1 il nazir kreslosunda: Kimlər etimadı doğruldur? - DGK neqativdə ilk yerdədir...
Tarix: 3-05-2019, 08:45 | Çap et
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi və nəticədə hökumətin 7 üzvü yenisi ilə əvəz olundu.
Belə ki, seçkidən sonra Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Gömrük Komitəsinin rəhbərləri dəyişdirildi.
Yeni təyinat alan nazirlərin, komitə sədrlərinin fəaliyyəti 1 ildən bir qədər artıq dövrü əhatə edir. Bu müddət ərzində sözügedən qurumların bəzilərində müsbətə doğru dəyişiklik hiss edilsə də, bəzilərinin fəaliyyəti hələ də narazılıq doğurur. 1 il fəaliyyət və bu fəaliyyətə qiymət üçün az müddət deyil. Bu müddət ərzində problemləri öyrənmək və onların aradan qaldırılması mexanizmini hazırlamaq üçün yetərlidir. “Cümhuriyət” hökumətin bu 7 üzvünün 1 illik fəaliyyətini analiz edib.
Yüksək posta təyinat aldıqdan qısa zaman sonra xüsusi aktivliyi, problemlərə, şikayətlərə çevik reaksiyası ilə seçilənlərdən biri Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov oldu. Mətbuata açıq olan xidmət rəisi, hətta sosial şəbəkələr vasitəsilə vətəndaşların suallarını cavablamaqla xüsusi trend yaratdı. Vüsal Hüseynovun “Facebook” üzərindən canlı yayıma çıxaraq sualları birbaşa cavablandırması isə ictimai fikirdə müsbət qiymətləndirildi. Nəzərə alsaq ki, Xidmətin keçmiş rəhbərliyi gündəmə əsasən qeyri-şəffaf fəaliyyətli ilə gəlirdi, Vüsal Hüseynovun təyinatından sonra qurum haqqında fikirlər ciddi şəkildə dəyişdi. Bir illik fəaliyyəti ilə Vüsal Hüseynovun ona bəslənən ümidləri doğrultduğunu söyləyə bilərik.
Problemlərə, şikayətlərə çevik reaksiya verən, şəffaf fəaliyyət göstərən qurumlardan biri də Kənd Təsərrüfatı naziri oldu. Nazir İnam Kərimov “ASAN Xidmət”ə rəhbərlik etdiyi zaman kifayət qədər müsbət imic qazanmışdı. Təsadüfi deyil ki, İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin olunduqdan sonra bu qurumun da “asan”laşdığı ilə bağlı müxtəlif fikirlər səsləndi. Doğrudur, İnam Kərimov təyinatından sonra bir müddət mütəmadi olaraq bölgələrə səfərləri, hətta maraqlı fotoları ilə gündəmdə olsa da, sonradan bu tendensiya nisbətən zəiflədi. Hazırda nazir mətbuata gec-gec çıxır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təyinatdan keçən müddətdəki fəaliyyətini də müsbət qiymətləndirmək olar. Qurumun rəhbəri Rövşən Rzayevin də etimadı doğruldacağına ümid var. Şikayətçilərin qarşısına birbaşa çıxması, onlarla müntəzəm ünsiyyətdə olması, səlahiyyəti çərçivəsində problemlərin həllinə çevik reaksiyası Rövşən Rzayevin adına müsbət xal yazdırır. Xüsusilə də, R.Rzayevin təyinatdan sonra qurumda apardığı “təmizlik” ona müsbət imic qazandırıb. Nəzərə alsaq ki, bu sahə ölkənin ən problemli sahələrindən biri olub və mövcud problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var. Bütün hallarda qurumun tutduğu hazırkı yol müsbət istiqamətidir və görünən odur ki, Rövşən Rzayev hədəflərə çatmaq üçün hələ çox işləməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Muxtar Babayev də yenilərdəndir. Nazir özü mətbuatdan uzaq qaçsa da, qurumda iş görülür. M.Babayev nazir olduğu 1 il ərzində şəxsən özüylə bağlı şikayət və ya rəhbərlik etdiyi quruma aid hansısa ciddi neqativ informasiya ilə gündəmə gəlməyib. Nazirliyin balansında olan qurumların iş fəaliyyəti bir çox hallarda uğurlu hesab edilib, xüsusilə, mətbuatla əlaqə və şikayət, müraciət, sorğulara çevik reaksiya bəyəniləndir.
