Əsas Səhifə > Güney Press > Azərbaycanda 26 illik şirkət bölünür
Azərbaycanda 26 illik şirkət bölünürBu gün, 09:04 |
“F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq gələn ilin yanvarın 10-na təyin olunub. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi. 2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi. 3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili. 4. ASC-nin bölünmə balansının təsdiq edilməsinə və bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi. 5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis edilməsinə razılığın verilməsi. 6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması. Qeyd edək ki, sözügedən şirkət 1998-ci ildə yaradılıb. 17386 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi İbrahimov Oqtay Vəli oğludur. Geri qayıt |