Kərəm Həsənovun bəzi səlahiyyətləri əlindən alınır - Yeni dövlət komitəsi yaradılır
Tarix: 6-02-2014, 18:33 |
Çap et
DİA.AZ: - Nazirlər Kabinetinin strukturları ilə bağlı yeni əsasnamə hazırlanır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, NK-ya aid bəzi qurumların fəaliyyət istiqamətlərində dəyişikliklər edilə bilər. Əsas dəyişikliyə uğrayacaq dövlət qurumunun isə Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi olduğu bildirilir.
Məlumatlı mənbə iddia edir ki, bir neçə il əvvəl dövlət komitəsinə birləşdirilən Dövlət Reysetri Xidmətinin ƏMDK-dən təkrarən ayrılması və müstəqil Dövlət Sənədləşdirmə və Qeydiyyat Komitəsi adı altında fəaliyyət göstərməsi planlaşdırılır.
Eyni zamanda ASAN xidmətinin də bu yeni dövlət qurumu vasitəsilə mərkəzləşdirilməsi gözlənilir. Yəni bildirilir ki, ASAN xidməti ilə bir zamanlar müstəqil olmuş Dövlət Reyestri Xidmətinin bazasında yeni Dövlət Sənədləşdirmə Qeydiyyət Komitəsinin yaradılması planlaşdırılır.