Paşinyandan sərsəm bəyanat: - "Ermənilərin soyqırımına hazırlıq gedir"
Tarix: 12-12-2022, 11:12 |
Çap et
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sərsəm bəyanat səsləndirib. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, Ermənistan rəhbəri regionda soyqırımı təhlükəsinin qaldığını iddia edib.
O, qeyd edib ki, ermənilərə qarşı hazırlanan "soyqırımı"nın qarşısı alınmalıdır.
"Son vaxtlar, xüsusən də Dağlıq Qarabağ nümayəndələrindən (Xankəndidə olan separatçıları nəzərdə tutur -red.) soyqırımı ehtimalı ilə bağlı siqnallar gəlir. Mən hesab edirəm ki, biz hamımız, o cümlədən beynəlxalq ictimaiyyət bu siqnalları ciddi qəbul etməliyik", - erməni baş nazir deyib.
Paşinyanın sözlərinə görə, "belə görünürdü ki, 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatda təhlükəsizlik və müdafiə mexanizmləri müəyyən edilib. Lakin reallıqlar "soyqırımı" təhlükəsindən daha konkret danışmağa əsas verir".