2024-cü ildən Azərbaycanda alimentin minimum miqdarı 220 manatdan 235 manata qaldırılıb.
"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Bu məsələ son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, bəzi valideyinlər xəstə və işsiz olduqlarını əsas gətirərək aliment ödəməkdən boyun qaçırır.
Bəs görəsən fiziki və ya əqli qüsuru olan valideyinlərin aliment ödənişi necə həyata keçirilir?
Mövzu ilə bağlı vəkil Emil Aslanov Sonxeber.az – a açıqlama verib:
"Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur".