xidmətindən münasibət öyrəndik. Mətbuat xidmətindindən bildirdilər ki, bu iddiaların heç bir əsası yoxdur və həmin şəxs qanuna müvafiq olaraq nazirlik tərəfindən 14400 manat cərimə olunub.
Hər 3 tərəfin açıqlamalarını təqdim etdik. Məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə ağacların kəsilməsini, Əmlak Məsələləri Dövlət Komitəsi isə tikintini qadağan edib. Ortaya çıxan nəticə isə budur ki, ərazini sahibkara Yasamal rayon İcra Hakimiyyəti satıb. Orda baş verənlərə görə də Ramiz Cabbarlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məsuliyyət daşıyır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|