Həkim tərəfindən bıçaqlanan baş həkimin vəziyyəti ağırdır
Tarix: 6-08-2019, 16:41 |
Çap et
Dünən Sumqayıtda bıçaqlanan “Sum Modern Dental Clinic”in baş həkimi Şahin Baxşəliyevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Qafqazinfo”ya məlumatı qardaşı, “Şəfqət” klinikasının baş həkimi Fikrət Baxşəliyev verib. O bildirib ki, hazırda Ş. Baxşəliyevin vəziyyəti stabildir:
“Bizə bildirildi ki, vəziyyəti ağırdır. Dünəndən etibarən stabil olaraq qalır, həkim nəzarəti altındadır”.
Qeyd edək ki, insident 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib. Hadisəni törətməkdə günahkar bilinən klinikanın həkimi Pərviz İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.