"1-2 toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?!"
Tarix: 1-04-2024, 09:31 | Çap et
“Mən Azərbaycanda yaşayanda, şou-biznesin mərkəzində olduğum üçün çox da fərqinə varmırdım. Düşünürdüm ki, elə belə də olmalıdır. Moskvada yaşayandan Azərbaycan şou-biznesi çox aydın görünür. Primitiv, bəsit mövzuların üstündə söz-söhbət baş alıb gedir. Bu da o deməkdir ki, şou-biznesdə özbaşnalıqdır. Rəhmətlik İlhamə xanım Quliyevanın vaxtında hardasa böyük-kiçik məsələsi var idi. Haqlı-haqsız bilinirdi. İlhamə xanım həddini bilməyənləri yerində oturdurdu. İlhamə xanım rəhmətə gedəndən sonra vaxtilə danışa bilməyənlər çıxıb danışdılar. Buna da kimlər şərait yaratdı? Vaxtilə İlhamə xanımın yanında yaltaqlanan, ona hər gün kompliment deyən bəzi aparıcılar. Onlar bəzi adamları verilişlərində çıxarıb reytinq naminə danışdırdı. Amma bu kənardan çox pis görünür. Onlar həmin aparıcıların verilişində bəzən İlhamə xanımın ünvanına da xoşagəlməz sözlər dedilər. Xalq hamısını çox yaxşı tanıyır. Onların rəylərdə cavabını da verirlər. Ay aparıcı, ay müğənni hünərin çatdırsa İlhamə xanının sağlığında deyərdin bu sözləri. Ölünün arxasınca danışmazlar. Kimin hünəri çatırdısa onun sağlığında danışardı. Danışa bilmirdilərsə indi mumlayıb, sussunlar” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra toy sahəsindən danışıb. “Toy özü böyük bir məktəbdir. Hər adamın hünəri çatmır ki, 6 saat hər gün yeni-yeni mahnılarla, repertuarını təzələyə-təzələyə insanların ruhunu oxşasın. Bu da hər müğənniyə nəsib olmur. Özümü toy sahəsində ən uğurlu 3-5 müğənnidən biri hesab edirəm. Kifayət qədər normal qonorara el şənliklərinə dəvət alıramsa, bu özü bir uğurdur. İnsanlara zorla deyə bilməzsən ki, sən Allah məni özünlə toya apar. 1-2 toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?! Bu illərlə, aylarla davam edirsə demək ki, uğur ortadadır” deyə müğənni bitir. Sənətçi bildirib ki, toy məclislərində muğama bir o qədər də yer yerilmir. Amma istisnalar var. “Mən toy sahəsini həm şou-biznesə aid edirəm, həm də çox ciddi bir sahəyə. Toy dedikdə gözümüzün qabağına şənlənmək, oynamaq gəlir. Bizim ixtiyarımız yoxdur ki, illərlə gözlədikləri gün gedib onları ağladıb, kədərləndirək. Onlara sevinc bəxş etməyə gedirik. İnsanların illərlə arzuladıqları gün üçün dəvət etdikləri müğənni də demək ki, ciddi bir müğənnidir. Toy ab-havasında muğama çox da tələbat yoxdur. Bunu hamı təsdiq edə bilər. Çünki 4-5 saat davam edən haylü-küylü məclisdə insanlar rəqs edib, əylənmək istəyirlər. O səbəbdəndir ki, xanəndələr toya dəvət almır. Amma Bakı, Qarabağ bölgəsində müəyyən qədər muğamlara yer verildiyinin şahidi olmuşam. Amma demək olar ki, son vaxtlar o da azalmağa doğru gedir. Muğam oxuyanlardan hansılar öz repertuarlarını toy sahəsinə uyğunlaşdırıblarsa, həmin xanəndələrdə toy sahəsində aktivlik hiss olunur. Gənc xanəndələr var ki, repertuarlarını artıq toy sahəsinə uyğunlaşdırıblar. Bu da onların bu gün gündəmdə olmaqlarına köməkdir” deyə müğənni bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|