“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                 

“İnsanlara münasibət dəyişməlidir” - Partiya sədri
Tarix: 19-04-2022, 09:24 | Çap et
“İnsanlara münasibət dəyişməlidir”
Prezident İlham Əliyev 90-cı illərin ortalarından, 2000-ci ilin əvvəlindən və ya ortasından vəzifədə olan məmurların tam əksəriyyətini pensiyaya göndərib, onlarla sağollaşıb. Hakimiyyət demək olar, təzələnib, nisbətən gənc kadrlar vəzifə başına gətirilib.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən sabiq nəqliyyat naziri Ziya Məmmədova, eləcə də BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovdan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadəyə kimi köhnələr gedib. Sonuncu “köhnə” kadr Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sayılırdı ki, onu da ötən həftə yola saldılar.

Bəs bu cür irimiqyaslı kadr dəyişiklikləri idarəçilikdə, xalqın güzəranında nələri dəyişdi?

Dəyişməli ən vacib sistem məhkəmə sistemidir ki, ona da rəhbərlik edən fiqur 17 ildir Ali Məhkəmənin sədri olan Ramiz Rzayev sayılır. Hər zaman da bu sistemdən narazılıq ifadə olunub. Bütün islahatlar ədalətli məhkəmə sisteminə bağlıdır. Bu olmasa, islahat anlayışını ictimai şüura yeritmək mümkün olmayacaq.

Görünən odur ki, Ramiz müəllimin hələ də kreslodan könüllü getmək fikri yoxdur...
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev ən vacib məsələlərə toxundu: “Bütün ölkələrin inkişafı müstəqil, ədalətli məhkəmədən keçir. Təəssüflər olsun ki, biz bunu bu gün Azərbaycanda yüz faiz əminliklə deyə bilmirik. Bu gün hələ də sistemdə problemlər var ki, həll olunmalıdır. İlk növbədə iş adamı, vətəndaş bilməlidir ki, onlar yüz faiz hüquqlarını məhkəmə vasitəsilə həll edə bilərlər. Amma bu mümkün görünmür. Buna görə də şikayətlərin sayı çoxalır. Tam məsuliyyətlə deyirəm ki, biz Azərbaycanda tam olaraq, ədalətli və müstəqil məhkəmə sistemi yarada bilsək, o zaman ölkədə olan şikayətlərin sayı ən azından 50-60% azalar”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli müəyyən dəyişikliklərin olduğunu bildirdi: “Təbii ki, kadr dəyişikliyi müəyyən dəyişikliyə səbəb olsa da, əsaslı şəkildə islahata gətirib çıxarmır. Çünki əsaslı şəkildə islahat gərək sistemin özündə, daxilində insanlara münasibətdə dəyişikliyə səbəb olsun. Doğrudur, gənc kadrlar vəzifələrə çəkilirlər, onların şəxsiyyəti barədə heç nə demirik. Amma bəzən elə fəaliyyət göstərirlər ki, cəmiyyətdə dövlətə qarşı müəyyən əks münasibət yaratmış olur. Məsələn, sosial müdafiə sahəsi ilə bağlı xeyli narazılıqlar var. Başqa sahələrdə də müəyyən narazılıqlar müşahidə olunur. Əhali istəyir ki, hər şey birdən-birə həll olunsun. Sistemin özü dəyişmədən bunları etmək mümkün deyil. Bütün hallarda yeni kadrların vəzifə başına gətirilməsi müsbət haldır. Çünki bir kadr bir yerdə daha çox işləyəndə istər-istəməz ora bağlanır, özündə arxayınlıq yaranır. Amma yenilər çalışır ki, nəsə bir yenilik gətirsinlər. Bəzi hallarda bu uğurlu olmur, amma nəyəsə cəhd olunur. Hesab edirəm ki, dəyişikliklər davam etməlidir. Konkret olaraq oturub fikirləşməmişəm ki, köhnə kadrlardan kimlər gedib, kimlər qalıb. Düz qeyd olunur, məhkəmə sistemində ciddi problemlər var. Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. İnsanlara münasibət dəyişməlidir. Məhkəmə sistemində müstəqilliyi təəssüflər olsun ki, hələ görə bilmirik. Uzun illər bir vəzifədə işləmək bir növ həmin vəzifəni mənimsəmək kimi çıxır. Daha çox məhkəmə sistemində kadr islahatlarına ehtiyac var. Bu istiqamətdə deyilən fikirləri tam bölüşürəm”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli proseslərin davamlı olacağını düşünür: “Köhnə komanda daha çox rüşvətxorluğun, korrupsiyanın bir növ simvolu idi. Onlar çəkinmədən rüşvət və korrupsiyaya bulaşır, üstəlik də özlərinin birbaşa vəzifələrini həyata keçirməyə o qədər də meylli olmurdular. Heç kimə sirr deyil ki, son vaxtlara qədər idarəetmədə müəyyən boşluqlar, kadr özbaşınalığı var idi. İndi onların böyük bir qismi gənclərlə əvəz olunub. Demirəm ki, bu gənclər həddindən artıq səriştəlidir, işinin yönünü bilirlər və ona tapşırılmış işlərin öhdəsindən uğurla gəlirlər. Amma hər halda, rüşvət, korrupsiya amilinin müəyyən qədər azaldığının, hətta deyərdim ki, hiss ediləcək qədər bunun azaldığını deyə bilərəm. Cənab Prezident gəncləri işbaşına göndərərkən qəti surətdə xəbərdarlıq edir, hər hansı neqativ halın onların həyatında necə bir mənfi rol oynaya biləcəyini dönə-dönə onlara xatırladır. Məncə, gənclərin böyük bir hissəsi rüşvət və korrupsiyadan uzaq durmağa çalışırlar. Vəzifələrini yerinə yetirmək üçün ciddi səylər göstərirlər. Onlar çevikdirlər, proseslərə tez vaqif olmağa çalışırlar. Bu da idarəetmə aparatının səmərəliliyini və effektivliyini xeyli yüksəldir. Ölkədə bu proseslərin davam edəcəyi gözlənilir. Bu proseslər xüsusilə hakimiyyətin əsas qollarından biri olan məhkəmə sahəsini əhatə etməlidir. Ən biabırçı və xoşagəlməyən vəziyyət bu sahədə yaranıb və bu durum illərdir ki, davam edir. Zənnimcə, bu sahədə çox köklü islahatlara ehtiyac var. Ali Məhkəmənin sədri ilə yanaşı Ağır Cinayətlər Məhkəməsinin sədri də uzun zamandır o vəzifədədir, özünün şəxsi xarakterli işlərini həyata keçirməklə məşğuldur. Məhkəmə sistemində çox ciddi boşluqlar var. Bu sistem cəmiyyətimizin mənəviyyatına çox ciddi xəsarət vurur, çox ciddi əskiklər gətirir. Əminəm ki, ölkə Prezidentinin növbəti addımları məhkəmə sisteminin dəyişdirilməsi, reforma edilməsi və bura tamamilə çevik, dinamik kadrların gətirilməsi istiqamətində olacaq. Çünki bu məsələ ilə bağlı hamının giley-güzəranı var. Bu məsələnin bu formada saxlanılması ölkəmizdə idarəetmə sisteminin səmərəliliyini, effektivliyini xeyli dərəcədə azaldır. Ölkə Prezidenti hər zaman olduğu kimi məhkəmə sahəsində də müsbətə doğru dəyişmələr üçün lazım olan addımlar atacaq. Buna tam əminəm”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru