Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar” - İTTİHAM
Tarix: 21-05-2019, 08:02 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin korrupsiya ilə mübarizə metodları hamını çaşdırıb.
Nazir təyin edildikdən sonra bir sıra dəyişikliklər edən Sahil Babayev korrupsiya ilə mübarizə aparmalı olan mühüm vəzifələrə bəzi keçmişi qaranlıq olan şəxsləri təyin edəndən sonra bu nazirlikdə heç nəyin dəyişməyəcəyi gözlənilən idi. Nazirliyin Daxili audit şöbəsi yenə də köhnə qaydalarla “xərac” yığma məşğuliyyətini davam etdirir, bu neqativ halların qarşısı alınmamışdır. Redaksiyamıza bununla bağlı bir sıra faktlar daxil olub.
Belə ki, 2018-ci ilin sentyabrından başlayaraq nazirliyin Bakı şəhəri üzrə rayon şöbələri yoxlanılmağa başlandı. İlk hədəf DSMF-in Sabunçu rayon şöbəsi olsa da, buradan “yaxşı xərac” ala bildilər. Belə ki, nazirliyin Daxili audit şöbəsinin müdiri Heybət İmanov öz əlaltıları olan Rza Əhmədov və Cəmil Kərimovu Sabunçu rayonuna yoxlamaya cəlb edərək buradan 200 000 AZN pul qopara bilib. Bu adamlar vasitəsilə sosial yardım və əmək pensiyasına dair bəzi qanunsuz təyinatlara toxunmamaq şərti ilə külli miqdarda rüşvət toplanılıb. Qeyd olunan qanunsuz təyinatları gizlətmək və əgər üstü açılarsa, yenidən araşdırma aparıb özlərini təmizə çıxartmaq məqsədilə bir çox pensiya və müavinət işlərini Cəmil Kərimov öz evində saxlayır. Məsələ hər iki tərəfi qane etdiyindən işlərin harada olması ilə maraqlanan yoxdur. Onlarla pensiya işində nöqsanlar rüşvət müqabilində həll olunub. Bu işdə DSMF-in Sabunçu rayonu üzrə şöbəsinin müdiri ilə nazirin müşavirlərindən birinin qohumluq əlaqələri də mühüm rol oynayıb.
Nazirliyin Daxili audit şöbəsinin əməkdaşı Cəmil Kərimov təkcə bir fakt üzrə 10 000 AZN rüşvət alıb və həmin epizod üzrə pensiya işini özündə saxlayıb. Qeyd edək ki, redaksiyamıza həmin pensiya işində olan saxtakarlıq faktları məlumdur, əgər aidiyyatı orqanlar araşdırma apararsa, təqdim edə bilərik.
Daha bir məqamı diqqətə çatdırmağı özümüzə borc hesab edirik. Redaksiyamıza belə bir məlumat da Heybət İmanovun “müfəttiş”i Rza Əhmədov barəsində daxil olub. DSMF-in Xəzər rayonu üzrə şöbəsinin əməkdaşı olan, “ölü canlar” üzrə mütəxəssis Rza Əhmədov öz patronu olan köhnə korrupsioner Heybət İmanova pul daşımaqla hər yerdə nazir Sahil Babayevin ətrafının işbilməz adamlardan ibarət olduğunu, naziri bu səriştəsizlərin necə “fırlatdıqlarını” şəstlə bildirir və Heybət İmanovun tezliklə nazir müavini olacağını, yenidən qarajlarda qara kassa yaradacaqlarını deyir. Heybət İmanov nazirliyin yanında qarajda alver etdiyi günlərin nostalgiyası ilə yaşayır. Hər kəsin bir keçmişi vardır, lakin Heybət İmanovun keçmişi o qədər çirkaba batmışdır ki, bu da gənc nazir Sahil Babayevin də bütün başladığı işlərdə, nəzarətinə aldığı hər bir sahədə üzünü qaraldır.
Rza Əhmədovu ünvanlı sosial yardım sahəsində Bakı şəhərindəki ən çox kartı özündə saxlayan şəxs kimi də xarakterizə etmək olar. Heybət İmanov nazirin başının islahatlara qarışdığı bir dövrdə bundan əlverişli şəkildə istifadə etməyə nail olub. O, Rza Əhmədovu rayonlara yoxlamaya göndərir ki, getsin, idarələrdə nəsə tapıb onu o qədər şişirtsin ki, işçilər qorxusundan Rzanın istədiyi məbləği ona versinlər. Rza Əhmədov da kobud davranışı ilə işçiləri zara gətirməklə neqativ hallar üzə çıxartdığı zaman onlar barəsində məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcəyini bildirməklə bir növ şantaj işi həyata keçirmişdir. Bununla da, Heybət İmanov Rza Əhmədovun bu “şantajçı qabiliyyəti”ni yüksək qiymətləndirir. Bundan əlavə Rza Əhmədov özü kimi şəxsləri Heybət İmanova təqdim edərək müvafiq məbləğ qarşılığında onları vəzifəyə təyin etdirməklə başqa növ cinayətə də imza atmışdır. Buna misal olaraq DSMF-in Nərimanov rayonu üzrə şöbəsinin sektor müdiri Ramal Məmmədovun təyinatını qeyd etmək olar.
Nazir Sahil Babayev hər yerdə fəxrlə saxta əlilliyə qarşı mübarizə apardıqlarını və 1300 nəfər vətəndaşın əlilliyini ləğv etdiklərini bəyan etmişdir. Lakin bildirək ki, “Əlillər klubu” sözün həqiqi mənasında nazirliyin Daxili audit şöbəsində fəaliyyət göstərir. Belə ki, Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır. Məqalədə adları çəkilmiş vəzifəli şəxslər olan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaş saxta yolla əlillik əldə etmiş şəxslərdir. Qeyd olunan faktlar barədə dəfələrlə mətbuatda informasiyalar getsə də, nazir Sahil Babayev yəqin ki, Daxili audit şöbəsinin müdiri Heybət İmanovun yanında hansı səbəblərə görə isə gözükölgəli olduğundan heç bir sərt addım atmır, müəyyən bir münasibət bildirmir. Bundan yalnız belə qənaətə gəlmək olur ki, rayonlar üzrə fəaliyyət göstərən şöbələrdən toplanmış rüşvətləri tək yemək mümkün olmamışdır.
Redaksiyamıza Daxili audit şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən təqdim olunan “Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirov triosu”nun əlilliyi olan şəxslər olduğunu təsdiq edən sənədlərdə bir sıra maraqlı məqamlar əksini tapmışdır.
Faktları təqdim edirik:
1. Heybət İmanov: II qrup əlildir. Əlillik sənədinə görə əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən əmək qabiliyyətsiz şəxsdir. İşin gülməli tərəfi odur ki, bu adam guya alimdir, fəlsəfə elmləri doktorudur. Faciə isə ondan ibarətdir ki, belə bir şəxs idarəetmə orqanlarında səlahiyyətli vəzifə sahibi təyin olunmuşdur.
2. Cəmil Kərimov: II qrup əlildir. Gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan əmək qabiliyyətsiz şəxsdir. Bu adam “müfəttiş”dir, guya nöqsanları axtarıb tapır.
3. Rüfət Bəbirov: II qrup əlildir. Hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxsdir.
Kənardan baxıb qiymətləndirdikdə hər üç şəxsin sağlamlıq durumunun ağır olduğu, hətta yataq xəstələri kimi diqqəti cəlb etdikləri açıq-aydın görünməkdədir.
Hörmətli nazir Sahil Babayev bu məsələyə ciddi reaksiya verməlidir, əks halda, belə hesab edilə bilər ki, gənc nazir ciddi səlahiyyətli dövlət vəzifələrini icra etmək üçün sağlam adam tapa bilməmişdir. Nəticədə, nə qədər ağır olsa da, “Bura Azərbaycandır” məsəli özünü doğrultmuş olur. Əlbəttə, heç kimə gizli deyil ki, müxtəlif sahələrdə neqativ hallar var və çox zaman da gizlədilir. Məsələn, vəzifəli şəxsin özünün saxta əlilliyi ola bilər, hamıya saxtakarlıqla mübarizə apardığının görüntüsünü yarada bilər. Lakin anlamadığımız məqam ondan ibarətdir ki, islahatlara start vermiş, yeniliklərə imza atmağa çalışan nazir Sahil Babayev susur... \\gundemxeber.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|