Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

"İdeal-İ-İnşaat" şirkəti vətəndaşları necə narazı salır... - İlginc ittiham dolu faktlar
Tarix: 24-04-2015, 09:03 | Çap et
"İdeal-İ-İnşaat" şirkəti vətəndaşları necə narazı salır...
Dünən «Təzadlar»a müraciət edən bir qrup vətəndaş, iş adamı kimi tanınan, əsasən tikinti biznesi ilə məşğul olan İsa Əli oğlu Məmmədovun qanunsuz əməlləri barədə Baş Prokurorluğa, surəti redaksiyamıza ünvanlı ərizələrini göndəriblər… Onları redaksiyamıza dəvət etdik… Bu barədə az sonra. Hələlik isə İsa Əli oğlu Məmmədov barədə redaksiyamıza təqdim edilən digər maraqlı fakt ətrafında araşdırma apardıq. Məlum olur ki, İsa Məmmədov indiyədək «İdeal-İ-İnşaat» MMC, «İdeal-İnşaat» MMC, «İdeal-V» MMC və s. ad altında MMC-lər yaradaraq podrat müqavilələri bağlayaraq çoxmənzilli evlərin tikintisi ilə məşğul olub. Lakin maraqlı və diqqəti çəkən odur ki, İsa Məmmədov istər Xətai rayonu ərazisində (metronun «Xətai» stansiyasının arxası, Xocalı prospekti), istərsə də digər ünvanlarda inşasına başladığı tikintiləri nəinki müqavilə bağladığı və öhdəlik götürdüyü müddətdə başa çatdırıb, əksinə, o, tikintiyə başlayan kimi, mənzilləri əhaliyə sataraq pullarını xarici ölkələrə daşıyıb, bir mənzil bir neçə şəxsə satılıb… Məsələn, bizdə onun belə çirkli pullar sayəsində özünə Türkiyədə yaxta, villalar, digər ticarət obyektləri alması barədə məlumatlar var… Nəticə isə ondan ibarətdir ki, İsa Məmmədovun direktor və təsisçisi olduğu «İdeal-İ-İnşaat» MMC, müqavilə öhdəliyini guya vəsait olmaması səbəbindən pozaraq yerinə yetirməsi ucbatından, vətəndaşların min bir əziyyət, borc və ya kredit əsasında mənzil alacağı arzusu ilə etibar etdiyi mənzil tikintisi illərlə uzanmaqdadır. Gözü yollarda qalan binəva sakinlərin isə başı İsa Məmmədovun yağlı vədləri və «hələki pul yoxdur» bəhanələri ilə qatılıb…

Mənzil tikintisində fırıldağın yeni ünvanı…

«Təzadlar»a şikayət göndərən vətəndaşlarla birgə dünən Bakının Dilarə Əliyeva küçəsində (köhnə «Bakı» Mehmanxanasının xarabalığının arxası) tikilmiş, lakin hələki istifadəyə verilməmiş binanın yanında olduq… Məlum olur ki, İsa Məmmədov burada bir mənzili bir neçə şəxsə satıb və…
Bu hələ harasıdır, o da məlum olur ki, İsa Məmmədovun belə mənzil qalmaqalı çoxsaylıdır.Məsələn, Dilarə Əliyeva küçəsində tikilmiş binanın aldadılmış sakinlərindən İsa Məmmədovun əlaqə vasitələrini öyrəndik və onun Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11-F ünvandakı ofisinə də baş çəkdik, lakin iş günün sonu olduğundan onunla görüşə bilmədik. Amma…

Baş Prokurorluqda İsa Məmmədovun əməlindən xəbərdardırlarmı?

