"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                 

"Ermənistan baş tutmamış dövlətdir" - deputat
Tarix: 11-04-2022, 08:26 | Çap et
"Ermənistan baş tutmamış dövlətdir"
DİA.AZ xəbər verir ki, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu Musavat.com-a ilginc açıqlamalarla zəngin müsahibə verib. Millət vəkilinin Şuşada keçirilən komitə iclası, səfər təəssüratları, erməni separatçıları və Ermənistandakı revanşistlərə sərrast xəbərdarlıqlarını dəyərli oxucularımıza təqdim edirik:

- Hikmət bəy, Azərbaycanın parlament tarixində bir ilk baş verdi: bu həftə Milli Məclisin iki komitəsi Şuşada birgə iclas keçirdi. İştirakçılar arasında siz də var idiniz, hansı hisslərlə, duyğularla qayıtdınız?

- Şuşaya səfər etmək insanda hər şeydən öncə dərin bir milli qurur və fəxarət hissi yaradır. Bu hisslər o qədər emosional olur ki, mömin olmasan belə, dəfələrlə bu zəfəri bizə bəxş edən Tanrıya şükr edir, Müzəffər Ali Baş Komandanımıza və qalib ordumuza minnətdarlıq edirsən. Bu səfərimiz zamanı milli qürur yolumuz olan Zəfər Yolu ilə dolaylardan keçib, qartal yuvası kimi zirvədə qərar tutan Şuşamıza yaxınlaşanda Kirs dağının bəmbəyaz yamacından Şuşanın üzərinə qədər uzanan bir əlçim ağ bulud gördüm. Şuşanın ağ buludu sanki onun qoruyucu mələyi idi. Ürəyimdə fikirləşdim ki, Tanrının Kut (türk mifologiyasına görə, müqəddəs enerji, yaşam gücü-red.) verdiyi müzəffərAli Baş Komandanımız bu strateji şəhəri, bu alınmaz qalanı elə Tanrının ona verdiyi Kut sayəsində azad edə bildi. Yoxsa, Daşaltı kəndinin üzərindən sərt qala divarı kimi yüksələn şaquli yüksəkliyi onun qəhrəman əsgərləri birnəfəsə yuxarı dırmanıb bu müqəddəs şəhəri azad edə bilməzdilər! Şuşa səfərimizin məqsədi Azərbaycanın parlamentarizm tarixində ilk dəfə bir tarixi hadisəni gerçəkləşdirmək idi. Milli Məcllisin iki komitəsinin birgə iclası ilk dəfə Şuşada keçiriləcəkdi. Elə müzakirə edəcəyimiz məsələ də olduqca strateji bir mövzu ilə bağlı idi. Gündəliiyimizin əsas məsələsi “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiqlənməsi məsələsi idi. Böyük sevinc və fəxarət hissi ilə Şuşanı işğaldan azad edən Azərbaycan qartallarını yad edərək, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək, Anlaşma Memorandumunu təsdiq edib plenar iclasa tövsiyyə etdik. Bütün millət vəkilləri dərin sevinc içində idilər, emosiyaları cilovlamaq əlbəttə, mümkün deyildi. Ona görə də hər birimiz bu hadisəni həyatımızın ən gözəl günlərindən biri kimi yaşadıq.

- Şuşadan Xankəndiyə baxmaq imkanız oldu yəqin ki. Azərbaycan mediasını da diqqətlə izləyən ermənilərə sözünüz nədir? O yüksəklikdən separatçılara sarı baxdıqdan sonra nə demək istərdiniz?

- Komitə iclasımız başa çatdıqdan sonra qalan bir neçə saat vaxt müddətində Şuşanı gəzdik, Cıdır düzünü ziyarət etdik, Çıdır düzündən ulu xanımız Pənahəli xanın Xankəndinə baxdıq və birdən-birə uzaqdan, Xankəndinin arxasından bizə tərəf boylanan, həsrətlə bizi gözləyən, milli kədər şəhərimiz Xocalını gördüm. Deputat həmkarım, Xocalı faciəsinin şahidi, o müqəddəs torpaqları qarış-qarış tanıyan Elman Məmmədov Xocalıdan Xankəndinə tərəf uzanan boz ərazini göstərərək, oranın Xocalı hava limanının uçuş-enmə zolağı olduğunu bildirdi. Gözlərimi Xocalıdan ayıra bilmir, ən qısa zamanda oraya gedəcəyimizi düşünürdüm...

