Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…
Tarix: 12-06-2019, 09:12 | Çap et
Məlum olduğu kimi, bir müddət əvvəl ölkənin bank sektoru ilə əhali arasında ciddi problem yaranmışdı. Ölkədə baş verən gözlənilməz iki devalvasiya hadisəsindən sonra əhalinin çox böyük bir təbəqəsi dollarla olan kreditləri banklara geri qaytarmaqda çətinliklər çəkdi. Bunun da nəticəsində ölkədə problemli kreditlərdən əziyyət çəkən böyük bir vətəndaş ordusu yarandı.
Həmin müddət ərzində banklar əhaliyə heç bir güzəşt etməmək yolunu tutdular. Onlar əhalidən müxtəlif üsullarla pullarını geri almaq üçün baş sındırırdılar. Bunların heç biri fayda vermədikdə isə vətəndaşlar məhkəmələrə verilirdi. Həmin müddət ərzində əmlakı müsadirə edilən, hətta krediti ödəmədiyinə görə həbsə salınanlar da olub. Nəhayət, problemin ciddi xarakter aldığını görən ölkə rəhbərliyi bu məsələyə əncam çəkmək yolunu tutdu. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə vətəndaşların kredit borcları ilə bağlı ciddi güzəştlər tətbiq edildi. Devalvasiyadan sonra bankların əhalidən aldığı pulun böyük hissəsi kompensasiya şəklində vətəndaşlara qaytarıldı.
Ancaq buna qədərki dövrü tədqiq edəndə məlum olur ki, banklar onlara borcu olan vətəndaşlara qarşı çox böyük qanunsuzluqlara yol veriblər. Belə hərəkətlərin də əksəriyyəti vətəndaşla bank arasında borcun alınması üçün istifadə edilən kollektor şirkətlər tərəfindən edilib. Həmin vaxt ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı dəhşətli nüanslar ortaya çıxırdı. Edilən şikayətlərdən məlum olurdu ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlmək və başqa qanusuz üsullarla pulu tələb edirdilər. Ən maraqlısı isə budur ki, banklar bu qanunsuz fəaliyyətə qoluzorlu idmançıları, hətta bir neçə dəfə residiv əməl törətmiş keçmiş məhkumları da cəlb edirdilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslər borclu vətəndaşlara qarşı olmazın cinayətlər ediblər. Borclu olan xanımları ofisə dəvət edib, onlara qarşı nalayiq hərəkətlərə yol verib, sonra videoya çəkib, “borcunu qaytarmasan bunu yayacayıq” deyənlər də olub. Vətəndaşı yolun ortasında avtomobilindən düşürüb, sonra döyüb avtomobilini əlindən alanlar, heç bir məhkəmə sanksiyası olmadan, borclunun evinə girib istədiyi əşyanı götürüb aparanlar da qanunsuz fəaliyyət göstərən banka məxsus qoçu dəstələrin əməlləri sırasına aiddir. Maraqlıdır ki, ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan həmin qurumlar edilən şikayətlərə baxmayaraq, hər hansı məsuliyyətə də cəlb olunmurlar. Bu sahənin ekspertləri hesab edirlər ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslərin əməlləri qanunsuzdur. Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olurlar. Həm banklar haqqında qanuna, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında, kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor qurum olaraq bunların heç birinə aid deyil. İlk növbədə burada bank sirri pozulur. Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Xarici ölkələrin iş prinsiplərindən məlumdur ki, hər kəs kollektor işi ilə məşğul ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, residivist cinayətrkarlar deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlardan borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng etmək hüququna malikdir, necə danışmalıdır və sair. Hətta orada vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Hətta ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan, kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Problermli kreditlərin mövcudluğunun ən qızğın vaxtında kollektorlar borcluların başına min oyun açıb və təəssüf ki, bütün bunlar cəzasız qalır. Kollektorların müştərilərin başına açdığı oyunlara hansı formada hüquqi qiymət verilməlidir?
Aydın Hüseynov: “Belə hərəkətlər olubsa…” Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşların problemini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılıb: “Bilirsiniz ki, Prezidentin müvafiq fərmanı ilə 10 min dollara kimi borcu olan vətəndaşlarla bağlı çox humanist addım atıldı. Bununla bağlı olan bütün prosedurlar birtərəfli qaydada ləğv edildi. Hətta problemli kreditlərlə bağlı məhkəmələrin gedişinə belə son qoyuldu. O ki, qaldı bankların həm keçmişdə, həm də indiki dönəmdə öz borclarını qanunsuz üsullarla tələb etməsinə, bu yolverilməzdir. Banklarımız bu cür məsələlərdə qanuni tələblərə riayət etməlidirlər. Vətəndaşın bank qarşısında hər hansı öhdəliyinin olması heç də o anlama gəlmir ki, ondan pulu qanunsuz elementlərin təzyiqi ilə almalısan. Bunun üçün qanunun tələbləri mövcuddur. İnsanı hədələmək, şantaj etmək isə cinayətdir. Banklar çalışmalıdırlar ki, müştəri ilə dil tapsınlar. Ölkə rəhbərliyi belə humanist addım atırsa, banklar nədən sərt və hətta cinayət üsullarından istifadə etməlidir? Bu heç də o demək deyil ki, müştərilər də götürdüyü öhdəlikləri yerinə yetirməkdən əsaslı səbəblər olmadan boyun qaçırmalıdırlar. Vətəndaşa hədə-qorxu gəlmək, onunla başqa üsullarla danışmaq qəti şəkildə yolverilməzdir. Belə hərəkətlər olubsa, onu edənlər, mütləq mənada, qanun qarşısında cavab verməlidirlər”. Məhəmmədəli QƏRİBLİ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|