Türkiyə siyasi tarixində həlledici mərhələ - Son söz vətəndaşda
Tarix: 6-01-2023, 10:45 | Çap et
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi ertələnə bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb.
O, bunu seçkilərin təyin edildiyi vaxtda əhalinin məzuniyyətdə olması ilə əlaqələndirib: “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”.
Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq: “Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”.
Xatırladaq ki, bir müddət öncə Türkiyədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bunu istisna etmişdi: “Türkiyədə erkən seçkilər olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın”.
Türkiyədə hakim partiya səviyyəsində erkən seçkilər mövzusunun gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub. Müxalifət təmsilçiləri hesab edir ki, Türkiyədə növbəti devalvasiya gözlənilir və məhz bu səbəbdən “Cümhur İttifaqı” seçkiləri tezləşdirməyə çalışır.
DİA.AZ-ın məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya açıqlamasında deyib ki, Türkiyədə erkən seçkilər nəticələrə təsir etməyəcək: “Hakim partiya rəsmisi Ömər Çelikin seçkilərin erkən keçirilə biləcəyinə dair açıqlaması ciddi maraqla qarşılanıb. Müxalifət hesab edir ki, seçkilərin ertələnmə səbəbi “Cümhur İttifaqı”nın situasiyasını nəzarətə almaq niyyətindən qaynaqlanır. Lakin mən bu iddialarla razı deyiləm”.
“Əvvəla, bununla bağlı yekun qərar yoxdur. Digər tərəfdən, hətta belə bir qərar olsa belə, seçkilərin bir neçə ay irəli çəkilməsindən söhbət gedir. Bir neçə ay isə ciddi dəyişikliklərə gətirib çıxara bilməz. Bu mənada iyunda gözlənilən nəticələrin ondan bir neçə ay qabaq keçiriləcək seçkilərdə də təkrarlanacağı qənaətindəyəm. Belə bir qərarın olması əslində müxalifəti də narahat etməməlidir. Əgər onlar doğrudan da uğur qazanacaqlarına əmindirlərsə, seçkilərin hətta bu gün də keçirilməsinə hazır olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirib.
Onun fikrincə, seçkilərdə “Cümhur İttifaqı”nın qələbəsi qaçılmaz görünür: “Müxalifətin “Altılı masa”sı hələ vahid namizədini açıqlamayıb. Cümhuriyyət Xalq Partiyasının daxilində də vahid namizədlə bağlı yekdil qərar yoxdur. Təkcə bu partiyadan üç iddialı mövcuddur və onlardan heç biri geri çəkilmək niyyətində deyil. Müxalifət seçkilərə fəal hazırlaşdığını və birlikdə mübarizə aparacaqlarını bəyan etsə də, onların ciddi sosial elektoratı yoxdur. Görünən odur ki, Türkiyə seçiciləri bu seçkilərdə də mövcud iqtidara etimad göstərəcəklər”.
“Bu baxımdan qarşıdakı seçkilərin qalibinin “Cümhur İttifaqı”ndan olacağı qənaətindəyəm. Seçkilər yaxınlaşdıqca siyasi mübarizə artsa da, rəqabət çoxalsa da, nəticə Ərdoğan və komandasının xeyrinə olacaq. Sadəcə Türkiyənin müstəqil siyasət yürütməsi, ABŞ və Qərbin dediyi ilə oturub-durmaması, Rusiyaya qarşı embarqolara qoşulmaması Türkiyəni öz nəzarətində görmək istəyən qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə Ərdoğan iqtidarını devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Seçkiöncəsi beynəlxalq təzyiqlərin artacağı gözlənilir. Seçkilərin ertələnəməsi həm də beynəlxalq dairələrin Türkiyəni qarışdırmaq niyyətini önləmək üçün atılan bir addım ola bilər”, - deyə Sarı vurğulayıb.
Əlavə edib ki, Türkiyədə Ərdoğanla müxalifətin deyil, həm də onunla Qərbin arasında bir mübarizə gedir: “Hesab edirəm ki, Türkiyə bu seçkilərdə milli maraqları təmsil edən namizədə - Ərdoğana etimad göstərəcək. Bunun əksi olsa, Türkiyənin siyasi həyatında çox ciddi dəyişikliklər baş verəcək”.
DİA.AZ bildirir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə seçkilərin gərgin şəraitdə keçəcəyi qənaətindədir. Onun AYNA-ya dediyinə görə, kifayət qədər gərgin siyasi mübarizə gedəcək: “Müxalifət birləşmiş və vahid komanda halında seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğan daxildə ciddi elektorat itkisinə məruz qalıb. Digər yandan, bu seçkilərə beynəlxalq maraq həddindən artıq böyükdür. Türkiyənin müstəqil xarici siyasət yürütməsi Qərbi hərəkətə gətirib. Onlar bütün təzyiq imkanlarını işə salaraq, Ərdoğan və komandasının devrilməsinə çalışacaqlar”.
“Yəni, Ərdoğan bu gün təkcə müxalifətə, “Altılı masa”ya qarşı yox, ona qarşı olan Qərbə qarşı döyüşür. Lakin bütün hallarda seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir ölkədir və qardaş ölkənin seçiciləri özləri öz iqtidarını və parlamentini formalaşdıracaqlar”, - deyə müsahibimiz söyləyib.
Sabiq dövlət müşaviri seçkilərdə “Cümhur İttifaqı”nın qələbə qazanacağı qənaətindədir: “Bir daha söyləmək istəyirəm ki, seçkilər gərgin şəraitdə keçəcək. Nəticələr barədə qəti mülahizə yürütmək çətindir. İrəliləyən aylarda vəziyyət dəyişə də bilər. Yəqin ki, müxalifət də vahid namizədini açıqlayacaq”.
“Amma Türkiyə bu kimi vəziyyətlərdən dəfələrlə üzüağ çıxıb. Hesab edirəm ki, çətinliklə də olsa, seçkilərin qalibi Ərdoğan və komandası olacaq. Türkiyə seçicilərinin hakim siyasi bloka etimad göstərəcəyi ehtimalları daha yüksəkdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|