Təbii ki, «İdeal-İ-İnşaat» MMC-nin vətəndaşları necə aldatması texnologiyasını da araşdırdıq. Ortaya maraqlı məqamlar çıxır… Məlum olur ki, adı çəkilən və Nizamnamə kapitalı cəmisi 10 manat olan, lakin dəyəri 150 milyon manatdan artıq bir tikinti layihəsinin altına girən bu MMC 2004-cü ilin 8 oktyabrında İsa Məmmədov tərəfindən təsis olunub və Bakı şəhəri, Naxçıvanski-88, mənzil-48 ünvanda hüquqi ünvan tapıb. Lakin təsisçi və ilk əvvəllər direktoru olan İsa Məmmədov sonradan, izi itirmək və üzərinə götürdüyü məsuliyyətdən yayınmaq məqsədi ilə təsis etdiyi bu MMC-yə direktor vəzifəsinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu təyin edib. İsa Məmmədov özü isə müxtəlif ünvanlarda fəaliyyət göstərib, ona görə də əksər hallarda onu tapmaq çətin olub. Lakin son əməllərinin ünvanı məlumdur. Hətta onun «Meridian Company» MMC-nin təsisçisi olmuş və ötən il sonradan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 44 milyonluq kredit qalmaqalı ilə bağlı 27 mart 2014-cü il tarixdə Azərbaycan CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham edilərək barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Rauf Kərimovla da əlbirliyi də üzə çıxıb. Onları isə bir-birinə bağlayan maraqlı səbəblər var. Məsələn, rəsmi sənədlərdən məlum olur ki, Rauf Kərimovun “Ideal-I-Inşaat” MMC- ilə birbaşa əməkdaşlığı olub və s. Rauf Kərimov yaratdığı MMC-lərin adına banklardan külli miqdarda kredit götürüb və nəhayət, iş dolaşığa düşüb, nəticədə onun həbsinə səbəb olan “Texinikabank”dan 220 milyon manat kreditin qaytarılmayan 30 milyonunun da güdazına gedib.
Maraqlıdır ki, Baş Prokurorluq Rauf Kərimovu həbs edəndə İsa Məmmədov «yaddan çıxıb».

Bəs İsa Məmmədovu Rauf Kərimovla nə birləşdirir?

«İDEAL-İ-İNŞAAT» MMC-NİN SAHİBİNİN MƏNZİL FIRILDAĞI-YENİLƏNİR
Qeyd edək ki, “Interalyans» MMC-nin təsisiçi Cavidan Hacıyevlə «Meridian Company» MMC-nin təsisçisi Rauf Kərimovun adı hallanan 44 milyonluq qalmaqalla bağlı «Təzadlar»a hələ neçə ay əvvəl ilginc məlumatlar daxil olmuşdu. Araşdıranda məlum olmuşdu ki,
Rauf Kərimov 2002-ci ildə nəqliyyat şirkəti quraraq “Meridian Company” MMC-nin təsisçisi və direktoru olub. “Təzadlar”a daxil olmuş sənədlərdən birindən o da məlum olurdu ki, “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilmiş 15 milyon türk lirəsinin taleyi ilə bağlı cinayət işi başlanılmışdır. Nəticədə ötən ilin martında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavidan Hacıyev adlı iş adamı həbs olunmuşdur. Baş Prokurorluğun mətbuat xidmətindən hələ 2014-cü ilin martın 28-də «Təzadlar»a verilən rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Sitat: “”Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
O da məlum olurdu ki, İsa Məmmədovla yaxın iş birliyi olan Cavidan Hacıyevlə “KredoBank” ASC arasında da oxşar əməliyyat baş tutub. Məsələn, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən bankdan Cavidan Hacıyevin təsisçisi olduğu “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilib və həmin pul vəsaiti banka qaytarılmayıb... Sonradan C.Hacıyev “KredoBank”dan yenə də külli miqdarda kredit götürüb, həmin vəsait mənimsənilib. Amma adı çəkilən bank Suraxanı rayon Məhkəməsində mahiyyəti üzrə iddia qaldırıb. Məhkəmə bankın iddiasını təmin edib. Lakin “Təzadlar”a məlumat verən mənbə bildirir ki, əslində, bu əməliyyatlar bank rəhbərliyi ilə Cavidan Hacıyevin birgə məqsədlərinə xidmət edib. Ona görə də bank rəhbərliyi formal olaraq belə bir məhkəmə qərarının əldə olunmasına nail olub, məqsəd diqqəti bu korrupsiya hərəkətindən yayındırmaq olmuşdur.
Onu da öyrəndik ki, Suraxanı rayon Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsində qarşı tərəfin formal şikayəti əsasında baxılıb və 11 fevral 2013-cü il tarixdə hakim Azad İmanovun sədrliyi ilə keçirilən iclasda həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılıb (İddiaçı: “KredoBank” ASC, cavabdeh: “Trans-alyans” MMC və qeyrilərinin kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarlı hesab edilməsi, kredit üzrə borcun ödənilməsi və digər tələblər).

