"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək" - Ekspert danışır
Tarix: 23-04-2022, 08:53 | Çap et
Rusiya Kommunist Partiyası ölkənin indiki üçrəngli bayrağını SSRİ bayrağı ilə əvəzləməyi təklif edib. Bunu da onunla əsaslandırıb ki, Rusiya Sovet İttifaqının hüquqi varisidir. “Yeni Müsavat” bildirir ki, bu barədə Dövlət Dumasının elektron məlumat bazasındakı məlumatda bildirilir. Kommunist Partiyasının Luqansk və Donetskdə qondarma respublikaları tanımaq haqda müraciətini də Rusiya lideri müsbət cavablandırmışdı. Bu baxımdan SSRİ bayrağının bərpası təklifinə də adekvat münasibət olacağı istisna deyil. Çünki Putinin SSRİ-ni yeni və fərqli modeldə qaytarmaq, keçmiş sovet dövlətlərini bir çətir altına yığmaq çoxdankı arzusudur. Digər tərəfdən ideyanın elə Kremldən gəldiyi, Kommunist Partiyasının isə “siyasi mətbəx”də hazırlanmış bu reseptləri cəmiyyətə ötürdüyü mülahizələri səslənməkdədir.
Yada salmaq yerinə düşər ki, Putin hakimiyyətə gələn kimi SSRİ-nin himnini Rusiyanın himni kimi təsdiqlədib - sözlərini dəyişməklə. O zaman niyə də SSRİ bayrağı bərpa edilməsin?! Çünki Ukraynaya hərbi təcavüz və Putinin güclənən SSRİ nostaljisi fonunda bu indi daha məntiqli görünür. Üstəgəl, bu il SSRİ-nin qurulmasının 100-cü ildönümüdür.
Ümumiyyətlə, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi barədə zaman-zaman müzakirələr aparılır. Hətta bəzi Qərb liderləri də Putinin Sovet İttifaqını bərpa etmək niyyətində olduğunu bildiriblər. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində bəzi rus tanklarının üzərində keçmiş SSRİ bayrağının görünməsi də şübhələrə yol açır. dia-az.life xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavata”a açıqlamasında qanun layihəsinin gerçəkləşməsini real sayır. O, Ukraynadakı qondarma rejimləri tanımaq təklifinin də bu partiyadan gəldiyini xatırlatdı. “Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə yayılan videolarda gördük ki, Mariupola girən rus ordusunun tanklarının bəzilərində keçmiş SSRİ bayraqları var idi. Ona görə bu təklifin həyata keçməsi mümkündür. Çünki proses ona getməkdədir və Putin də Sovet İttifaqının dağılmasını faciə adlandırıb”.
AMİP sədri qeyd etdi ki, əgər layihəni qəbul etsələr, təəccüblənməz: “Bu həm də postsovet məkanına təhdid hesab edilməlidir. Çünki SSRİ nostalgiyası ilə yaşayırlar və Azərbaycanda da bu arzuda olanlar görə bilirik. Onlar növbəti dəfə Rusiyanın boyunduruğuna keçməkdə həvəslidirlər”.
ALDP sədri Fuad Əliyev isə güman etmir ki, Dumaya edilən təklif həyata keçə bilər: “Məncə, Putin özü buna razılaşmayacaq. Üstəlik, xalqın mövqeyi öyrənilməli, konstitusiyaya dəyişiklik olmalıdır. Təbii ki, istənilən siyasi qüvvə Dumaya hansısa təklif irəli sürə bilər. Amma Rusiyanın hazırkı üçrəngli bayrağının dəyişəcəyini gözləmirəm. Bu halda Rusiya dünyaya siqnal vermiş olacaq ki, mən SSRİ-ni bərpa etmək fikrindəyəm. Ancaq xatırlayırsınızsa, Putin demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı. İndi Rusiyada ab-hava çox dəyişib deyə müxtəlif təkliflər səslənə bilər. Ukraynadakı müharibənin nəticələrinin Rusiyanın siyasi vitrininə təsirləri olacaq. Rus ordusu Ukraynada istəklərinə tam nail olsa, o zaman daha iddialı bir Rusiya görəcəyik”.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun sözlərinə görə, Rusiya Dövlət Duması Federal yığıncağında müzakirəyə təklif olunan və qəbul edilən qanunlar bir suveren dövlət olaraq onların öz daxili işidir: “Fəhlə və kəndlinin birliyinin simvolu olan oraq və çəkic embleminin isə istənilən dövlətin bayrağında yer almasını, mən bir kommunist olaraq alqışlayıram”.
Politoloq Oqtay Qasımovun fikrincə, Kommunist Partiyasının bu təklifi Rusiya cəmiyyətinin müəyyən təbəqəsinin fikirlərini əks etdirir: “Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək. Çünki SSRİ keçmiş Rusiya imperiyasının varisi və onun əzəmətli forması kimi yaddaşlarda qalıb. Lakin bu o demək deyil ki, indiki dövrdə SSRİ bayrağı Rusiya bayrağını əvəz etməlidir. Məlumdur ki, Rusiyanın dövlət himninə müəyyən dəyişikliklər edildi və keçmiş sovet himninə bənzədildi. Lakin bayrağın dəyişdirilməsi yaxın dövr üçün real görünmür. Çünki Rusiyanın başı bu gün Ukrayna müharibəsinə qarışıb. Müharibəyə görə ölkəyə ağır sanksiyalar tətbiq edilib. Siyasi rəhbərliyin həll etməli olduğu daha vacib məsələlər var. Bəziləri bu mövzularla cəmiyyətin diqqətini problemlərdən yayındırmaq və digər istiqamətlərə yönəltmək istəyirlər”.
Ekspertin fikrincə, Rusiyada bəzi şəxslər keçmiş SSRİ-nin bərpasına çalışır: “Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük geosiyasi fəlakət adlandırıb. Bütün bunlar onu göstərir ki, ruslar SSRİ-ni unutmayıblar və onun bayrağını qəbul edirlər. Onlar düşünür ki, İttifaq yenidən bərpa olunmalı, keçmiş SSRİ ölkələri isə Rusiya imperiyasının tərkibinə daxil olmalıdır. Yəni ruslar imperiyanın keçmiş əzəmətini dünyaya nümayiş etdirmək istəyirlər”.
Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, bu, Rusiyanın SSRİ atributları ilə bağlı atdığı ilk addım deyil: “Kommunistlər öz keçmişlərindən qopub ayrıla bilmirlər. Son dövrlərdə bütövlükdə Rusiyada baş verən proseslər SSRİ nostaljisi adı altında neoimperialist iddiaların həyata keçirilməsi istiqamətində müvafiq addımların atıldığını göstərir. Bu iddialar əslində Rusiya cəmiyyətində çoxdan var. Sovet İttifaqının atributlarının bərpa edilməsi istiqamətində atılan bu ilk addım deyil. Rusiya Federasiyasının dövlət himni də illər öncə dəyişdirilərək SSRİ-nin himni ilə əvəz olunub. Bundan başqa Rusiya Federasiyasının gerbi də dəyişdirilərək Çar Rusiyasının gerbi ilə əvəzlənib. Bu iki amil onu sübuta yetirir ki, Rusiya özünün nə Çar dövründəki iddialarından, nə də daha sonrakı sovet dövründəki iddialarından əl çəkib. Amma bu, xəyaldan başqa bir şey deyil”.
Ekspert hesab edir ki, SSRİ bərpa oluna bilməz: “SSRİ dünyanın, bəşəriyyətin keçmişidir. Bu kabusun yenidən geri qaytarılmasına heç kim imkan verməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
|