Deputat həmkarlarımdan birinin qolumdan tutub, “Hikmət müəllim gedirik”, deməsi məni xəyaldan ayırdı ... Gercək dünyaya qayıdaraq ürəyimdə dedim ki, gözlə, Xan babamın Xan Kəndi, gözlə, Xocalımız...gələcəyik, ən qısa zamanda gələcəyik! Bir qarış ərazimiz belə nəzarətsiz qalmayacaq! 44 günlük müharibədə biz xalqımıza qarşı ermənilər və onların himayədarları tərəfindən törədilən soyqırımı cinayətlərinin qisasını aldıq. Bunu xalqımıza yaraşan bir mərdliklə, döyüş meydanında özümüz etdik. Ermənilər kimi kimlərinsə arxasında gizlənib xaincəsinə dinc əhaliyə qarşı silah işlətmədik. Qisas hissi olmayan bir xalq xalq ola bilməz. Ancaq bu ölçülü və idarəedilən formada olmalıdır. Biz Xankəndinə, Xocalıya, Ağdərəyə, Əskərana qisas almaq üçün deyil, o vətən torpaqlarımızda əbədi yaşamaq üçün qayıdacağıq! Ermənilərə də ismarıcımız qoy bu olsun!

- Rusiya XN rəhbəri Lavrov rəsmən Minsk Qrupunun dağıldığını təsdiqlədi. Amma bununla yanaşı, Rusiyanın tənzimləmə prosesində moderatorluğu güzəştə getmək istəmədiyi sezilməkdədir. Belə görünür Avropa İttifaqı ilə Rusiya arasında artıq həllini tapmaqda olan Qarabağ mövzusu yenidən konflikt obyektinə çevrilə bilər. Necə bilirsiniz, bu rəqamət mühitində gərginliyi körükləyə bilərlərmi?

- Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu haqqında dedikləri, yəni bu qrupun artıq funksional olmaması ilə bağlı fikirləri olduqca məqbuldur. Ancaq bunun səbəblərini izah edərkən bildirdiyi fikirlər natamamdır. Minsk Qrupu təkcə digər iki həmsədr ABŞ və Fransanın üçüncü həmsədr Rusiya ilə əməkdaşlıq etmək istəmədiyinə görə lazımsız bir quruma çevrilməyib. Ona görə lazımsız bir qruma şevirilib ki, onun həll etməli olduğu problem artıq yoxdur. O problemi Azərbaycan özü həll edib. Olmayan problemi, ya da da həll edilmiş problemi yenidən həll etmək istəyi isə əslində yenidən problem yaratmaq cəhdləri olardı. Ona görə əslində Lavrovun açıqlaması o qədər də məsum deyil. Rusiya ətrafında yaranan mürəkkəb şəraitdə bunu yaradan ölkələrə özünü xatırlatmaq və onları əməkdaşlığa dəvət etmək cəhdidir. Yəni Şərqi Avropada siz mənə güzəştə gedin, bunun əvəzində mən sizi mənə sərf edən ölçüdə Cənubi Qafqaza gətirim. Görürsünüzmü bəzən gəlişigözəl diplomatik ifadələrin altından nələr çıxa bilir. Ona görə də biz diplomatik leksikonu doğru oxumağı bacarmalı, özümüzü, öz gücümüzü və rəqiblərimizi rasional idrakla qiymətləndirməliyik. Hazırda Azərbaycan diplomatiyası bu strateji vəzifənin öhdəsindən layiqincə gəlir. Rusiyanın postmüharibə mərhələsində tənzimləmə prosesində iştirakşılığına gəldikdə isə, ədalət naminə qeyd etmək lazımdır ki, istər 44 günlük müharibə dövründə, istərsə də ondan ötən 17 ay müddətində, sülhməramlılarla bağlı məsələlərdə kiçik istisnalar olmaqla, bütövlükdə bu rol müsbət qiymətləndirilə bilər. Belə olan halda onun moderatorluğu da məqbul hesab edilməlidir. Ancaq bu prosesdə siyasi eqoizm və inhisarçılıq doğru yanaşma hesab edilə bilməz. Ona görə də Azərbaycan öz milli məqsədlərinə sona qədər çatmaq üçün beynəlxalq münasibətlər sisteminin bütün real güc mərkəzləri ilə əməkdaşlığa daima açıqıdr. Biz bilirik ki, Avropa İttifaqı bu gün dünya siyasətini təyin edən real güc mərkəzlərindən biridir, ya da elə ABŞ-la birlikdə birincisidir. Azərbaycanın bu vacib qurumla strateji əmkdaşlığı, Cənubi Qafqazda regional münasibətlərin strateji paradiqmalarını dəyişən, tamamilə fərqli güc balansı yaradan yeni reallığı, yəni Azərbaycanın yaratdığı yeni reallığı, Avropa İttifaqına qəbul etdirə bilməsi mühüm milli vəzifədir və biz buna faktiki nail olmaqdayıq. Ona görə də moderatorluqda kimin hansı “ortağı” arzu edib-etməməsindən asılı olmayaraq, Azərbaycan öz maraqları istiqamətində cəsarətli və ardıcıl addımlar atır və bu davam edəcək.