İsa Məmmədovla iş birliyində olan Rauf Kərimov necə həbs edildi?

Qeyd edək ki, Cavidan Hacıyevlə yanaşı, “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törətmiş başqa bir iş adamı Rauf Kərimovun da adı keçir. Bu həmin Rauf Kərimovdur ki, Dilarə Əliyeva küçəsində, keçmiş «Bakı» Mehmanxanasının arxasında ucaldılmış çoxmənzilli binada bir mənzili bir neçə şəxsə satmış, həmçinin, Xətai metrosunun yanında, vaxtilə köhnə Billur şüşə zavodunun yerləşdiyi ərazidə apardığı tikinti işlərini (burada da İsa Məmmədov çoxmənzilli yaşayış kompleksində tikintisi hələ başa çatmamış mənzilləri sonuna kimi satmışdır) artıq 8 ildir yerinə yetirməyən, tikintini başa çatdırmaq əvəzinə, vətəndaşlardan hələ tikilməməş mənzillərin satışına görə əldə etdiyi pulları mənimsəmiş «İdeal-İ-İnşaat» MMC-nin təsisçisi və faktiki sahibi olan İsa Məmmədovla uzun illərdir ki, ortaqdır… Amma maraqlıdır ki, hər dəfə korrupsiya əməlləri barədə şikayətlər ediləndə onun hələlik adını çəkmək istəmədiyimiz «dayaqları» üzə çıxır…

İsa Məmmədovun sorağı Türkiyədən gəlir, amma…

Və sonuncu dəfə İsa Məmmədovun yaxın sirdaşı Rauf Kərimovu da C.Hacıyevlə birgə həbs ediblər. Məlum olur ki, kredit dəluduzları Türkiyədə bu ölkənin iş adamı olan Atif Fərmandala, Hollandiya vətəndaşı Ronald Rudolfa və əslən türk olan Ərcan Cana da fırıldaq gəliblər (İsa Məmmədovun Türkiyədəki mülk və yatırımları barədə az sonra. Bakıda vətəndaşlara atılmış həmin pulların izi Türkiyədə üzə çıxır). Məsələn, bir müddət əvvəl ölkə KİV-lərində belə məlumatlar dərc olundu ki, 2008-ci ildə A.Fərmandal və R.Rudol ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırıblar. Bodrumdakı ərazi Atif Fərmandala məxsus olub. Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevrilir. Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını bəhanə edib Türkiyəli şəriklərinə çatdırıblar. Onlar “Bank Melli İran” və onun Türkiyədəki şöbəsini dövriyyəyə cəlb edirlər. Ekspertlər Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit verə biləcəklərini deyirlər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə Ərcan Canın evinə hücum edib, onu bu sənədə imza atmamağa məcbur edirlər. Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdiriblər... Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilir, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunur. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunur... Nəhayət, onlar 2014-cü ilin martında Azərbaycanda həbs olunurlar. Amma bu işdə birbaşa iştirakı və biznes maraqları olan İsa Məmmədov isə istintaqdan kənarda saxlanılır.
-Bəs «İdeal-İ-İnşaat» MMC-nin təsisçisi və faktiki sahibi olan İsa Məmmədovu hansı yüksək çinli məmurlar himayə edir?
- Bəs niyə vətəndaşları aldadaraq onlardan mənzil tikintisi üçün əldə etdiyi pulları özünə və ailə üzvlərinə villalar almağa sərf edən bu İsa Məmmədov həmin vətəndaşlar qarşısında öz müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır?
- Tikintisi başa çatmamış binalarda bir mənzili 2-3 şəxsə satmış bu “tikinti maqnatı” İsa Məmmədovun şərikləri kimlərdir?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru