"Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı" - Partiya sədri
Tarix: 30-03-2022, 08:05 | Çap et
Martın 27-də vəfat etmiş, sovet Azərbaycanın sonuncu kommunist rəhbəri, müstəqil Azərbaycanın ilk prezidenti 84 yaşlı Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olundu. O, Azərbaycanın müstəqilliyinin ilk illərində, 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkiləri vasitəsilə prezident seçilmişdi. Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi.
Ayaz Mütəllibovla işləmiş və ya onun hakimiyyətdə olduğu dövrü yaxından izləmiş siyasətçilər Mütəllibovun qısa çəkmiş prezidentlik müddətini Azərbaycanın çətin dövrü kimi xarakterizə edirlər. Əksəriyyət Mütəllibovu Xocalı faciəsinin qarşısını ala bilməməkdə, lazımi addımlar atmamaqda, fəaliyyətsizlikdə ittiham edirlər. Ancaq bəziləri hesab edirlər ki, Ayaz Mütəllibov xalq hərəkatını boğmayıb. Əksinə, onu tənqid edənlərlə işləməyə çalışıb, onun vaxtında müstəqil televiziya yaranıb və s. Məlumat üçün deyək ki, Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda başlayıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi vəzifəsinə qədər irəliləyib. 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib. dia-az.life-ın məlumatına görə, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Ayaz Mütəllibov Azərbaycan tarixində demokratik ruhlu, savadlı bir siyasətçi kimi qalacaq. 1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı və Respublika Müdafiə Şurasının üzvü olmuş Araz Əlizadə bildirib ki, həmin vaxt o, Mütəllibova qanuni yollarla öz hakimiyyətini qoruyub güc işlətməli olduğunu desə də, keçmiş prezident onun sözlərinə məhəl qoymayıb:
“O, xalqa lazımlı adam idi. Əfsuslar olsun ki, qaragüruh onu devirdi”. A.Əlizadənin sözlərinə görə, Mütəllibovun tam imkanı vardı ki, güc yoluyla onun istefasını istəyənləri ram eləsin, amma bunu eləmədi: “O dedi ki, mən hakimiyyətə görə bir nəfərin də burnunun qanamasını istəmirəm. Bu cür hakimiyyət mənə lazım deyil və hakimiyyətdən getdi. Uzun müddət qürbətdə yaşadı, ürəyi Vətən həsrəti ilə döyündü. Həsrət illərindən sonra Azərbaycana qayıtmaq nəsib oldu. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Onu da gördü”. A.Əlizadə Mütəllibovun Birinci Fəxri Xiyabanda dəfn olunmasını da müsbət qərar adlandırıb.
Tanınmış jurnalist Xəqani Səfəroğlu isə feysbuk səhifəsində sabiq prezident Ayaz Mütəllibov haqqında bunları yazıb: “Ayaz Mütəllibovdan 3-4 dəfə müsahibə almışdım. Uzaq Moskvada yaşayanda, yaxında, Bakıda olanda. Sonuncu müsahibə isə qismət olmadı. Əvvəl pandemiya imkan vermədi, sonra eks-prezidentin səhhəti. Sualları göndərməyi xahiş etmişdi. Göndərmişdim. Amma cavabı olmadı.
Suallarım isə çox idi. Cavabsız qaldı. Qanlı və ağır ildə, 1990-cı ildə Azərbaycana rəhbər təyin olunan Ayaz Mütəllibov məktəbli yaddaşımda şıq geyimi və parlaq sifəti ilə qalmışdı. Vəzirov qaçandan sonra gələn yeni başçı sovet ordusunun qırğınından qapqara qaralmış, güllələnmiş, işləməkdən imtina edən azərbaycanlılara “həyat davam edir” şüarı ilə təsəlli verməyə çalışırdı.
Həyat isə tam dəyişmişdi. SSRİ-nin suqutu başlanmışdı. O isə sanki bunu görmür, qəbul etmək istəmirdi. Müstəqillik uğrunda başlanmış mübarizə Ayaz Mütəllibov üçün anlaşılmaz idi. O, Qarabağ uğrunda gedən etiraz hərəkatının nə üçün azadlıq mücadiləsinə keçməsini anlaya bilmirdi.
Qorbaçova xitabən “Qarabağ həll olunmasa nəticəsi pis olacaq” desə də dünyanın altıda birini tutan dövlətin karton ayaqlı nəhəng kimi yıxılacağını heç cür təsəvvür edə bilmirdi. A.Mütəllibov təsərrüfatçı partiya elitasının nümayəndəsiydi. Siyasi qərarlar qəbul etmək onun üçün həddən artıq ağır məsələ idi. Kuluarlarda siyasi intiraqlardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı”.
X.Səfəroğlu vurğulayıb ki, Ayaz Mütəllibov Moskvanın bu davanın qarşısını ala biləcəyinə sona qədər inanan adam oldu:
“Ona görə Azərbaycanda Milli ordu qurulmasının əleyhinə idi. Radikal, SSRİ-nin, Rusiyanın xoşuna gəlməyəcək siyasi demarşlardan qorxurdu. ABŞ dövlət katibi Ceyms Beyker 1992-ci ilin fevralında Bakıya gələndə onu qarşılamaq üçün hava limanına belə getmək istəməmişdi.
Vəfa Quluzadənin ciddi israrlarından sonra gedib onu qarşılamışdı. Ayaz Mütəllibova SSRİ-nin demokratik hərəkatının yetişdirdyi ciddi müxalifət miras qalmışdı. O, həmin qüvvələrlə necə davranacağını bilmirdi. Gah AXC lideri Elçibəyi döydürürdü, gah müxalifəti hədələyirdi, gah da birgə işləməyə çağırırdı.
Amma bu nəhəng protest elektoratının nə üçün yarandığını və günü-gündən gücləndiyinin siyasi kodlarını görmürdü, ya da görmək istəmirdi. 2011-ci ildə həmişəlik vətənə qayıtmağa icazə veriləndə Ayaz Mütəllibov sakit və gözə çarpmadan yaşamağa üstünlük verdi. Qayıtdığı ölkədə tam yeni insanlar yaşayırdı.
Onlar ötən tarixi pis xatırlayır, şahidi olanlar bunu yada salmamağa çalışırdılar. O, hərdən şəhərə, bulvara çıxır, şəhər sakinlərinin dinməz baxışları altında tam dəyişmiş, yeni forma almış Bakını seyr edirdi. Sabiq prezidentin dövranı bitmişdi, indi o, yalnız xatirələri ilə baş-başa qalmışdı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|