“Sıfır COVID” siyasətinin nəticəsi SIFIR: sərt karantinin acı nəticəsi - AKTUAL
Tarix: 28-12-2022, 10:21 |
Çap et
"Sıfır COVID" siyasətinin ləğvindən sonra Çin yoluxmalarda kəskin artımla üzləşdi və artıq virusun sürətlə yayılmasını saxlaya bilmir. Şanxayda və onun ətrafında 3000-ə yaxın məsləhət mərkəzi var ki, burada insanlar müalicə məsləhətləri, həmçinin qızdırmasalıcı və ağrıkəsici dərmanlar ala bilərlər.
Bu, insanları sakitləşdirmək və hakimiyyətin əvvəlki illərdən fərqli olaraq problemləri daha yumşaq həll etmək əzmində olduğunu göstərmək üçün edilir. Eyni zamanda ölkədə xəstəxana və morqların dolu olduğu, xəstə və ölənlərin real sayının bilinmədiyi bildirilir.
Yerli medianın məlumatına görə, təkcə Pekində sakinlərin yarısı dekabr ayında virusa yoluxub.
10 milyon əhalisi olan Tsindao səlahiyyətliləri şəhərdə hər gün, təxminən yarım milyon yeni yoluxmanın qeydə alındığını bildirirlər.
Çinin Milli Səhiyyə Komissiyası etibarlılığına dair şübhələr səbəbindən, bazar günündən etibarən gündəlik yoluxma məlumatlarını yayımlamağı dayandırıb. Məsələn, dekabrın 23-nə olan məlumata görə, ümumilikdə Çində rəsmi məlumata görə, 4103 yeni yoluxma halı qeydə alınıb.
Rəqəmlərdəki bu uyğunsuzluq hökumət məlumatlarının qeyri-dəqiqliyinə və Çinin COVID-19 siyasətini yüngülləşdirdikdən sonra üzləşdiyi böyük çətinliklərə işarə edir.
Mənbə: “Euronews”
Müəllif: Ayna.az