Şamaxıda baltalanan nəfəsliyimiz MEŞƏLƏRİMİZƏ QƏNİM KƏSİLƏN VAR
Tarix: 9-01-2014, 11:18 | Çap et
Şamaxı meşələrinin fəryadı və yaxud Şamaxı Meşə Mühafizə Bərpası Müəssisəsinin müdiri Salahov Elçin meşələri mühafizədən çox talan edir, ekologiya naziri isə hələ də susur.
Meşələr təbiətin ağ ciyərləri hesab olunur. Eyni zamanda öz təbii gözəlliyi, füsunkar mənzərəsi ilə meşələr yurdumuzun inciləridir. Ekoloji vəziyyətin müasir acınacaqlı durumunda meşələri qorumaq hər bir vətəndaşın borcudur. Son dövrlərdə respublikada bir çox ərazilərdə meşə zolaqlarının salınmasına dövlət səviyyəsində başlanılmışdır. Lakin, bilavasitə meşələrin mühfizəsi ilə məşğul olmağa məsul olan qurumların fəaliyyətində müşahidə olunan qanunsuzluqlar deməyə əsas verir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.
Şamaxı meşələri öz mənzərəsi, təmiz havası ilə həmişə diqqət mərkəzində olmuşdur. Daima qonaq-qaralı olan bu meşələr istər turizm, istərsə də, təsərrüfat baxımından böyük əhəmiyyətə malikdir. Şamaxı Meşə Mühafizə bərpası müəssisəsi və onun müdiri Elçin Salahovun yarıtmaz fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr bu gün insafsızcasına qırılaraq, məhv olunur. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, vəziyyət dəyişməmiş, “meşələrin soyqırımı” davam etdirilir. Şamaxı meşələrinin acınacaqlı, ürəkağrıdan vəziyyəti ilə bağlı uzun illər bu sahədə çalışmış Mürsəliyev Hakim Tumarxan oğlu ilə söhbət etdik. Mürsəliyev Hakim mövcud vəziyyət haqqında ürək ağrısı ilə danışdı:
-Bu gün Şamaxı meşələrinin taleyi təhlükə altındadır. Əgər belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik Şamaxı meşələri ancaq xoş xatirəyə çevriləcəkdir. Meşələrin mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan Şamaxı Meşə Mühafizə
bərpası müəssisəsi və bilavasitə onun rəhbəri Salahov Elçin Asif oğlu əslində meşələrin kütləvi məhvi ilə məşğuldurlar. Elçin Salahov idarəyə rəhbər təyin olunduqdan sonra öz şəxsi mənfəəti naminə, maraqlarını təmin etmək üçün yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq, Şamaxıda əməlli başlı “Meşə bazarı” açmışdır. Vəzifəyə təyin olunandan dərhal sonra öz qohumlarını meşəbəyi təyin etdirən E.Salahov öz komandasını formalaşdıraraq, meşələrə divan tutmağa başladı. Qurdtəpədə meşəbəyi işləyən Qubadov Fazili, Talış Nuri meşələrindən Süleymanov Davudu, Qonaqkənddən Qafarov Mirzəxanı, Pirbəhlidən Bəşirov Şakiri işdən çıxardaraq, onların yerinə öz qohumlarını yerləşdirmişdir. Amma, az sonra həmin şəxslər yenidən qeyri-qanuni olaraq öz vəzifələrini icra etsələr də, sənədlərdə E.Salahovun yaxın adamlarının adı meşəbəyi kimi göstərilmişdir. E.Salahov həmin şəxsləri əmin etmişdir ki, tezliklə onları rəsmi surətdə yenidən öz işlərinə bərpa edəcəkdir.
Mənim atam Mürsəliyev Tumarxan uzun illər Çağan meşələrində meşəbəyi olmuş, bu meşələri göz bəbəyi kimi qorumuşdur. Onun vəfatından sonra 18 il mən atamın işini davam etdirmişəm. Bu illər ərzində hər bir ağacı qayğı ilə qorumuşam. Lakin, E.Salahova meşələri sevən, qoruyan adamlar sərf etmir. Ona daha çox əlibaltalı, meşəqıranlar lazımdır ki, çoxlu pul qazansın. Buna görə də mənim, həmçinin daha 3 meşə sahəsini birləşdirərək öz bacısı oğlu Əhlimanın tabeliyinə verərək min illik meşələrin qırılmasına başladı. Bir vaxtlar göz oxşayan meşə zonalarındakı ağacların yerində indi kötüklər qalıb. Qiymətli ağac növləri kəsilərək amansızcasına məhv olunub.
Ağacların soyqırımına etiraz edəndə E.Salahov etdiyi qanunsuzluqları əsaslandırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icra aparatının rəhbəri Rövşən Cəlilova arxalandığını və hər ay ona 2 min manat verdiyini bildirir. “İdarənin təmirinə 80 min manat xərcləmişəm, hər ay yuxarılara filan qədər verirəm, bəs mən bu pulu hardan çıxarmalıyam?” deyən E.Salahov Şamaxı meşələrinin məhvinə girişmişdir. Əgər tezliklə tədbir görülməzsə vəziyyət daha dəhşətli hal alacaqdır.
Müsahibimiz E.Salahovun başqa qanunsuz əməllərini də açıqladı. Belə ki, Şamaxının baş meşəbəyisi yaxınlarının adlarını idarədə müxtəlif vəzifələrə yazdıraraq dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bu işdə onun yaxın köməkçisi, idarənin baş mühasibi Kazım Əhmədovdur. Baş mühasibin həyat yoldaşı Əsbət xanımın 60 yaşı olmasına baxmayaraq, adı fəhlə ştatına yazılmış, bir gün də olsun işə çıxmadığı halda hər ay əmək haqqı almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuzluqlara görə Əmək Məcəlləsinin 70-C bəndinə əsasən meşə mühafizə mühəndisi vəzifəsindən azad olunan Bəhram Səfərov sonradan E.Salahov tərəfindən əkin mühəndisi vəzifəsinə təyin olunmuşdur.
E.Salahov öz bacısı oğlu Quliyev Mühasibə məxsus QAZ-53 markalı maşın işləmədiyi halda hər gün putyovka yazaraq xeyli vəsaiti mənimsəyir. Xalası oğlu Məmmədov Maisin QAZ-53 markalı maşını isə meşələrdən kəsilən ağacların daşınmasında əsas texniki vasitədir. E.Salahov onu heç bir təhsili olmasa da, Şamaxı meşələrinə meşəbəyi köməkçisi təyin etsə də, hələ də rəsmi təsdiq etdirə bilmir. Lakin buna baxmayaraq, xalası oğlu və onun QAZ-53-ü onun işinə yaramaqda davam edir.
Bütün bu faktlar bir daha göstərir ki, Şamaxı meşələrinin taleyi həqiqətən də təhlükə altındadır. Min illik meşələri qırmaqla məşğul olan E.Salahov isə bütün qanunsuz əməllərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra aparatının rəhbəri Rövşən Cəlilova arxalanaraq, etdiyini bildirir. Doğrudanmı, bu qədər qanunsuz əməllər nazirliyin xəbəri olmadan görülür, və ya həqiqətən də E.Salahovu himayə edən qüvvələr onun bütün əməllərini ört-basdır edirlər? İnanırıq ki, bu məsələyə şəxsən nazir H.Bağırov səviyyəsində münasibət bildiriləcək və günahkarlar layiqli cəzasını alacaqdır.
Nicat Mahmudov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|