- Hikmət bəy, görünən budur ki, erməni revanşistlər Qarabağa iddialardan əl çəkmək istəmirlər. Paralel qaydada Qarabağ separatçılarının Rusiyaya birləşmək üçün imza toplaması hansı vəziyyəti yarada bilər? Azərbaycanla müttəfiqlik müqaviləsi imzalamış Rusiya Qarabağ separatçıları ilə bağlı təhlükəli plana qol qoyarmı, sizcə?

- Ermənistan baş tutmamış dövlətdir. Hər nə qədər bu süni dövləti yaradanlar və himayə edənlər bu təşkilatlanmaya dövlət vəsfi verməyə çalşısalar da, bu alınmır ki, alınmır. Ancaq ermənilər icma şəklində birləşməyi, lobbi qurumları yaratmağı yaxşı bacarırlar. Bu, onların daima başqa dövlətlərin içərisində icma olaraq yaşamalarından, öz dövlətlərinin və milli yaddaşlarında dövlətçilik şüurunun olmaması ilə bağlıdır. Əgər bu gün Qrabağda yaşayan erməni icması Rusiyaya birləşmək arzularını ifadə etmək üçün imza toplayırlarsa, elə bu da dediyimiz milli natamamlıqla əlaqədardır. Çünki 44 günlük müharibədə elə adı dövlət, özü isə terror təşkilatı olan Ermənistan da düz Qarabağın erməni icması kimi davranırdı. Gah Rusiyaya, gah Fransa və Amerikaya, gah KTMT-yə müraciət edərək onları himayə etmələrini istəyirdilər. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev ermənilərə xitabən çox haqlı olaraq dedi ki, əgər müstəqil yaşaya bilmirsinizsə, endirin bayrağınızı, qoyun cibinizə, gedin başqa dövlətə birləşin! Düşünürəm ki, bu sözlər tarixi sözlər idi. Hazırda vəziyyət elədir ki, Qarabağ erməniləri yox, lap Ermənistan belə, Rusiyaya birləşməklə bağlı müraciət etsə, bu arzu əsla rəğbət görməyəcək və reallaşmayacaq. Çünki heç kəs özünə əlavə problem yaratmaq istəmir. Hələ üstəlik, Azərbaycan kimi güclü, etibarlı rasional tərəfdaşla münasibətləri korlamağı heç kim istəmir. Ona görə də revanşistlərin bu cəhdləri əbəsdir. Hər belə cəhd və təxrbatlardan sonra Azərbaycan erməni icması ətrafında məngənəni bir qədər daha çox sıxır. Fərrux və Pirlər kəndi ətrafında baş verənlər də son belə nümunələrdəndir. Ermənilərdə belə bir illuziya var idi ki, əgər burada Rusiya sülhməramlısı varsa, deməli, Azərbaycan müdaxilə edə bilməz. Azərabycan isə göstərdi ki, öz ərazisinin hər qarışında sərbəst hərəkət etmək, nizam-intizam yaratmaq onun suveren hüququdur və bunu həyata keçirməyə heç nə mane ola bilməz. Rusiya ilə Azərabycanın qarşılıqlı fəaliyyət müttəfiqlilyinə dair müqaviləsinəgəldikdə isə tərəflər birinin ərazilərindən digərinə qarşı təhdid yaradacaq hallara qarşı dərhal tədbir görmək öhdəçiliyi götürüblər. Yəni bu gün Azərbaycanda yaşayan erməni icması bizə qarşı silahlı təhdid yaradırsa, bu, həm də Rusiyaya qarşı hesab edilə bilər. Ona görə də erməni separatçıları və revanşistləri bunu yaxşı bilməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru