ABBAS ABBASOV DİLEMMA QARŞISINDA
Tarix: 3-10-2013, 11:47 | Çap et
Baş nazirin keçmiş birinci müavini mürəkkəb seçim qarşısındadır, əgər o İlham Əliyevə dəstək çağırışı ilə çıxış etməsə Bakıya yolunu tam bağlamış olacaq
Cəmi iki ay əvvələdək adı Azərbaycanın siyasi gündəmində əsas müzakirə mövzusu olan “Milyarderlər ittifaqı”ında bir neçə gün sonra keçiriləcək prezident seçkilərinə münasibətdə ciddi parçalanma yaranıb. Azərbaycanda hakimiyyət dəyişikliyi üçün Kremlin müəyyən dairələrinin hazırladığı planda yer alan qalmaqallı ittifaq situasiyanın kəskin dəyişməsindən sonra demək olar ki, başını itirdi və siyasi baxımdan darmadağın oldu.
Əvvəlcə ittifaqın görkəmli simalarından “LukOil” prezidenti Vahid Ələkbərov elan etdi ki, o Azərbaycandakı seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və ona alternativ görmür. Bir gün əvvəl isə ittifaqın digər sanballı üzvü-Dağıstan prezidenti Ramazan Abdulatipov İlham Əliyevə dəstək bəyanatı ilə çıxış etdi.
Abdulatipovun bəyanatı əslində Rusiyanın Azərbaycandakı seçkilərə birbaşa müdaxiləsi hesab oluna bilərdi. Çünki o sıradan ictimai xadim deyil və Rusiya Federasiyasının subyektlərindən birinin-Dağıstanın prezidentidir. Buna baxmayaraq R.Abdulatipovun belə bəyanatla çıxış etməsi kifayət qədər düşünlümüş və Kremlin Azərbaycana münasibətdə dəyişən siyasi kursunu əks etdirən addım idi.
Görünür təsadüfi deyildi ki, Abddulatipovun sözügedən bəyanatı ərəfəsində Azərbaycan hüquq-mühafizə orqanları Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində həbs edilmiş ləzgiləri həbsdən buraxdı. Abdulatipov isə nəinki İlham Əliyevə öz dəstəyini ifadə edib, eyni zamanda Azərbaycanda yaşayan ləzgilərin, avarların və digər azsaylı xalqların nümayəndələrini ona səs verməyə çağırıb. Bu, kifayət qədər ciddi bəyanatdır və Rusiyanın Azərbaycan hakimiyyətini sıxışdırmaq üçün etnik kartdan istifadə etmək səylərinin arxada qaldığını nümayiş etdirir. Digər tərəfdən R.Abdulatipov “Milyarderlər ittifaqı”nın rəhbəri Abbas Abbasovun yaxın tərəfdaşı və ittifaqın əsas simalarından biridir.
Beləliklə, V.Ələkbərovun və R.Abdulatipovun İlham Əliyevə dəstək bəyanatları baş nazirin keçmiş birinci müavini üçün mürəkkəb vəziyyət yaradır. Doğrudur, A.Abbasov Azərbaycanda hakimiyyətdə olanlara eyhamla “onlar gedəcəklər, onlar olmayacaqlar” kimi alovlu bəyanatlar səsləndirsə də çox keçmədən yumşalmışdı.
Putinin Əliyevlə anlaşdığı məlum olandan və Rusiyanın Azərbaycanın indiki hakimiyyəti ilə hələ uzun müddət işləyəcəyini nümayiş etdirməsindən sonra A.Abbasov kəskin dəyişdi və bədbin məzmunlu açıqlamalar verdi. İlham Əliyevə qarşı olmadığını sübut etməyə çalışdı.
Buna baxmayaraq “Milyarderlər ittifaqı”nın rəhbəri hələ seçiciləri İlham Əliyevə dəstək verməyə çağıran bəyanatla çıxış etməyib. Hansı ki, indi belə bəyanatla çıxış etməyin əsl vaxtıdır və xaricdəki diaspor qrupları İlham Əliyevə dəstəklərini ifadə etmək üçün növbəyə düzülüblər.
Şübhəsiz ki, A.Abbasov “Milyarderlər ittifaqı”ına daxil olan Vahid Ələkbərov, R.Abdulatipov kimi simaların Əliyevə dəstək bəyanatlarından sonra indiki “sükutunu” sonadək qoruyub saxlasa Bakıya yolunu tam bağlayacağını nəzərə alır. Əslində A.Abbasovun belə bəyanat verməsi hələ onun Azərbaycan rəhbərliyi ilə korlanmış münasibətlərini bərpa etmək üçün kifayət deyil. Ancaq belə bəyanatın verilməməsi də dərhal bu mənanı verəcək ki, baş nazirin keçmiş müavini Söyün Sadıqov, Rüstəm İbrahimbəyov kimi Azərbaycandakı hakimiyyətə müxalifdir. Virtualaz.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|