Təhsil Nazirliyi rəsmisinin “Alov”la şübhəli sövdəsi – “İldə 1.8 milyon vəsait ayrılır, amma…”
Tarix: 15-03-2019, 10:19 | Çap et
Azərbaycanda bir çox dövlət qurumlarında yüksək vəzifələr tutan şəxslərin öz mövqelərindən istifadə etməklə, onlara yaxın şirkət və firmalarla əlbir olub, büdcə vəsaitini mənimsəmələri faktları adi hal alıb. Bu proses əsas etibarilə şübhəli tenderlərin “qalibləri” vasitəsilə həyata keçirilir.
Ölkə prezidenti və hüquq-mühafizə orqanları ilə yanaşı “AzPolitika.info”-ya müraciət edən Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlunun şikayət məktubunda göstərilənlər də bu qəbildəndir. Həmin məktubda büdcədən ayrılan külli miqdarda vəsaitin “Alov” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən talandığı bildirilir.
Z.Hüseynov iddia edir ki, 2017-ci ilə qədər “Riyad” Mühafizə Xidməti kimi fəaliyyət göstərən, sonradan isə adı dəyişdirilərək “Alov” Mühafizə Xidməti kimi qeydiyyata alınan şirkətin rəhbərliyi o qədər də mürəkkəb olmayan mexanizm vasitəsilə il ərzində 100 minlərlə manat büdcə vəsaitini mənimsəyir. Şikayətçinin yazdığına görə, “Alov”-un rəhbərliyi, daha dəqiq desək, baş direktoru İlqar Rzayev əlaqələrindən istifadə etməklə, Təhsil Nazirliyinin tenderini qazanıb və nazirliyin tabeliyində olan internat məktəblərinin mühafizəsi üçün ildə 1 milyon 800 min (bir milyon səkkiz yüz min) manat vəsaitin ayrılmasına nail olub: “İlqar Rzayev Təhsil Nazirliyində işləyən dostu Rauf Orucovla (Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri-red.) əlbir olaraq, saxta yolla tender keçirməklə, nazirliyin tabeliyində olan internat məktəblərin mühafizəsi adı altında “Alov” Mühafizə Xidməti vasitəsilə ildə büdcəyə 1 milyon 800 min manat zərər vurur və talayır. Hər ay bu məqsədlə Təhsil Nazirliyi tərəfindən “Nikoil“ Bankın Nərimanov filialına 150 min manat köçürülür və bu vəsait İ.Rzayev tərəfindən götürülür”.
Z.Hüseynov iddia edir ki, həmin 150 min manatın cəmi 40 min manatı maaş kimi mühafizəçilərə ödənilsə də, yerdə qalanı mənimsənilir: “Bakıda çalışan hər mühafizəçiyə nəzərdə tutulan 700-800 manat maaşın cəmi 200 manatı ödənilir. Rayonlarda yerləşən internat məktəblərində isə ümumiyyətlə, “Alov” Mühafizə Xidmətinin mühafizəçiləri yoxdur. Həmin məktəblərin mühafizəsi üçün nəzərdə tutulan puldan 400 manat məktəb direktorlarına ödənilir…”
Göründüyü kimi, məktubdan belə nəticə çıxır ki, rayon və kənd internat məktəblərinin sözügedən şirkət tərəfindən mühafizəsi ümumiyyətlə təşkil olunmur və vəsaitin bir qismi məktəb direktorlarına çatır.
Şikayətçi bildirir ki, bu proses artıq 8 ildir davam edir və bunun sayəsində İ.Rzayev böyük var-dövlətə, obyektlərə, evlərə və avtomobillərə sahiblənib.
Z.Hüseynov məktubunda hətta “Alov”-un ayrı-ayrı filiallarının adına rəsmiləşdirilmiş həmin avtomobillərin nömrələrini və markalarını da göstərir: “10-MA-700” Mercedes Gelendwagen, “90-OC-200” Porshe Cayenne, “90-AA-275” Toyota Corolla, “90-AA-075” Toyota Camry, “90-AA-032” S Class Mercedes”.
Z.Hüseynov “Alov” Mühafizə Xidmətinin əməkdaşlıq etdiyi internat məktəblərin siyahısını da məktubuna əlavə edib. Siyahıya ucqar Xınalıq kənd internat məktəbindən tutmuş, Lerikdəki internat məktəbinə qədər, 60 təhsil müəssisəsinin adı daxildir.
Sonda ölkə başçısına müraciət edən şikayətçi bu işin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və külli miqdarda büdcə vəsaitinin bu yolla talanmasının qarşısının alınmasına dair göstəriş verilməsini xahiş edir.
Müraciətdəki ittihamlara aydınlıq gətirməsi üçün “Alov” Mühafizə Xidmətinə sorgu göndərdik. Xidmətdən sorgumuza rəsmi cavab yazmasalar da, zəng edərək bildirdilər ki, müraciətdə göstərilənlərin heç biri həqiqətə uyğun deyil. Əlavə məsələlər barədə isə açıqlama vermək istəmədilər.
Bununla belə müraciətdə göstərilənlərlə bağlı “Alov” Mühafizə Xidmətinin baş direktoru İlqar Rzayevin, eləcə də Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|