"Rusiya tezliklə Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməyəcək” - Britaniya kəşfiyyatı
Tarix: 12-12-2022, 10:45 |
Çap et
“Rusiya quru qoşunlarının yaxın bir neçə ay ərzində Ukraynada əhəmiyyətli irəliləyiş əldə etməsi ehtimalı yoxdur”.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.
Nazirlik Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun Ukraynadakı müharibə ilə bağlı son açıqlamasını xatırladıb.
“O, Rusiyanın əsas məqsədlərindən birinin Donbas və Ukraynanın cənub-şərqində yaşayan sakinlərin “müdafiəsi” olduğunu bildirib, lakin bu ərazilərin “azad edilməsi” ilə bağlı hələ çox iş görülməli olduğunu iddia edib. Peskovun şərhləri Rusiyanın müharibənin hazırkı minimum siyasi məqsədlərinin dəyişməz qaldığını göstərir. Rusiya çox güman ki, hələ də bütün Donetsk, Luqansk, Zaporejye və Xerson vilayətlərinə nəzarəti genişləndirmək niyyətindədir”, - Britaniyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Rusiya ordusunun təlimatçıları hələ də Donetsk vilayəti istiqamətində irəliləməyə üstünlük verirlər: “Amma Rusiyanın öz məqsədlərinə çatma ehtimalı azdır”.