Kollektiv qohum-əqrəbadan ibarət olanda... - vəziyyət də bu cür olur...
Tarix: 11-12-2015, 11:35 | Çap et
Bu gün paytaxtda lazımi qədər stomatoloji klinika fəaliyyət göstərməkdədir. Bu cür səhiyyə ocaqlarının sayı günü-gündən artmaqdadır. Bizə verilən məlumatlara əsasən deyə bilərik ki, stomatoloji klinikaların əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil. Belə ki, diş klinikalarının işində ciddi nöqsanlar mövcuddur. Bu gün stomatoloji klinikaların vəziyyətinin araşdırılmasına ehtiyac olduğu təqdirdə, bu tibb ocaqları diqqətdən kənarda qalıb. Qeyd edək ki, səhiyyə sahəsində baş verən hər hansı bir ciddi nöqsanla bağlı redaksiyamıza kifayət qədər informasiyalar gəlir. Budəfəki şikayət isə Nərimanov rayonu ərazisində yerləşən Respublika Uşaq Stomatoloji mərkəzi ilə bağlıdır. Qeyd edək ki, mərkəzin baş həkimi Rafael Sultanovdur. Bizə verilən məlumatlarda qeyd olunur ki, Uşaq Stomatoloji Mərkəzində xəstələrin müalicəsi üçün əlverişli şərait yaradılmayıb. Övladlarını sözügedən xəstəxanaya gətirən valideynlər stomatoloji klinikada bir sıra problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, hər kəsə məlumdur ki, dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olmalıdır. Lakin Rafael Sultanovun rəhbərlik etdiyi tibb ocağında vəziyyət tamamilə fərqlidir. Belə ki, ora müraciət edən valideynlər gərək həkimə mütləq nəsə versinlər. Əks halda xəstəyə qarşı münasibət o qədər də yaxşı olmur. Həkimlər işlərinə qarşı məsuliyyətsizlik nümayiş etdirir. Sanki xəstəni başdansovdu müayinə edirlər. Ona görə də bu münasibəti görən valideynlər övladlarına yaxşı xidmət göstərsinlər deyə həkimlərə şirinlik vermək məcburiyyətində qalırlar. Bizə verilən informasiyalarda qeyd olunur ki, həkimlərə tapşırıq baş həkimdən gəlir. Belə ki, baş həkim orada çalışan həkimlərdən hər ay haqq tələb edir. Ona görə də həkimlər də xəstələrin əlinə baxmağa məcbur olurlar. Deyilənə görə, baş həkimin bu şərti bəzi həkimlərin xoşuna gəlmədiyindən işdən ayrılıblar. Lakin yerdə qalan həkimlər isə işlərini itirməmək üçün Rafael Sultanovun əmrlərinə tabe olmaqdan başqa çıxış yolu tapmayıblar. Mənbə bildirir ki, baş həkim rəhbərlik etdiyi tibb ocağına öz yaxınlarını yığıb. Ona görə də baş həkimin dedikləri həkimlər üçün qanun sayılır. Bizə daxil olan informasiyalarda o da qeyd olunur ki, sözügedən stomatoloji klinikada kifayət qədər həkim yoxdur. Belə ki, baş həkim həmin həkimlərin yerinə öz yaxın adamlarının adını yazaraq onların əmək haqqını da özününküləşdirir. Bütün bunlar onu göstərir ki, baş həkim yalnız və yalnız əlavə qazanc mənbəyi axtarışındadır. Bundan başqa orada istifadə olunan iynə, eləcə də dərman preparatlarının həddindən artıq keyfiyyətsiz olduğu deyilir. Stomatoloqlar çox zaman nə əlcək taxırlar, nə də xalat geyinirlər. Hətta sözügedən diş kabinetində aparatlardan bir neçə adam üçün istifadə edildikdən sonra dezinfeksiya olunduğu deyilir. Tibbin bütün sahələrində, xüsusən də stomatologiyada sterilizasiya, tibbi alətlərin təmiz olması vacibdir. Stomatoloji kabinentlərdə ümumiyyətlə, sterilizasiya gözlənilmir. Bu sterillik isə müəyyən bilik və bacarıqlar tələb edir. Gərək kabinentlərdə işləyən stomatoloqlar bunu dəqiq bilsinlər. Onların elmi bilikləri buna imkan verməlidir. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etiraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürəkaçan deyildir. Təbii ki, tibb müəssisələrimizə Rafael Sultanov kimi kadrlar rəhbərlik etdikcə, səhiyyəmizin inkişafını gözləmək əbəs olacaq. Ümid edirik ki, ölkənin Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən Uşaq stomatoloji poliklinikasında yaranmış vəziyyətə aydınlıq gətirmək üçün müvafiq işlər görüləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
|