Avtonəqliyyat Gömrük İdarəsində qanunlar necə tapdanır... - Həmin məbləği ödəməkdən imtina edənlərin işi əməlli-başlı düyünə düşür...
Tarix: 27-11-2015, 14:08 | Çap et
Məlum olduğu kimi, bu gün Azərbaycana avtomobil idxalı “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Bu prosedur eyni zamanda həm gömrük sənədləşdirilməsini, həm də dövlət qeydiyyatının aparılmasını nəzərdə tutur. Bununla belə ölkə mətbuatına, o cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda vətəndaşlar Avtonəqliyyat Gömrük İdarəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürməkdədirlər. Etiraf etmək lazımdır ki, son vaxtlar ümumiyyətlə ölkənin gömrük orqanlarının işindən şikayət edənlərin sayı xeyli artıb. Avtonəqliyyat Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki İsmayıl Hüseynovla bağlı şikayətlər isə, xüsusilə çox olmaları ilə diqqəti cəlb edirlər. Bu xüsusda mətbuata verilən açıqlamalarda bildirilir ki, ölkəyə xaricdən avtomobil idxal edən şəxslər heç bir səbəb olmadan Avtonəqliyyat Gömrük İdarəsinin əməkdaşları tərəfindən incidilir, qeyri-rəsmi rüsumların yığılmasına şərait yaradılır və digər qanun pozuntularına yol verilir. Məlumatı təqdim edən mənbələrdən biri deüyir: “Xaricdən avtomobil gətirən vətəndaşlar gömrükdə aldıqları maşının ikiqat dəyərində “rüsum” ödəyirlər. İşlənmiş maşın alanda sənəd işləri daha çox olduğundan, gömrükdə daha çox pul alırlar, insanları haqsız yerə yorurlar. Onlar da məsələ tez bitsin deyə məcburiyyətdən birdəfəlik pulu verib qurtarırlar. Avtonəqliyyat Gömrük İdarəsində həqiqətən də, acınacaqlı durum yaşanır. Xaricdən gətirilən avtomobillərə görə tələb olunan “rüsum”ların həcmi bəzən o qədər böyük olur ki, maşınalıcıya dəyərinin ikiqat qiymətinə başa gəlir. İdarədə hara ayaq basırsansa, səndən pul tələb edirlər. Məsələn, bura girən kimi maşının sahibindən 20 manat alınır. Daha sonra isə, sığorta və digər əməliyyatlar həyata keçirilir. Buna görə də vətəndaşlardan əlavə olaraq 100 manat ödəmələri tələb olunur. Həmin məbləği ödəməkdən imtina edənlərin işi əməlli-başlı düyünə düşür...”
Qeyd edək ki, qanunlara əsasən ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Lakin Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyi Nazirlər Kabinetinin bu qərarına qətiyyən məhəl qoymur və idarədə özünəməxsus qaydalar tətbiq edilir. Bu isə, ölkəyə avtomobil idxal edən vətəndaşlar üçün ciddi problemlər yaradır. Təəssüf ki, “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflığı təmin edə bilməyib. Dövlət qeydiyyatının, uçotun aparılması, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət nişanının verilməsinin, eləcə də digər prosedurların aparılması zamanı hələ də ciddi nöqsanlara yol verilir. Deyilənə görə, il ərzində sözügedən idarədə qeyri-rəsmi ödənişlər hesabına milyonlarla vəsait yığılır. Lakin həmin vəsaitlərin məhz hansı hissəsinin dövlətin büdcəsinə keçirilməsi sual altındadır. Bu arada isə, ölkə mətbuatında yayımlanan məlumatlarda, son bir neçə ildə Avtonəqliyyat Gömrük İdarəsinə rəhbərlik edən İsmayıl Hüseynovun bu müddət ərzində öz şəxsi sərvətini astronomik həddə çatdırdığı da vurğulanır: “İsmayıl Hüseynovun var-dövlətinin, mülklərinin sayı-hesabı yoxdur. Rəisin Bakıda bir neçə avtomobil salonu var. Özü isə, bahalı maşın həvəskarıdır. Gündə bir maşın sürür. İdarə rəhbərinə məxsus salonlarda Almaniya və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur...”
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
|