“F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq gələn ilin yanvarın 10-na təyin olunub.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.
2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.
3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.
4. ASC-nin bölünmə balansının təsdiq edilməsinə və bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis edilməsinə razılığın verilməsi.
6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
Qeyd edək ki, sözügedən şirkət 1998-ci ildə yaradılıb. 17386 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi İbrahimov Oqtay Vəli oğludur.