Bu qurum əsasən gündəmə yaşıllıqların məhv edilməsi xəbərlərindən sonra gəlir ki, burada da əsas səbəbkar işbazlar və onlara şərait yaradanlardır. Ümid edək ki, nazirlik bununla bağlı da ciddi mexanizm tətbiq edəcək və bu gün park kimi getdiyimiz yerlərə, sabah alış-veriş, toy üçün getməyəcəyik.
Yeni təyinatlardan sonra da problemləri bitməyən, daim narazılığın hədəfi olan nazirlik və dövlət komitələri də var. Müsbət imic qazana bilməyən yenilər siyahısına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “liderlik” edir.
Sosial sahədə problemlər bitmək bilmir. Bu gün əhalinin əksər şikayətlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı çəkilir. Nazirliyin tabeliyində olan qurumların fəaliyyətsizliyi nazir Sahil Babayevi daim hədəfdə saxlayır. Xüsusilə də, məşğulluqla bağlı problemlər bütün zamanlarda olduğu kimi, bu gün də gündəmdədir. Bütün hallarda Sahil Babayevin 1 illik fəaliyyəti ilə bağlı ilkin mənzərə heç də onun xeyrinə deyil. Nazir rəhbərlik etdiyi sahədə olan problemləri aradan qaldıra bilməyib.
Təhsil də problemlərin həddindən artıq çox olduğu sahələrdəndir. Təhsil Nazirliyinin fəaliyyəti daim tənqid hədəfində olub və bu sahənin köklü islahatlara ehtiyac olduğu vurğulanıb. İstər təhsilin səviyyəsi, istərsə də orta məktəblərdə olan digər problemlər yeni nazir Ceyhun Bayramovun imicini zədələyən faktora çevrilib. Orta məktəblərdə baş verən son hadisələr, 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı, 123 nömrəli məktəbdə şagirdin döyülərək öldürülməsi, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə müəllimin şagirdi döyərək xəstəxanalıq etməsi və digər bu kimi neqativ hallar Təhsil Nazirliyinin fəaliyyətini bir daha mənfi mənada gündəmə gətirib.
Dövlət Gömrük Komitəsi də yeni rəhbərliyinə baxmayaraq tənqidlərin hədəfindən yayına bilmir. Doğrudur, bu sahədə müəyyən müsbət dəyişikliklər baş verib. Məsələn, Səfər Mehdiyevin rəhbərliyi dönəmində Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard manat əlavə vəsait daxil olub. Bu isə onu deməyə əsas verir ki, ondan əvvəlki dövrlərdə milyardlarla vəsait bu və ya digər formada büdcəsindən yayındırılıb. Amma hələ də gömrük sahəsində bürokratik əngəllər, insanların lüzumsuz olaraq incidilməsi, gömrük rüsumlarının yüksək olması narazılıq yaradır. İnsanlar saatlarla, bəzi hallarda sutkalarla gömrük keçid məntəqələrində qalır. Qeyd edək ki, Komitə özü də problemlərin mövcudluğunu, islahatlara ehtiyac olduğunu etiraf edir. Belə ki, Gömrük Komitəsinin son açıqlamasında 1 ay sonra gömrük sahəsində böyük bir islahatların gözlənildiyi bildirilib. Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev islahatların birinci mərhələsinin demək olar ki, həyata keçirildiyini, ikinci böyük islahat paketinin isə idxalla bağlı olacağını deyib. Ekspertlər isə bu qurumun, ümumiyyətlə, ləğv edilərək Maliyyə və ya Vergilər nazirliklərinə birləşdirilməsini təklif edirlər. Qeyd edək ki, bu məsələ uzun müddətdir gündəmdədir və qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi haqqında müxtəlif iddialar səslənir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
|