Aldığımız məlumata görə, Sabirabadın Çölqaragüney kəndində camaatla bələdiyyə arasında mübahisə yaranıb. Belə ki, kənd camaatı onlara verilməli olan torpaq sahəsinin, bəldiyyə və İcra nümayəndəsi tərəfindən mənimsənilməsinə, kənar şəxslərə satıldığna etiraz edirlər.
Azerinfo.az-a danışan sakinlər bildirir ki, örüş yerləri yoxdur. Bələdiyyə sədri Həkim Fətişov bütün torpaqları zəbt edib. Şəhid ailəsinin torpağını satıb, deyir ki, kimə istəyirsən deyin. 5 hektarı bir polisə satıb. Bələdiyyə sədri kimi icra nümayəndəsi Xanmusa da ittiham edilir.