"Sadəcə, xristian təəssübkeşliyidir" - Partiya sədri
Tarix: 16-03-2022, 09:02 | Çap et
Bütün dünyanın diqqətinin Rusiya-Ukrayna cəbhəsinə yönəldiyi vaxtda, Ermənistan ABŞ-da olan hamilərini hərəkətləndirib. “Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlarda olan erməni lobbisi, hər zaman olduğu kimi, əlaqələrindən istifadə etməklə Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə təbii ki, erməni diasporu da dəridən-qabıqdan çıxır. Onların budəfəki arzusunu ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçirib. Palata Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub.
Qanun layihəsinin özündə “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin redaksiyası var və həmçinin “bu qanunun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq” “artsax”a qarşı hərbi əməliyyatların aparılması ehtimalı haqda hesabat tələb olunur.
ABŞ konqresmenlərinin heç kimin tanımadığı Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin qondarma “artsax” adını dövlət siyasətinə alət etməsinin arxasında dayanan plan nədir? Konqresmenləri narahat edən hansı “hərbi əməliyyatdan” söhbət gedir? Ümumilikdə, ABŞ konqresmenlərinin Qarabağda erməni separatçılarına belə qahmar çıxmağının arxasında nə dayanır? Bundan az əvvəl Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, indi də ABŞ Konqresində anti-Azərbaycan sənədinin qəbuluna qarşı rəsmi Bakının addımları necə olmalıdır? dia-az.life xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın rəsmi strukturları, eləcə də bir sıra Qərb dövlətləri Qarabağda əldə etdiyimiz qələbədən narahat olublar. Partiya sədri hesab edir ki, 30 il ərzində Azərbaycana və Ermənistana ikili yanaşmanın şahidi olmuşuq deyə, indi baş verənlər təəccüb doğurmur: “Ona görə bu cür qanun layihəsinin qəbul edilməsi birmənalı şəkildə düşmən mövqeyi kimi qiymətləndirilməlidir. Çünki Gürcüstana, Moldovaya, Ukraynaya münasibətdə separatçılara qarşı çıxan Qərb ölkələri və ABŞ eyni separatizm bəlası ilə üzləşmiş Azərbaycana tamamilə ədalətsiz mövqe sərgiləyir. Buna nə ad vermək olar?”
AMİP sədrinin fikrincə, ABŞ Luqansk, Donetskdəki separatçılara yox, amma Xankəndində yuva salmış terrorçulara dəstək olur: “Bayden administrasiyası bir neçə il əvvəl Bakıya hansı münasibət bəsləyirdisə, indi də o xətti davam etdirməkdədir. Çox təəssüf ki, bu da ədalət tərəzisinin pozulmasıdır. ABŞ Ukraynaya dəstək göstərir, amma digər tərəfdən, bədnam 907-ci düzəliş hələ də qüvvədə saxlanır. O baxımdan bu, dünənin işi deyil, 30 ildir davam edən siyasətdir”.
A.Əlizadə erməni lobbi təşkilatlarının bu məsələdə gücünü istisna etmir, lakin şişirtməyin də tərəfdarı deyil: “Sadəcə, xristian təəssübkeşliyidir. Türkiyə və Azərbaycana qarşı qərəzli münasibət göz qabağındadır. Qardaş ölkəni Avropa Birliyinə üzv qəbul etmirlər, amma Moldova və Ukrayna müraciət edəndə dərhal üzvlük ərizəsi qəbul olundu, baxılacağı deyildi. Ərdoğan da haqlı olaraq sual elədi ki, bəs bizi niyə üzv etmirsiniz? Yəni dünya ədalətli deyil...”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə hesab edir ki, ABŞ Konqresinin Azərbaycana mənfi münasibəti yeni məsələ deyil. Partiya sədrinin sözlərinə görə, separatçı rejim hələ Qarabağda fəal olduğu dövrlərdə 907-ci düzəliş qəbul edilməklə Azərbaycana nəzərdə tutulan yardımlar dayandırılmışdı. Q.Əlibəylinin fikrincə, Konqresdə ermənipərəstlər çoxdur və lobbinin təsirləri də öz sözünü deməkdədir: “Bu, Amerika dövlətinin Azərbaycana isti münasibəti olmamasından qaynaqlanır. Ona görə ermənilərə dəstəyi nümayiş etdirirlər. Dəfələrlə qondarma rejimə yardımlar olub, hansısa layihələr irəli sürülüb və Amerika bununla maraqlıdır ki, bölgədə separatizm ömrünü sürə bilsin. Nə qədər qeyri-sabitlik davam etsə, bir o dərəcədə ABŞ regionda istəklərini reallaşdırmaq istiqamətində manevrlər edə biləcək”.
Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Konqresdə ölkəmizin mənafeyinə uyğun hansısa qanun layihəsi irəli sürülməsini xatırlamaqda çətinlik çəkir. Partiya sədri Amerikanın “artsax” sevgisini Minsk Qrupu ilə izah edir: “Həmsədr ölkələrdən biri kimi ABŞ hələ də o fikirdədir ki, Minsk Qrupu bərpa olunmalı, ”münaqişə nizamlanmalı", Qarabağdakı ermənilərə “status” verilməlidir. Bu cür addımlar məhz həmin təzyiq siyasətinin nəticəsidir. Amma “status” çoxdan gorbagor olub, Azərbaycan dövləti mövqeyini açıq bəyan edib, o baxımdan Konqresdə bu şəkildə müzakirələr ermənilərə dəstəklə yanaşı, separatçıları yaşatmaq niyyətidir. Rəsmi şəkildə bu addımlara etiraz edilməli, “artsax”a yardımların çatdırılmasına imkan verilməməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|