İcra başçısı ondan kömək istəyən qadına “get, dilən” dedi - ŞİKAYƏTÇİ BAYILDI
Tarix: 7-01-2016, 14:28 |
Çap et
Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun dünən reallaşan qəbulu zamanı insident baş verib.
Rayondakı mənbələrdən Savash.org-a daxil olan məlumata görə ötən gün icra başçısı ənənəvi qəbul keçirib və qəbula xeyli sayda sakin qatılıb. Onların böyük əksəriyyətinin icra başçısından sosial vəziyyətləri ilə bağlı köməklik istədiyini bildirən mənbəmiz Siraqəddin cabbarovun onlarla kobud danışdığını bildirib:
“İş hətta o yerə çatıb ki, qəbula gələn yaşlı qadınlardan biri icra başçısı tərəfindən təhqir olunub. Belə ki, icra başçısına dolana bilmədiyini, bu üzdən də yardım istədiyini deyən qadının sözləri ağzında qalıb. İcra başçısı qadının sözünü kəsərək, ona heç bir yardım göstərə bilməyəcəyini deyib. İcra başçısının “nə edirsən et, istəyirsən uşaqlarını dilənib dolandır, bunun mənə dəxli yoxdur” sözləri isə xanıma çox pis təsir edib və onun qəbuldaca ürəyi gedib.
Savash.org-a verilən məlumata görə, hətta bu da Siraqəddin Cabbarovun ürəyinə rəhm salmayıb. Belə ki, ürəyi getmiş qadını qəbuldan çıxardaraq İcra hakimiyyətinin binası önünə atıblar.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.